|
Subsidiyaların verilməsi qaydalarına dəyişikliklər
gözlənilir
İSİM
dolayı subsidiyaların tətbiqinə keçidi təklif edir
Cari mövsümdə buğda və çəltik isehsalçıları 23
milyon manata yaxın vəsait əldə edəcəklər. Belə ki,
Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə,
keçən ilki səviyyədən çox, yəni 580 min hektardan
çox buğda və çəltik səpini üçün 23 milyon manat
vəsait lazımdır. Onu da bildirək ki, yaxın günlərdə
subsidiyaların verilməsi qaydalarına dəyişikliklər
də gözlənilir. Belə ki, çoxdan aparılan
müzakirələrin nəticəsində qaydaların
təkmilləşdirilməsinə dair Nazirlər Kabinetinin qərar
verəcəyi gözlənilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri də
bildirir ki, məhsul istehsalını stimullaşdırması
üçün fermerin sahib olduğu əkin sahəsinə görə
subsidiyaların bölüşdürülməsi mexanizmi
dəyişdirilməlidir. Hal-hazırda yeganə meyar kimi
məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Bu
isə subsidiyalarla fermerlərin istehsal etdiyi
məhsul arasında əlaqəni formalaşdıra bilmir.
Subsidiyaların həcmi müəyyənləşdirilən zaman
fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun
həcminin də əsas götürülməsi məqsədə uyğun hesab
edilməlidir.
Ekspertlər dəyişikliklər zamanı dolayı
subsidiyaların tətbiqinə keçidi də vacib hesab
edirlər: “Bu zaman ABŞ-da olduğu kimi Kənd
Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət
tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən
məhsulları həmin qiymətə alınır. Azərbaycanda da
taxıl məhsulları üzrə belə qiymət tavanı
müəyyənləşdirilə bilər. Bu fermerlərə öz xərc və
gəlirlərini qabaqcadan hesablamağa və
proqnozlaşdırmağa imkan verməklə yanaşı strateji
məhsulların istehsalını artırar”.
İSİM mütəxəssisləri taxıl və pambıq yığımına nail
olmaq üçün subsidiya xərclərini müvafiq olaraq 1,5-2
dəfə artırılmasını da təklif edirlər. Onların
fikrincə, taxıl əkini üçün 120 manat, pambıq
becərilməsi üçün isə 80 manat subsidiya verilsə, bu,
onların yanacaq xərclərinin tam ödənilməsinə imkan
yaradacaq: “Hesablamalara görə, taxıl əkən
fermerlərə yanacaq xərci üçün əlavə 32 manat
verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər.
Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini
ilə məşğul olan fermerlərin gəliri xərcindən çox
olsun. Bu məbləği hesablayan zaman dünya bazarında
qiymət dəyişikliyi də nəzərə alınıb”.
Ekspertlər subsidiyaların verilməsinə nəzarətin
gücləndirilməsini də vacib sayırlar: “Ötən il
Maliyyə Nazirliyi subsidyaların verilməsində
nöqsanların və bir sıra rayonlarda yerli icra
hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu
aşkara çıxardı. Belə nöqsanlar məhz subsidiyaların
əhəmiyyətini və onların aqrar sektora pozitiv
təsirlərini azaldır. Buna görə də, subsidiyaların
verilməsin nəzarətin gücləndirilməsi və bu
yardımların verilməsi üzrə qaynar xəttin
formalaşdırılmasına ehtiyac var. O cümlədən
subsidiyaların verilməsi üzrə formalaşdırılan
komisiyalara vətəndaş cəmiyyəti
üzvlərinin|ekspertlərin cəlb edilməsi yaxşı olar.
Tədqiqatlar göstərir ki, fermerlərin əkin
sahələrinin və eləcə də strateji və ya staretji
olmayan məhsul istehsalının qiymətləndirilməsində
ciddi nöqsanlar var. Bir sıra hallarda əkin
sahələrinin həcmi real mövcud olandan daha çox
göstərilir, bəzi hallarda starteji məhsul istehsal
edilməyən sahə strateji məhsul istehsalı kimi
sənədləşdirilir və bu da subsidiyaların verilməsində
nöqsanların yaranmasına səbəb olur. Vətəndaş
cəmiyyəti nümayəndələrinin komisiyalarının tərkibinə
daxil edilməsi bu sahədə şəffaflığın güclənməsində
yardım edə bilər”
|