|
Qaz satışından əldə olunan gəlirlər 18 milyard
dollara çatacaq
Vüqar Bayramov: “Azərbaycanın növbəti dekadada inkişaf
şəklini cızsaq neft gəlirləri deyil, qaz gəlirləri
dominantlıq edəcək”
Azərbaycana mavi qazin alışı üçün gələn Avropa
Komissiyasının prezidenti Joze Manuel Barrozo ötən
gün prezident İlham Əliyevlə “Cənub qaz dəhlizi
haqqında Birgə Bəyannamə” imzaladı. Maraqlıdır ki,
bəyannamədən bir neçə gün əcvvəl Dövlət Neft Şirkəti
(ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında
təbii qazın alqı-satqısına dair saziş imzalanmışdı.
Nəzərə alsaq ki, AzərbaycanRusiyaya da qaz ixrac
edir və bununla yanaşı “Nabukko” qaz kəmərinə
qoşulmağı planlaşdırır bütün bunlar gələcəkdə qaz
satışından əldə edilən gəlirlərin ölkə
iqtisadiyyatında mühüm rol oynacağından xəbər verir.
Hətta rəylər var ki, mavi qazdan əldə edilən
gəlirlər neft sektorunun iqtisadiyyatdakı rolunu
zəiflədəcək.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, mavi qazın
nəqli ilə bağlı İran və Avropa Komissiyası ilə
müqavilə imzalanması praktiki yaxın gələcəkdə qaz
satışından Azərbaycanın gəlirlərinin artacağından
xəbər verir: “İranla müqavilədə hələlik 1 milyard
kubmetr mavi qazın ixrac edilməsi nəzərdə tutulub.
Bu da böyük həcm hesab edilə bilməz. Amma güman
edilir ki, Avropa Birliyinə ixrac ediləcək mavi
qazın həcmi kəskin artacaq. Lakin istər “Cənub axını”
və istərsə də “Nabukko”nun reallaşması Azərbaycana
öz mavi qazını Avropa bazarına çıxarmağa imkan
verəcək”.
Ölkənin mavi qaz satışından gəlirlərinin 2015-ci
ildən başlayaraq kəskin artacağını vurğulayan
iqtisadçı bunu 2014-cü ilin sonlarında “Şahdəniz-2”
platformasının istifadəyə veriləcəyi ilə izah edir:
“Nəzərə alsaq ki, Azərbaycan 2010-cu ildə 29
milyard kubmetr qaz hasil edib, 2011-ci ildə ilk
dəfə hasilatın 30 milyard kubmetrdən çox olacağı
proqnozlaşdırılır. “Şahdəniz- 2” platformasının
istifadəyə verilməsi Azərbaycan mavi qazının 46
milyard kubmetrə qədər artmasına gətirib çıxara
bilər. Belə halda Azərbaycan 30 milyard kubmetr mavi
qaz ixrac etmək imkanlarına malik olacaq. İndiki
qiymətlərlə bu 2015-ci ildə mavi qaz ixracatından illik
gəlirlərin 9 milyard dollara yüksələcəyi deməkdir.
Nəzərə alsaq ki, digər yataqların işlənməsi
nəticəsində ikinci dekadanin sonuna qədər mavi qaz
ixracatının 60 milyard kubmetrə qədər artırılması
planlaşdırılır, həmin dövr üçün mavi qaz satışından
əldə edilən illik gəlir 18 milyard dollara çata
bilər. Bu da dövlət gəlirlərinin formalaşmasında mavi
qaz satışından əldə olunan gəlirlərin öndə
olacağından xəbər verir”.
V.Bayramov qeyd edir ki, yaxın 10 il üçün dövlət
gəlirləri baxımındanAzərbaycan iqtisadiyyatını 2
mərhələyə ayırmaq olar: “Birinci mərhələ
2011-2015-ci illərdə dövlət gəlirlərinin
formalaşmasında neft gəlirlərinin üstünlük təşkil
edəcəyidir. İkinci mərhələ 2015-2020-ci illərdə qaz
satışından əldə olunan gəlirlərin kəskin artması
nəticəsində dövlət gəlirlərində mavi qaz satışından
əldə olunan vəsaitlərin dominantlıq etməsidir. Bu
dövrləri dövlət gəlirlərinin məbləği baxımından
xarakterize edendə 2011-2015-ci illərdə ümumi daxili
məhsulda artım tempinin qorunub saxlanmasına
baxmayaraq artım tempində azalmaların müşahidə
ediləcyini deməyə əsas verir. Dövlət Statistika
Komitəsi 2011-ci ildə ümumi daxili məhsulda təxmini
3 faizlik artım proqnozlaşdırıb. Bu rəqəm 2010-cu
ildə 4,8 faiz idi. İstər beynəlxalq maliyyə
qurumlarının, istərsə də İqtisadi və Sosial İnkişaf
Mərkəzinin müstəqil hesablamalarında 2011-2012- ci
illərdə ümumi daxili məhsulun artım tempinin qorunub
saxlanacağı, artım faizinin isə əvvəlki ilə nisbətən
aşağı düşəçəyi proqnozlaşdırılıb. Bu nəticəyə Dövlət
Statistika Komitəsi də gəlib. Eyni tendensiya
2013-2014-cü illərdə də davam edəcək. Lakin
2015-ci ildə ixracdan gəlirlərin artması ümumi
daxili məhsuldakı artımların yenidən yüksək templə
artmasına gətirib çıxaracaq. Azərbaycanın növbəti 20
ildə inkişaf şəklini cızsaq neft gəlirlərinin deyil,
qaz gəlirlərinin dominantlıq edəcəyi diqqəti
çəkir”.
V.Bayramov qeyd edir ki, mavi qaz hesabına
gəlirlərin formalaşmasının neft gəlirlərindən əsas
fərqi birincinin qiymətinin stabil olmasıdır: “Son 5
ildə mavi qazın qiymətində azalmalar müşahidə
edilməyib. Əksinə artımlar baş verib. Neftin qiyməti
isə gündəlik dəyişir. Hansıki bu dövlət gəlirlərinin
proqnozlaşdırılması, məbləği ilə bağlı müəyyən
problemlər yaradır. Mavi qazın qiymətinin stabil
olması və artan tendensiya üzrə inkişaf etməsi
ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə
etməsinə imkan yaradacaq”.
|