|
“Nabukko “ 2011-ci ildə gerçək ola bilər
Vüqar Bayramov: “Avropa Birliyi “Nabukko”nun
reallaşması istiqamətində praktik fəaliyyət həyata
keçirir”
Sabahdan Avropa Komissiyasının sədri Joze Manuel
Barrozonun Azərbaycana səfəri başlayır. Nəzərə
çatdıraq ki, J.M.Barrozonun gəlişi Azərbaycan ilə
Avropa İttifaqı arasında energetika sahəsində
əməkdaşlıq, o cümlədən “Cənub dəhlizi” və “Nabukko”
layihələrinin müzakirəsi məqsədini daşıyır. Səfər
çərçivəsində bir sıra sənədlərin imzalanması da
nəzərdə tutulur. Onu da bildirək ki, J.M.Barrozo
Azərbaycandan sonra Türkmənistana yola düşəcək. Bu
isə 2011-ci ildə “Nabukko”nun reallaşma imkanlarının
gerçək olacağını söyləməyə əsas verir.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, Avropa
Komissiyasının sədri Joze Manuel Barrozonun
Azərbaycana səfərini həm daxili iqtisadi , həm də
xarici iqtisadi aspektdən qiymətləndirmək olar:
“Belə ki, Azətbaycan Avropa Birliyinin dəstəklədiyi,
siyasi hesab etdiyi Şərqi Tərəfdaşlıq üzv
ölkələrdəndir. O cümlədən Azərbaycan Avropanın eneji
təhlükəsizliyinin təmin edilməsində əsas ölkələrdən
hesab olunur. Güman edilir ki, səfər çərçivəsində
müzakirə olunacaq məsələlər Avropanın enerji
təhlükəsizliyinin formalaşmasında Azərbaycanın
rolu,eləcə də “Nabukko” layihəsinin reallaşması
imkanlarıdır. Avropa Komissiyası sədrinin Bakıdan
sonra Aşqabada getməsi Barrozonun Azərbaycan və
Türkmənistanla danişiqlar apararaq “Nabukko”
layihəsinin 2011-ci ildə reallaşması istiqamətində
daha ciddi addımlar atmaqa çalışdığını göstərir”.
İqtisadçının sözlərinə görə, son zamanlar
“Nabukko”nun reallaşması imkanları daha gerçək
qiymətləndirilir: “Avropa Birliyi “Nabukko”nun
reallaşması istiqamətində praktik fəaliyyət həyata
keçirir. Konkret olaraq “Nabukko”ya qoşula biləcək
ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan və
İraqla ikitərəfli danışıqlar sürətləndirilib. Bundan
əlavə əgər əvəllər rəsmi Aşqabad “Nabukko” ideyasını
öz ölkəsinə buraxmırdısa, son vaxtlar Türkmənistan
hökümətinin sözügedən lahiyə ilə bağlı mövqeyində
dəyişikliklər, yumuşalma müşahidə edilməkdədir. Bu
da birbaşa Avropa Birliyinin apardığı danışıqlarla
bağlıdır. V.Bayramov deyir ki, Azərbaycanın qaz
hasilatı artdığından ixrac üçün yeni kəmərlərin
olması vacibdir. Xüsusilə alternativ kəmərlər enerji
siyasətinin pioritet məsələlərindən hesab edilir:
“Nəzərə alsaq ki, 2010-cu ildə 29 milyard kubmetrə
yaxın mavi qaz hasil edilib və hasilatın 2011-ci
bundan çox olacağı proqnozlaşdırılır, eyni zamanda
2015-ci ildə “Şahdəniz-2” istifadəyə veriləcək
ölkənin qaz hasilatı 45 milyard kubmetrə qədər
artacaq. Azərbaycan 2-ci dekadanın sonuna qədər mavi
qaz hasilatını ilə 80 milyard kubmetrə qədər
artırmaq niyyətindədir”.
Hazırkı kəmərlərin imkanlarını mavi qazı Avropaya, o
cümlədən digər istiqamətlərə çatdırılması baxımından
yetərli olmadığını deyən mütəxəssis bildirir
ki,Azərbaycan da “Nabukko”nun reallaşmasında maraqlı
ölkə kimi görsənir: “”Nabukko” olmasa belə digər
alternativ kəmərin çəkilməsinə ehtiyac var. “Şimal
axını” kifayət qədər bahalı layihədir. Belə ki,
layihənin dəyəri 25 milyard dollardır. ”Nabukko”
xərc baxımından “Şimal axını” ilə müqayisədə daha
ucuz layihədir.Həmçinin investorlar ”Nabukko”nun
reallaşması üçün 4 milyard avro vəsaitin
yönəldilməsi ilə bağlı qərar verib. Bu layihənin
reallaşmasına lazım olan vəsaitin yarısının
tapılması deməkdir. O baxımdan ”Nabukko” ilə bağlı
bir sıra texniki işləri artıq həll edilmış saymaq
olar. Avropa Komissiyasının sədrinin səfəri də
göstərir ki, ”Nabukko” Avropa üçün pioritet olaraq
qalmaqdadır. ”Nabukko” eyni zamanda siyasi layihədir.
Bəlli olduğu kimii Rusiya kəmərin çəkilişinin
əleyhinədir”.
Bununla belə Rusiyanın mövqeyində dəyişikliklərin
müşahidə edildiyini vurğulayan iqtisadçı qeyd edir
ki, əgər əvəllər baş naziri Vladimir Putin ”Nabukko”-nun
reallaşma imkanlarının olmaması yönündə bəyanatlar
verirdisə, ötən həftə onun bu istiqəmətdə açıqlaması
daha yumşaq olub: “Belə ki, Putin ”Nabukko”nu az
şanslı reallaşma ehtimalı olan layihə kimi
dəyərləndirib. İstisna deyil ki, Avropa
Komissiyasının sədri Joze Manuel Barrozonun
səfərinin yekunu olaraq
investorlarla ”Nabukko”nun reallaşması istiqamətində
anlaşma imzalansın. Səfər eyni zamanda layihəyə
qoşulan ölkələrlə ilkin anlaşmanın imzalanmasına
gətirib çıxara bilər”.
|