|
İcbari tibbi sığortanın tətbiqinə
start verildi
Vüqar Bayramov:
“Icbari tibbbi
sığortanın tətbiqi ilə yanaşı səhiyyə
sektorunda islahatları gücləndirməyə ehtiyac var”
Bu ilin yanvar ayının 1-dən icbari
tibbi sılğortanın tətəbiqinə başlanılıb. Qeyd edək
ki, icbari tibbi sığortanın tətbiqi uzun müddət
müzakirə obyekti olmasına baxmayaraq, sistemin
tətbiqi bu və digər məsələlərdən gecikirdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
(İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, ”Tibbi
sığorta haqqında” qanun 1999–cu ildə qəbul edilib.
Lakin göstərilən ərəfədə ölkə prezidenti icbari
tibbi sığortanın tətbiqinin 2005-ci ilə qədər təxirə
salınması istiqamətində sərəncam verib: “.Bu da
birbaşa həmin müddətdə əhalinin sağlamlığının
qorunması, özəl səhiyyə və tibbi sığorta haqqında
yeni qanunların hazırlanaraq qəbul edilməsinin
planlaşdırılması ilə bağlı idi”.
İqtisadçı 1999-cu ildə qəbul olunan
qanunvericilikdə işə götürənin əməkhaqqı fondunun 4
faizi qədər tibbi sığorta ödənişi həyata
keçirməsinin tələb edildiyini xatırladır: “Yeni
qanunverciliyə əsasən bütün iş yerləri 14 risk
qrupuna bölünüb. Ən riskli yer üçün işəgötürən
işçilərin əməkhaqqlarının 2 faizi miqdarında
bədbəxt hadisə və peşə xəstəliyindən sığorta
ödəməlidir. Yeri gəlmişkən risk azaldıqca faiz də
azalır”.
Mütəxəssisə görə, icbari tibbi
sığortanın tətbiqi uzun müddət tələb etsə də,
sisitemlə bağlı bəzi açıq məqamlar var: “Əvvəla
işləməyən əhali üçün icbari tibbi sığortanın
ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib.
Hal hazırda söhbət yalnız işəgötürənlərin əməkhaqqı
fondunun icbari tibbi sığorta üçün ödənişlərindən
gedir”.
Məlum olur ki, işləməyən, eləcə də
işsiz statusu olan vətəndaşların icbari tibbi
sığortasının hansı mənbələr hesabına ödənilməsi
kimi məsələlər açıq qalır: “Bundan əlavə Səhiyyə
Nazirliyinin 1 fevral 2008-ci il qərarına əsasən
Azərbaycanda səhiyyə xidmətləri pulsuzdur. Belə
halda icbari tibbi sığortanın tətbiqini
əsaslandırmaq çətindir. Əgər səhiyyə xidməti
pulsuzdursa, vətəndaş niyə icbari tibbi sığortadan
istifadə etməlidir? İcbari tibbi sığortanın
tətbiqindən əlavə icbari tibbi sığortanın
qanunvercilik bazasının təkmilləşdirilməsinə,
formalaşdırılmasına ehtiyac var. Hansıki, bu bir
sıra açıq qalmış məsələlərin problermə çevrilməsinə
imkan verməz. Digər tərəfdən Nazirlər Kabineti
yanında formalaşdırılan İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin fəaliyyəti də tam bərpa
edilməyib. Halbuki, agentliyin yaradılmasından 3 il
vaxt keçir”.
İSİM rəhbəri icbari tibbi sığortanın
tətbiqinə başlamazdan əvvəl sözügedən agentliyin
strukturunun tam olaraq formalaşmasını, işlək quruma
çevrilməsini vacib sayır: “Xəstəxanalarda sığorta
sənədlərinin qəbulu hələ də problem olaraq qalır.
Onun fikrincə, bu xəstəxanalarla sığorta şirkətləri
arasında münasibətlərin tam olaraq formalaşmaması,
səhiyyə xidmətindən istifadə edən vətəndaşlarla
xəstəxanalar arasında sivil münasibətlərin
olmamasından irəli gəlir: “Bəzi hallarda
qanunverciliyə zidd olaraq xəstəxanalar sığorta
sənədlərini qəbul etmirlər. Xüsusilə nəzərə alsaq
ki, dövlət xəstəxanalarında korrupsiya səviyyəsi
yüksəkdir, o baxımdan icbari tibbi sığortadan
istifadə ilə bağlı problenlərin yaranması
mümkündür. Dünya Bankının hesablamalarına görə,
Azərbaycanda səhiyyə xərclərinin 70 faizi qeyri
rəsmi ödənişlərdir. O baxımdan icbari tibbi
sığortanın tətbiqi üçün səhiyyədə qeyri-rəsmi
ödənişlərə, korrupsiyaya qarşı mübarizə
gücləndirilməlidir”.
V.Bayramovun rəyinə görə, bütövlükdə
icbari tibbi sığortanın tətbiqi vacib islahat olsa
da yaxın zamanlarda bu sistemin səmərəli və təkmil
tətbiqi çətin olacaq. Bu da qeyd edilən məsələlərin
açıq qamasından, prosesə nə instusional, nə də
struktur baxımdan tam hazırlaşmamaqdan qaynaqlanır.
|