İqtisadi və Sosial İnkişaf Mərkəzi Hesabat Verdi

 ABŞ-ın məşhur Penselvaniya Universiteti İSİM-i dünyanın ən yaxşı beyin mərkəzləri kateqoriyasına daxil edib


İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 2010-cu ilin fəaliyyət yekunları ilə bağlı dekabrın 29-da təqdimat həyata keçirib. Qeyd edək ki, tədbir Açıq Cəmiyyət İnstitutu Think Tank Fondunun təşəbbüsü ilə reallaşdırılıb. Hökümət, beynəlxlaq təşklilatlar, səfirliklər, vətəndaş cəmiyyəti və mətbuatın iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan  İSİM  rəhbəri Vuqar Bayramov bildirib ki, 2010-cu il mərkəz üçün spesifik il olmuşdur. Bu yalniz İSİM  fəaliyyətinin genişləndirilməsi baxımdan deyil, həmçinin mərkəzin ölkədə həyata keçirilən iqtisadi siyasətə töhvə verməsi baxımdan qiymətləndirilməlidir. İl ərzində mərkəzin hazırladığı 10-dan  artıq təklif hökümət tərəfindən qəbul edilib. Mərkəz yalnız Azərbaycanda deyil, eləcə də region ölkələrdə də o cümlədən Qazaxıstan, Gürcüstan, Moldova, Ukrayna və s. iqtisadi siyasətə töhvə verən proqramlar həyata keçirir.


Daha sonra mərkəzin fəaliyyəti ilə bağlı İSİM  əməkdaşı Tim Maknat məlumat verdi.  O bildirib  ki, İSİM 2005-ci ildə ölkədə həyata keçirilən sosial və iqtisadi islahatları dəstəkləmək məqsədilə yaradılıb: “Mərkəzin yaradılmasında Qərb universitetlərini bitirmiş təcrübəli iqtisadçılar və sosial iş üzrə mütəxəssislər iştirak edib. Iqtisadi və Sosial İnkişaf Mərkəzi PASOS, CIVICUS World Citizen’s Alliance, Global Development Network  NISPAcee, International Studies Association, Global Integrity, Parliamentary Network on the World Bank, Task Force on Financial Integrity and Economic Development kimi təşkilatlara üzvdür”. Mərkəzin məqsəd və vəzifələrindən söz açan T. Maknat dedi ki, mərkəzin məqsədi cari iqtisadi və sosial problemlər haqqında tədqiqat işləri və proqramlar irəli sürməkdir: “Məqsədlərimiz Azərbaycan hökumətinə təkliflər vermək, sosial-iqtisadi məsələlərlə bağlı cəmiyyəti məlumatlandırmaq,  hökumətin və sivil cəmiyyətin bacarıqlarının inkişaf etdirmək, iqtisadi və sosial məsələlərlə bağlı elmi institutlar və cəmiyyət , özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığa nail olmaq, davamlı inkişafa, genderin  inkişafına və yoxsulluğun azalmasına nail olmaq və bununla bağlı olaraq müxtəlif mexanizmlər, proqramlar və vasitələr irəli sürməkdir.

 

O bildirdi ki, 2010-cu ildə ABŞ-ın məşhur Penselvaniya Universiteti dünya üzrə apardığı sorğu əsasında İSİM-i Dünyanın Ən Yaxşı Beyin Mərkəzləri siyahısına daxil edilib. Universitet həmçinin mərkəzi ölkə hökumətlərinin iqtisadi siyasətinə təsir edən dünyada top 10 ən məşhur QHT-dən biri kimi qiymətləndirib.

 

Məlum olub ki, hazırda İSİM idarə heyyəti 5, tam ştat heyəti 14 nəfər təşkil edir. Könüllülərin sayı isə 58-dir. O cümlədən mərkəz tərəfindən 18-ə yaxın proqram həyata keçirilir: “Bundan başqa mərkəz ekspertlərinin sədirliyi ilə 24-ə yaxın beynəlxalq konfrans keçirilib. Həmçinin İSİM  tərəfindən 2006-cı ildə 2, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 7, 2010-cu ildə 14 siyasi sənəd irəli sürülüb. “İSİM yay təcrübə proqramı” çərçivəsində mərkəzdə 2 əcnəbi və daha iki yerli vətəndaş təcrübə proqramı keçib.  Son 6 ay ərzində milli KİV vasitələri İSİM-in 400 dən çox hesabatını dərc edib. Ekspertlərin şərhləri gündəlik qəzetlərdə dərc edilib.
 TV-də,   radioda   yayımlanıb.
T.Maknat İSİM-in 40-a yaxın tərəfdaşının olduğunu deyib. 

 

Tədbirdə iştirak edən hökumət qurumlarının əməkdaşları, millə vəkilləri, beynəlxalq təşkilatların əməkdaşları, vətəndaş cəmiyyətinin nümayəndələri mərkəzin fəaliyyəti ilə bağlı öz fikirlərini bölüşdülər.

 Prezentasiya İngiliscəAzərbaycanca

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.