|
Sovet
əmanətləri 2011-ci ildə qaytarılacaq?
Vüqar Bayramov: “2011-ci ilin dövlət büdcəsindən bu
istiqamətə xərc maddəsi nəzərdə tutulmayıb”
Sovet dövründə vətəndaşların banklarda batmış
əmanətlərinin 2011-ci ildə qaytarılacağı məsələsi
yenidən gündəmə gəlib. Rəylərə görə, hökümət ilin
ikinci yarısından prosesə başlayacaq.Məlumat üçün
bildirək ki, əhalinin sovet banklarında batmış
əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildən
öhdəlik götürülüb. 1992-ci il yanvarın 1-nə qədər
sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər
Azərbaycan vətəndaşının pulu olub. Batmış
əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu
tyəşkil edib.
İqtisadçı-alim Vüqar Bayramov növbəti ildə
əmanətlərin qaytarılacağını düşünmür. Ekspert buna
səbəb kimi 2011-ci ilin dövlət büdcəsindən bu
istiqamətə xərc maddəsinin nəzərdə tutulmamasını
gətirir: “Əmanətlərin qaytarılması ilə bağlı qanun
layihəsi yoxdu. 2011-ci ildə qanunvericilikdə
əmanətlərin qaytarılması qönündə müddəanın nəzərədə
tutulacağı güman edilmir”.
V.Bayramovun sözlərinə görə, baza formalaşmadan
əmanətlərin qaytarılmasını həyata keçirmək mümkün
deyil: “Başqa tərəfdən əmanətlərin qaytarılması
istiqamətindəki mövcud ənənəvi problemlər
qalmaqdadır. Söhbət məcburi köçkün olan
vətəndaşlarımızın əmanət kitabçalarının işğal
olunmuş ərazilərdə qalmasından gedir. Bir sıra
əmanətlər üzrə arxiv materialları məhv olub. O
cümlədən işğal altındakı ərazilərdə fəaliyyət
göstərən əmanət banklarına yerləşdirilmiş əmanətlərin
tam məbləği ilə bağlı informasiya yoxdur. Bu da
məcburi köçkünlərə ödəniləcək vəsaitlərin
hesablanması yönündə ciddi problemlər yaradır.
Əmanətlərin qaytarılması ilə bağlı digər problem prosesə
başlanılacağı halda sovet dövründə Azərbaycanda
yaşamış, hal hazırda işğal edilmiş ərazilərdə
yaşayan və eləcə də burdan Ermənistana köçən edən ermənilərin
öz əmanətlərini geri tələb etməsi ehtimalıdır”.
Mütəxəssisin sözlərində görə, sovet dövründə çap
edilən əmanət kitabçalarının təhlükəsizlik kodları
yoxdur: “Saxta əmək kitabçalarının hazırlana bilər.
Analoji hala Ukraynada tez-tez rast gəlindiyi üçün
bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses
5 dəfə təxirə salınıb. O baxımdan əmanətlərin
qaytarılması istiqamətimdə hüquqi bazanın
formalaşması gərəkli olsa da bir sıra problemlərin
həlli də vacibdir. Güman edilir ki, əmanətlərin
qaytarılması narazılıqların yaranmasına gətirib
çıxaracaq. Belə ki, həm ideksasiya, həm də
əmanətlərin alınması prosesində narazılıqlar
qaçılmazdır. MDB ölkələrinin təcrübəsi göstərir ki,
bəzi hallarda əmanətlərin qaytarılması ilə bağlı
problemlər Avropa Məhkəməsi səviyyəsinə qədər
yüksəlir”.
V.Bayramov əmanətlərin qaytarılması prosesindəki
əngəllərin həlli isitiqmətində İqtisadi və Sosial
İnkişaf Mərkəzi tərəfindən bir sıra təkliflər irəli
sürüldüyünü xatırladır. Hansıki bu təkliflərə
arxivlərin elektronlaşdırılması və bununla da saxta
əmanət kitabçaları problemini həllinə nail olunması
daxildir: “Əmanətlərin qaytarılması ilə bağlı
ənənəvi problemlərdən qaçmaq üçün prosesi
mərhələli şəkildə həyata keçirmək lazımdır.
Mərhələlər etnik ermənilərin əmanətlərini tələb
etməsi və məcburi köçkünlərin əmanətlərinin
qaytarılması ilə bağlı problemləri həll etməyə imkan
verəcək. 2001-ci ildə əmanətlərin qaytarılması
nəzərdə tutulmasa da, bu yöndə qanunvericiliyin
formalaşdırılmasına başlanılmalıdır. Belə halda
növbəti illərdə əmanətlərin qaytarılması üçün
hüquqi bazanın yaranmasına imkan yarana bilər”.
Mütəxəssisin rəyinə görə, Azərbaycanda sovet dövrü
əmanət bankına yatrılan əmanətlərin strukturu
onların indeksləşdirilməsini asanlaşdırır:
“Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan
əmanətlərdir.
Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi
isə 15 faizdən azdır. Belə olan halda isə sitər
sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının
qorunması baxımından ilk 1000 rubladək olan
əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının
böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda
əhalinin az həcmdə əmanətlərinə sahib olan
hissəsinin prosesdən faydalanmaq imkanları
məhdudlaşacaq”. İSİM rəhbəri əmanətlərin
indeksləşdirmə sistemi ilə bağlı aşağıdakı sistemi
təklif etdi:
|
1000 rubladək olan əmanətlər |
Hər 2 rubla |
1 manat |
|
1000-2000 rubl arasındakı əmanətlərə
|
Hər 4 rubla |
1 manat
|
|
2000-5000 rubl arasındakı əmanətlərə |
Hər 6 rubla |
1 manat |
|
5000-10000 rubl arasındakı əmanətlərə |
Hər 8 rubla |
1 manat
|
|
10000 rubldan artıq əmanətlərə |
Hər 10 rubla |
1 manat
|
V.Bayramov bildirir ki, əmanətlərin qaytarılması bu
sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ
900 milyon manat, prosesin icra müddəti 3 il təşkil
edəcək: “Sovet dövründə əmanət banklarına qoyulan
əmanətlərin interval şəkildə əhaliyə qaytarılması
kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla
əhalinin az əmanətə malik olan hissəsinin prosesdən
faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin
təyin edilməsi isə ilk minliyə sahib olanların
hüquqlarının qorunmasına gətirib çıxarar.Prosesin
başqa tərəfi, ödənişlərin hansı formada
aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi,
istərsə də Azərbaycanda son illər İstehlak Malları
İndeksinin artması əmanətlərin yalnız nağd formada
qaytarılmasını mümkünsüz edir”
|