Əmək bazarında gərginlik arta bilər

Vüqar Bayramov: “Yaxın aylarda Rusiyadan göndərişlərin həcmi yarıya qədər azala bilər“.

 Rusiyada son günlər baş verən etnik qarşıdurmalar bu ölkədə işləyən azərbaycanlılara qarşı yönələrsə, yüz minlərlə ailənin büdcəsinə çox pis təsir göstərə bilər. Qeyd edək ki, hazırda Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Bunlardan çoxu müvvəqqəti olaraq çörək pulundan ötrü Rusiayaya gedənlərdir. Bu arada   Rusiyada etnik və irqi zəmində toqquşmalar sürətlə ölkənin bütün regionlarını əhatə etməkdədir. Xatırladaq ki, iğtişaşlar “Spartak” futbol klubun azarkeşinin qafqazlılarla davada öldürülməsinə etiraz olaraq dekabrın 11-də ultramillətçi rus gənclərinin Moskvanın Manej meydanında təşkil etdikləri şiddətli qarşıdurmadan və qeyri-ruslara qarşı hücumlardan sonra güclənib.

                                                                                          

Iqtisadçı-alim Vüqar Bayramov bildirir ki,  Rusiyada baş verənlər Azərbaycana sosial aspektdən təsirə malikdir. V.Bayramov deyir ki,  son hadisələr, eləcə də Ruziya prezidentinin miqrasiya sahəsində qaydaların sərtləşdirilməsi ilə bağlı  çıxışlı orada yaşayan azərbaycanlıların bir qisminin geri qayıtmaq məcburiyyətində qoya  bilər: “Hadisələr Azərbaycana həm iqtisadi, həm də sosial baxımdan təsir göstərir. Rusiyada yaşayan Azərbaycanlıların bir qisminin vətənə qayıtması əmək bazarına təsir edəcək.  Bu hətta əmək bazarında gərginliyin yaranmasına səbəb olacaq. Xüsusilə nəzərə alsaq ki, qlobal maliyyə böhranı iş yerlərinin azalmasına, əmək bazarında gərginlik yaradıb”.

V.Bayramov qeyd edir ki, Rusiyada yaşayan azərbaycanlıların geyi qayıtması bu ölkədən göndərilən vəsaitlərin həcminin kəskin azalması demək olacaq: “Xüsusilə bölgələrdə Rusiyadan göndərilən pulların sosial təsirləri böyükdür. Elə ailələr  var ki, onlar həmin vəsaitlər hesabına yaşayırlar. Baxmayaraq, Dövlət Statistika Komitəsi Azərbaycana göndərilən  vəsaitlərin həcminin 1 milyard dollar olduğunu deyir, Rusiya mətbuatında bu rəqəm 2 milyard dollar göstərilir.  Bütün hallarda söhbət milyard dollarlıq köçürmədən gedir. O baxımdan Rusiyada baş verənlər, miqrasiya ilə bağlı tədbirlərin icrası, şərtlərin ağırlaşdırılması  köçürülən vəsaitlərin azalmasına gətirib çıxaracaq. Güman edilir ki, yaxın aylarda göndərişlərin həcmi yarıya qədər azala bilər“.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.