|
2010-cu ildə qiymətlər necə dəyişdi?
Vüqar Bayramov: “Real illik inflyasiya iki rəqəmli
olacaq”
Azərbaycanda istehlak mallarının qiymətləri və
xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə
müqayisədə 1,8 faiz artıb. On bir ay ərzində keçən
ilin müvafiq dövrünə nisbətən isə qiymətlər 5,5 faiz
bahalaşıb. Bu haqda məlumat yayan Dövlət Statistika
Komitəsindən verilən xəbərə görə, oktyabr ayına
nisbətən noyabr ayında ərzaq məhsullarının
qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının
qiymətləri 0,4 faiz, xidmət tarifləri 0,9 bahalaşıb.
İlin əvvəlindən keçən vaxt ərzində ərzaq
məhsullarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq
mallarının qiymətləri 2,2 faiz və xidmət tarifləri
4,7 faiz bahalaşıb.
Qiymət
artımlarına münasibət bildirən İqtisadi və Sosial
İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov son noyabr
ayından başlayaraq bir sıra məhsulların qiymətində
artımların müşahidə edildiyini söyləyir. Onun
sözlərinə görə, xüsusilə ət və ət məhsullarının
qiymətində son 5 ildə rekord səviyyədə bahalaşma baş
verib.
Iqtisadçı bildirir ki, 2009-cu ildə bayramların
gəlişinin qiymətlərə təsiri minimum olsa da cari
ildə situasiya fərqli olub. Bir sıra məhsulların
qiymətində artımların davam edəcəyini düşünən
mütəxəssis bu da həmin də ərzaq məhsullarına
tələbatın artması ilə bağlıdır: “Balaşmanın digər
səbəbi dünya bazarında bəzi məhsulların
qiymətində artımlar baş verməsidir. Belə ki, dünya
bazarında şəkərin, çayın, düyü və buğda
məhsullarının bahalaşması müşahidə edilir. Bu da
həmin məhsulların istehsal həcminin aşağı
düşməsindən irəli gəlir: Yalnız son 1 ayda dünya
bazarında çayın qiyməti 8 faiz artıb. Düyününm
qiymətində 6 faiz, buğdanın qiymətində 8-14 faiz
təşkil edib. Bazarda rəqabətin məhdud olması isə
Azərbaycanda qiymətlərin daha kəskin artmasına zəmin
yaradır”.
Dövlət Statistika Komitəsinin inflyasiya ilə bağlı
hesablamaları ilə razılaşmayan iqtisadçı-alim
bildirib ki, illik inflyasiyanın 5 faiz olacağı ilə
bağlı proqnozlar reallığı əks etdirmir. Bizim
hesablamalar və eləcə də müşahidələr göstərir ki,
2010-cu ildə inflyasiya səviyyəsi 10 faizdən az
olmayacaq. Əgər alıcılar nəinki hər ay, hətta hər
həftə qiymət artımları müşahidə edirlərsə 2010-cu
ildə qiymətlər cəmi 5 necə arta bilər? Təəssüf ki,
inflyasiya ilə bağlı aparılan hesablamalar reallığı
əsk etdirməməklə yanaşı, qiymət artımlarının
səbələrini ört-bastır edir. İnflyasiya səviyyəsinin
reallıqdan aşağı göstərilməsi pensiyası illik qiymət
artımlarına indeksiya edilən təqaüdçülərin də sosial
vəziyyətinə mənfi təsir göstərir.
V.Bayramov sözügedən məhsulların bahalaşmasının
ölkəyə idxal olunan analoji məhsulların qiymətini
artıracağını deyir: “Yerli istehsalın ərzaq
məhsullarında payının aşağı olması səbəbindən idxal
bazara böyük təsirlərə malikdir”.
Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq
üçün İqtisadi İnkişaf Nazirliyi süni qiymət
artımlarına qarşı mübarizəni genişləndirməlidir.
Yeri gəlmişkən iqtisadçının fikrincə, artımlar
növbəti ildə də davam edəcək. 2011-ci ilin
əvvəlində bir sıra sahələrdə qiymətlərin
artırılması məsələsi Tarif Şurası tərəfindən
müzakirə olunacaq.
|