İSİM Neft Tenderləri ilə bağlı Konfrans keçirib

İqtisadi və Sosial İnkişaf Mərkəzi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə neft vəsaitləri hesabına maliyyələşdirilən tenderlərin monitorinqinin aparılması layihəsi çərçivəsində  14 dekabr  tarixində  hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatların və mətbuat nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

 

Tədbiri giriş sözü ilə açan İSİM-in rəhbəri Vüqar Bayramov bildirmişdir ki, icra olunan layihənin məqsədi neft gəlirlərinin daha səmərəli istifadəsinin təşkili, bu istiqamətdə  şəffaflığın artırılmasına dəstək verməkdir. Bu məqsədlə  Neft Fondunun maliyyələşdirdiyi layihələr üzrə keçirilmiş tenderlərin monitorinqi aparılıb. Monitorinq zamanı bəlli olub ki, bir sıra layihələr üzrə tenderlərin təşkilində  irəlləyişlər olsa da sifarişçilər tərəfindən icraçıların seçilməsi zamanı problemlər qalmaqdadır. 

 

Layihənin rəhbəri Leyla Əliyeva Neft Fondundan maliyyələşən 4 layihə üzrə keçirilən satınalmalarla bağlı monitorinqlər apardiqlarını  söylədi: “Əksər layihələr üzrə tenderlər keçirilsə də bəzi hallarda “Dövlət Satınalmalar haqqında” tələbləri pozulub. Belə ki,  rəsmi məlumatlarda  “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması" layihəsi üzrə 7 tender , Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı 10 tender  keçirildiyi bildirilir. Lakin bu layihələrlə bağlı mətbuatda verilən tender elanları  bağlanan müqavilələrin sayı uyğun gəlmir. Bu da o deməkdir ki, müqavilələr heç də satınalmaların nəticəsi  olaraq bağlanmayıb. Bəzi hallarda isə layihələrin icra müddətinin uzanması hallarında rast gəlinib. İlkin layihələndirmədə icrası 14 ay nəzərdə tutulan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 3 ildir davam edir, cari ilin noyabrında təhvil veriləcəyi bildirilsə də hələ də işlər tamamlanmayıb”.

 

Layihə rəhbəri onu da qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı diqqəti çəkən məqamlardan biri fəaliyyətdə olmayan şirkətlə -”Azkompozit” şirkəti ilə müqavilə imzalanmasıdır: “Bununla da  “Dövlət satınalmaları haqqında” qanunun ixtisas uyğunluğu ilə bağlı tələbi pozulub. Çünki, qanunda   şirkətin müvafiq sahədə peşəkarlıq təcrübəsi, teхniki və maliyyə imkanları, idarəetmə səriştəsinin, etibarlılığının  оlması əsas götürülüb.

Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması layihəsinin icrasında da şəffaflıqla bağlı ciddi problemlər var.  Layihə üzrə nə vaxt tender keçirildiyinə,  icraçıların adlarına, vəsaitlərin qəsəbələr üzrə xərc bölgüsünə, layihələrin texniki-iqtisadi əsaslandırmasına dair baza, hüquqi sənəd yoxdur. Çünki gerçəklikdə bu təşkilatlar tərəfindən layihələr üzrə tenderlər  keçirilmir. 100 iş üzrə cəmisi 10-15 tender  təşkil olunur. Bu zaman da işlər eyni şirkətlər arasında bölüşdürülür”.

 

L.Əliyeva onu da bildirib ki, 3 ölkənin - Türkiyə, Azərbaycan və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə bağlı işlərin icrasına dair  satınalmalar Gürcüstan və Türkiyədə bu ölkələrin qanunvericiliyinə uyğun keçirilib: “Bu səbəbdən də həmin tenderlər DNF-dan maliyyələşdirilən digər layihələr üzrə keçirilən tenderlərdən fərqlənirlər. Belə ki, layihə ilə bağlı  tender elanları verilib. O cümlədən həmin elanlarda alınacaq materialların, görüləcək işlərin həcmi, layihənin texniki parametrləri,ilkin mərhələdə dəmiryolu ilə daşınacaq yükün həcmi və sair   göstərilib. Ən başlıcası isə layihə üzrə Gürcüstan tərəfindən səlahiyyətli orqan  funksiyasını həyata keçirən “Marabda-Kartsaxi Dəmir Yolu MMC” həyata keçiriləcək hər bir xidmət üzrə ayrı-ayrılıqda tender keçirib. Hansıki,  Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması", qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması layihələri üzrə mühasibat və bu kimi xidmətlərlə bağlı tender elanlarına rast gəlinmir”.

 

Tədbirdə tenderlərin monitorinqinin nəticəsi olaraq  hazırlanan   təkliflər paketinin təqdimatından sonra müzakirələr keçirildi.

İSİM-in monitorinq qrupunun tenderlərlə bağlı gəldiyi nəticələrə münasibət bildirən Neft Fondunun  nümayəndəsi Rəhim Məmmədov layihələrin maliyyəsini ayıran təşkilat kimi təkliflərlə tanış olduqdan sonra rəylərini açıqlayacaqlarını söylədi.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tikinti quraşdırma idarəsinin müdür müavini Rəsul Paşayev “Samur-Abşeron” suvarma sisteminin yenidən qurulması" layihəsi üzrə ayrılan maliyyə vəsaitindən də artıq işlərin görüldüyünü dedi. O həmçinin layihənin 2013-cü ildə tamamlanacağını vurğuladı.

 

Daha sonra çıxış edən Neftçilərin Hüquqularının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə beynəlxalq maliyyə qurumlarının maliyyələşdirdiyi layihələrdə işlərin  satınalmasi ilə bağlı tenderlərin keçirilməsi zamanı  qanunun tələblərinə əməl olunduğunu söylədi.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.