|
“Avtomobillərin könüllü sığortası" qaydası
dəyişdirildi
Vüqar Bayramov: “Sığorta üzrə yeni vahid qaydalar
mütərəqqi hesab edilə bilər”
Gələn aydan “Avtomobillərin könüllü sığortası" üzrə
vahid qaydanın tətbiqinə başlanılacaq. Belə ki, əvvəllər
"Avtomobillərin könüllü sığortası" Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən
hazırlanan xüsusi sığorta paketləri çərçivəsində
həyata keçirilirdisə, vahid qaydaların təsdiqindən
sonra kreditə götürülən avtomobilin sığortalanması
üçün sığorta şirkətinin seçilməsində müştəriyə tam
seçim imkanı veriləcək. Qeyd edək ki, Vahid qayda
Azərbaycan Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti
haqqında" qanun və Azərbaycanın digər qanunvericilik
aktlarına uyğun hazırlanıb.
Dəyişikliyə münasibət bildirən iqtisadçı-alim Vüqar
Bayramov qeyd edir ki, vahid qaydanın tətbiqindən
sonra kreditlə avtomobil alan şəxslər elə həmin
şirkətdə avtomobilləri sığortalamağa məcbur
olmayacaqlar: “Onların sığorta paketini seçmək
imkanları olacaq. Eyni zamanda kretidlə avtomobil
alanlar sığortanın müddətini müəyyənləşdirə
biləcəklər. Bu da avtomobillərini sığorta
etdirənlərin bunun üçün daha az vəsait ödəmələrinə
imkan verəcək. Əvvəlki qaydalarda sığortanın
müddəti avtomobil və ya sığorta şirkəti tərəfindən
müəyyən edilirdi”.
V.Bayramov yeni qaydaları daha mütərəqqi hesab edir.
Müətəxəssisin fikrincə, yeni qayda kreditlə
avtomobil alanların sığorta xərclərinin azalmasına
gətirib çıxaracaq: “Bu artıq avtomobil alanlar üçün
sığorta probleminin yumuşalmasına səbəb olacaq.
Seçim imkanı daha ucuz və səmərəli paketlərdən
istifadə imkanı yaradacaq. “Avtomobillərin könüllü
sığortası" üzrə vahid qayda sığorta paketinin
verilməsinin məqsədləşdirilməsinin qarşısını alacaq”
.
|