|
Böhranın yeni mərhələsi başlayır
Vüqar Bayramov: “2011-ci il dünya iqtisadiyyatı üçün
böhranın yeni və kifayət qədər ağır mərhələsi kini
yadda qalacaq”
“Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya tam
miqyaslı bank böhranından yayınmaq üçün könüllü
olaraq Avrozonanı tərk etməlidirlər”.
Belə bir qənaətə ABŞ ekspertləri gəlib. ABŞ
Sahibkarlıq İnstitununun iqtisadçısı Desmand
Lahmanın hazırladığı hesabatda deyilir ki, gec-tez
bu dörd ölkə Avropa Birliyi sıralarını tərk
edəcəklər. Əks halda
sözügedən dövlətlərdə
olan defolt vəziyyəti digər birlik ölkələrinə də
“yoluxacaq” və bu, sonda ölkələrin Avrozonadan
çıxması ilə nəticələnəcək.
D. Lahmanın sözlərinə görə, Yunanıstan, İrlandiya,
İspaniya və Portuqaliyanın borc böhranı artıq
çoxdan “xroniki” forma alıb: “Hazırda maliyyələşmə
ilə onları və ümumlikdə bütün Avropa bank sistemi
nəzarətdə saxlanıb.
Ancaq bu maliyyələşmə bir anlıq dayandırılsa,
həmin
ölkələr “batacaq” və özləri ilə digər ölkələri də “dartacaqlar””.
Amerikalı mütəxəssis
hesab edir ki,
Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya
avronun daha da güclənəcəyinə ümid etdiklərindən,
böyük itikilərin qarşısını almaq üçün valyuta
devolvasiyası edə bilmirlər:
“Onlar
devolvasiyanı ixracın stimullaşdırılması üçün də edə
bilmirlər. Çünki bu, sonda büdcə xərclərinin
azaldılması proqramına da mənfi təsirini
göstərəcək.Yunanıstan, İrlandiya, İspaniya və
Portuqaliyanın yüksək borclarının silinməsinə isə
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu icazə
verməyəcəklər”.
Iqtisadçı-alim
Vüqar Bayramov bildirir ki, bütövlükdə Avropa
iqtisadiyyatında baş verən proseslər dünya
iqitisadiyyatında qlobal maliyyə böhranı ilə bağlı
yeni mərhələnin yaranmasından xəbər verir. Onun
sözlərinə görə, yaxın zamanlarda dünya
iqtisadiyyatında böhran meyilləri daha da
genişlənəcək. Avropa Birliyi Yunanıstan, İrlandiya,
İspaniya və Portuqaliyanın böhranın içində
boğulmaması ilə bağlı kəskin addımlar ata bilməsə
böhran dünya iqtisadiyyatına ciddi təsir edəcək.
2011-ci il dünya iqtisadiyyatı üçün böhranın yeni və
kifayət qədər ağır mərhələsi kini yadda qalacaq:”
İrlandiyada böhran dalğası müşahidə edilməyə
başlayıb. İrlandiyanın dövlət xərclərinin artması,
eləcə də bu ölkənin büdcəsində müşahidə edilən kəsir
hökümətə sosial öhdəliklərini yerinə yetirməyə imkan
vermir. Son böhran dalğasının İrlandiya
iqtisadiyyatına 30 milyard avrodan çox ziyan
vurduğu güman olunur. Hökümət yaxın iki ildə dövlət
xərcləmələrinin 20 milyard avroya qədər azaldılması
istiqamətində qərar qəbul edib. Hansıki, bununla
böhranın təsirlərinin müəyyən qədər səngidilməsinə
çalışır”.
Artıq Avropa Birliyinin İrlandiyaya maliyyə
yardımlarına başladığını vurğulayan mütəxəssis deyir
ki, böhran İrlandiyadan sonra Portuqaliya və
İspaniyada müşahidə ediləcək: “Həmin ölkələrdə
dövlət borclarının həcminin artması baş verəcək.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu eləcə də
Avropa Birliyi də İspaniya və Portuqaliyada iqtisadi
vəziyyətin ürəkaçan olmayacağını bildirirlər”.
Amerikalı ekspertlərin Yunanıstan, İrlandiya,
İspaniya və PortuqaliyanınAvrozonanı tərk etmələri
ilə bağlı çağırışlarına gəlincə gəlincə, mütəxəssis
onların belə bir addım atacaqları ehtimalının
olmadığını deyir: “Həmin ölkələrin Avrozonadan
çıxarılması Avropa Birliyinin və avronun qorunması
kimi başa düşülsə də, “”zəiflərin” çıxarılması
iqtisadi baxımdan gələcəkdə Avropa Birliyinin
əhəmiyyətinin aşağı salacaq”.
V.Bayramov Avropada böhranın dərinləşəcəyini
söyləyir: “Bu özünü Avropanın iqtisadi
göstəricilərində biruzə verməkdədir. Eləcə də
avronun məzənnəsində kəskin azalmalar müşahidə
edilir. Əgər böhran başlamazdan əvvəl İrlandiyada
avronun məzənnəsi dollara nisbətən 1 dollar 41
sentə qədər yüksəlmişdisə, indi 1 avro üçün 1 dollar
30 sent ödəmək lazımdır.Son 3 həftədə avronun
məzənnəsi hər dollar üçün 10 sentdən aşağı düşüb.
Böhran praktiki dərinləşməkdədir. Avropada böhranın
dərinləşməsi dünya iqtisadiyyatına və bütövlükdə
dünyada böhranın dərinləşməsinə gətirib çıxara
bilər”
İqtisadiyyatının həcminə görə, Avropa Birliyinin
dünyada ikinci region olduğunu xatırladan eksperti
bildirir ki, Birlikdə baş verənlər dünya
iqtisadiyyatına birbaşa təsir göstərir: “Dıgər
tərəfdən Amerika Birləşmiş Ştatlarının Federal
Rezerv bankının dövriyyəyə 650 milyard dollar
emisiya edilməsi barədə qərarı da büdcədə
problemlərin olduğunu göstərir. O baxımdan dünyanın
iki aparıcı iqtisadi mərkəzində müşahidə edilən
böhran dünya iqtisadiyyatına təsirsiz
ötüşməyəcək.Böhran Azərbaycanın dövlət rezervlərinə
də ciddi təsir göstərir. Belə ki, rezervlərin 3/1
avro ilə saxlanılır”.
Avropa Birliyinin Azərbaycanın ən böyük ticarət
tərəfdaşı olduğunu vurğulayan mütəxəssis bildirir
ki, xarici ticarət dövriyyəsinin 65 faizi Avropa
ölkələrinin payuına düşür. Həmin ölkələrdə böhranın
müşahidə edilməsi Azərbaycanın xticarət dövriyyəsinə
mənfi təsir edəcək.
|