Qlobal valyuta bazarında baş verənlərdən dövlət rezervlərini necə qorumaq olar?

Vüqar  Bayramov: “Rezervlərin 10 faizi  Kanada dollarına çevrilməlidir”

Qlobal maliyyə böhranından sonra dolların  hələ də sabit mövqedə olmaması valyuta ehtiyatlarına malik əksər ölkələrin onun strukturunda dəyişikliklər etməsinə gətirib çıxarıb.  Valyuta ehtiyatlarının həcminı görə, dünyada 3-cü böyük dövlət sayılan Rusiya artıq  öz valyuta ehtiyatının strukturunda dəyişiklik etməyi və valyuta ehtiyatlarının bir hissəsini  Kanada dolları ilə saxlamağı qərar alıb. Rusiyadan  başqa Çin və İndoneziya da valyuta ehtiyatını diversifikasiya etmək istəyir. Bu arada  Kanada dollarına marağın artması bu ölkənin möhkəm maliyyə vəziyyətinə malik olması və milli valyutasının iqtisadiyyatın xammal sektoruna əsaslanması ilə əlaqədardır. Diqqəti çəkən valyuta bazarını araşdıran yerli mütəxəsislərin Azərbaycanın da analoji addımı atmasını məqbul hesab etmələridir. Onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları əsasən dollar və avroda saxlanılır.

Iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, ABŞ-ın  Federal Ehtiyatlar Bankı dövriyyəyə 600 milyard dollar  emissiya etməklə bağlı  qərarından sonra dünya bazarında dolların məzənnəsi kəskin aşağı düşüb. Bununla yanaşı Avropa Birliyində, xüsusilə İrlandiyada müşahidə edilən  böhran avronun məzənnəsində kəskin azalmalara səbəb olub: “Yalnız 1 həftə ərzində avronun digər valyutalara nisbətən məzənnəsi 8 faiz aşağı düşüb. Valyuta bazarında müşahidə edilən tendensiyanın əvvəlki dövrlərdən fərqi avronun məzənnəsinin düşməsi fonunda dolların möhkəmlənməsinin  müşahidə olunmamasındadır. Eləcə də Azərbaycanın valyuta bazarında manat həm dollara, həm də avroya nisbətən möhkəmlənir. Yaxud  dollar və avronun manata nisbətən məzənnəsinin aşağı düşməsi müşahidə edilir ki, bu da dövlət rezervlərinin manatla ifadəsində dəyərinin azalmasına  gətirib çıxarır”.

 

Dövlət rezervlərinin əsasən dollar və  avroda saxlandığını vurğulayan iqtisadçı deyir ki, bu valyutaların məzənnəsinin dəyişməsi birbaşa dövlət rezervlərinin həcminə təsir göstərir: “Bir sıra ölkələr , o cümlədən Rusiya höküməti rezervlərinin  saxlandığı valyutanın strukturunun dəyişdirilməsi yönündə qərar qəbul edib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin araşdırmaları göstərir ki, Azərbaycanın da dövlət rezervlərinin strukturunun dəyişdirilməsi məqsədəuyğundur. Bu həmçinin  dünya valyuta bazarında baş verən dəyişikliklərin Azərbaycanın dövlət rezervlərinə təsirlərini sığortalamaq,  minumlaşdırmaq baxımından  vacibdir.

 

Mütəxəssis dövlət rezervlərinin strukturuna Kanada dollarının  daxil edilməsini təklif edir: “Avro və dollarla saxlanılan rezervlərin 10 faizi  Kanada dollarına çevrilməlidir. Bununla qlobal valyuta bazarında baş verənlərdən Azərbhaycanın valyuta bazarını sığortalamaq, rezervlərin manatla ifadədə qarşısını almaq mümkün olar. O cümlədən rezervlərin manatla ifadəsində artımı stimullaşar”.  

V.Bayramov Kanada dollarının dünyada ən  stabil valyuta hesab edildiyini söyləyir: “Eyni zamanda Kanada dolları dönərli valyutalar siyahısındadır. Kanada dollarının alqı-satqısı, eləcə də dəyişdirilməsi kifayət qədər asandır. Digər tərəfdən Kanada iqtisadiyyatının stabil inkişaf etməsi bu valyutanın yaxın gələcəkdə də dönərli valyuta kimi öz dəyərini qoruyub saxlamasına  imkan verir”.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.