İpoteka alanların sayı kəskin azalacaq

Vüqar Bayramov: «Verilən kreditlərin qaytalırmasında problem çıxmayıbsa, hansı risklərin azaldılmasından söhbət gedir?»

 

Azərbaycan Mərkəzi Bankı (AMB) İpoteka Fondu ipoteka kreditlərinin alınması üçün tələb olunan ilkin ödənişin məbləği 15 faizdən 20 faizə qaldırılıb. AMB-nin sədr müavini Avtandil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, məbləğin artırılması bu sahədə baş verə biləcək risklərdən sığortalanmaq - yəni, ödənişdə problem yaranmaması məqsədi daşıyır: «Müəyyən situativ analizlərdən sonra belə qərara gəlindi ki, risklərin daha da optimallaşdırılması baxımından ilkin ödənişin 20 faiz olması ən məqbul variantdır. Belə olanda, sistemin sabit işinə təminat verən risk məsələləri həllini tapır». İyulun 1-dən etibarən ipoteka krediti ilə alınan mənzilin satıcısı ilə alıcısı arasında qohumluq əlaqəsi ilə bağlı tələblər daha da sərtləşdirilib.
Həmin dəyişikliklərə əsasən, faktiki olaraq bir ailənin birdən artıq ipoteka krediti götürməsi qadağan edilib. İpoteka Fondunun «Standart tələblər»inə edilən dəyişikliyə görə, «İpoteka krediti götürmüş borcalan ərinin/arvadının götürdüyü ipoteka krediti üzrə birgə borcalan qismində çıxış edə bilməz». 

 

Yeni şərtləri dəyərləndirnə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ipoteka kreditlərinə əlçatanlıq aşağı düşəcək: «İpoteka Fondu bir neçə ay əvvəl standart ipoteka proqramına keçəcəyi ilə bağlı qərar qəbul etmişdi. Orada ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin sayının artırılması ilə bağlı məsələ öz əksini tapmışdı: «Bu paketdə ipoteka kreditlərinin verilməsinin şərtləri ağırlaşdırılıb. Əvvəlki qaydalara görə adi ipoteka əsasında kredit götürənlər üçün ilkin ödəniş 15 faiz idi. Fondun son qərarından sonra bu faiz 20-yə qalxdı. İndi 50 min manat kredit götürənlər ilkin ödəniş olaraq 10 min manat etməlidir. Sığorta və digər sənədləşdirmə ilə bağlı xərcləri də nəzərə alsaq, ilkin çəkilən xərc 15 min manata qədər qalxa bilər. Bu isə orta aylıq əməhaqqı ilə dolanan insanlar üçün əlçatmazdır. Problem ondan ibarətdir ki, indiki şərtlər ipoteka kreditlərinə əlçatan etmir. Ailə üzvlərinin əməkhaqqısının hesablanmaması o deməkdir ki, vətəndaş yalnız öz maaşı hesabına Fondun vəsaitindən ala bilər».
İqtisadçının sözlərinə görə, vətəndaşların maaşları İpoteka Fondunun əməkhaqları ilə bağlı tələblərinə uyğun deyil: «Ölkədə orta aylıq əməkhaqqı 300 manatdan hesablanır. Fondun şərtlərinə görə isə vətəndaşın maaş minimum 500 manat olmalıdır. 500 manatdan yüksək əməkhaqqı alan vətəndaşların sayı isə çox azdır. İndiki şərtlərdən sonra, ipoteka krediti alanların sayı kəskin şəkildə aşağı düşəcək». 
Nə üçün «İpoteka Fondu belə bir addım atdı» sualına isə ekspert belə cavab verdi: «Bu istiqamətdə həm dövlət, həm də büdcədənkənar cəlb edilən vəsaitlərin həcmi azdır. Fond yalnız dövlət büdcəsi və istiqrazların yerləşdirilməsi əsasında əldə olunan gəlirlər hesabına ipoteka ödənişlərini həyata keçirir. İpoteka istiqrazları isə çox aşağı faizlə-3 faizlə yerləşdirilib. Fondun daimi maliyyələşmə mənbələri yoxdur. Maliyyələşmə mənbəyi bir yerdən olduğundan hər zaman kreditlərin verilməsi ilə bağlı maliyyənin qurtarması ehtimalı var. Buna görə də Fond şərtləri ağırlaşdırır ki, müraciət edənlərin sayı az olsun və bununla prosesi tənzimləyə bilsin. 

 

Amma başqa bir məsələ var. Əgər indiyədək verilən kreditlərin qaytalırmasında hər hansı bir problem çıxmayıbsa, hansı risklərin azaldılmasından söhbət gedir? İpoteka Fondu bu vaxtadək risklərin olması ilə bağlı rəsmi açıqlama yaymayıb. Ona görə də, şərtlərin ağırlaşdırılması risklərin azaldılmasına doğru addımlar deyil, bu, ipoteka kreditlərini götürənlərin sayının azaldılmasına ünvanlanan məsələdir».
Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov vətəndaşların ipoteka kreditləri qaytarmasında hər hansı problemin yaşanmadığını vurğulamışdı. O bildirmişdi ki, indiyə qədər verilnə kreditlərin heç birində çətinlik yaranmayıb. 

 

Vüsalə RÜSTƏMOVA

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.