Avtobuslarda və metroda gediş haqları artırılacaq

Vüqar Bayramov: “Gələn  ilin əvvəllərində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq”.

Nəqliyyat sektoru vahid ödəniş sisteminə keçməyə hazırlaşır. Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumata görə,  kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə, hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq. Artıq ödəniş kartının forması və dizaynı da müəyyənləşdirilib. Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar, dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur. Bildirilir ki, həmin terminalların ilk nümunələri  noyabrın sonunadək Azərbaycana gətiriləcək.

Nəqliyyat sektorunda  vahid ödəniş sisteminin  Avropa, eləcə də əksər  inkişaf etmiş ölkələrdə  tətbiq edildiyini diqqətə çatdıran iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu sistemə keçid ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq: “O baxımdan sistemin tətbiqi müsbət haldır. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq.  Praktiki nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki  vahid ödəniş sistemi nəqliyyat sektorunun ödənişlərlə bağlı dövriyyəsini müəyyənləşdirməyə imkan verəcək. O cümlədən verdiyə cəlb olunma baxımından əhəmiyyətli olacaq”. 

Mütəxəssis bildirir ki, vahid ödəniş sisteminə keçid  ictimai nəqliyyatda gediş haqlarının bərabərləşdirilməsi ilə nəticələnəcək: “Vahid ödəniş sisteminin tətbiqi metroda gediş haqlarının 15 qəpikdən 20 qəpiyə qaldırılmasını qaçılmaz edir. Bu o deməkdir ki, vahid ödəniş sistemi Avropa standartlarının tətbiqi baxımından uğurlu hesab edilsə də sistem metroda  gediş haqlarının artırılmasına zəmin yadadır. Başqa tərəfdən   vahid ödəniş sisteminə keçidlə əlaqədar çəkiləcək xərcləri nəzərə alsaq, gələn  ilin əvvəllərində ictimai nəqliyyatda gediş haqlarına yenidən baxılacaq”.

Gediş haqlarının artırılmasını isitisna etməyən iqtisadçı bildirir ki, avtobuslarda qiymətlərin qaldırılması Tarif Şurası tərəfindən müzakirə ediləcək.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.