|
Vüqar
Bayramov AB Şərqi Tərəfdaşlıq Forumunun İdarə
Heyətinə seçilib
Tanınmış iqtisadçı eyni zamanda Forumun Azərbaycan
üzrə milli kordinatoru kimi fəaliyyət göstərəcək
Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı
çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində
noyabrın 18-dən 20-dək Vətəndaş Cəmiyyəti Forumu
keçirilmişdir. Forumda AB Şərqi Tərəfdaşlıq
Proqramının İdarə Heyətinə və eləcə də ölkələr üzrə
milli kordinatorların seçkisi olub. Iqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
Azərbaycan nümayəndə heyəti üzvləri arasında təşkil
edilən gizli səsvermə nəticəsində yekdilliklə Şərqi
Tərəfdaşlıq Forumuna milli kordinator seçilib.
İqtisadçı alim həmçinin forumun idarə heyyətinə üzv
olub. Məlumat üçün bildirək ki, Şərqi Tərəfdaşlıq
Forumunun idarə heyyəti 17 nəfərdən ibarətdir. Bura
həm Şərqi Tərəfdaşlıq Proqramına, həm də Avropa
Birliyinə üzv olan ölkələrin nümayəndələri daxildir.
Qeyd edək ki, Şərqi Tərəfdaşlıq Proqramı Avropa
Birliyinin ən ciddi proqramı hesab edilir və
Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və
Ermənistanı əhatə edir.
İqtisadçı alım ilk növbədə onu dəstəkləyən
Azərbaycan vətəndaş cəmiyyəti institutlarına
minnətdarlığını bildirərək qeyd edib ki, idarə
heyyəti Şərqi Tərəfdaşlıq Proqramı ilə bağlı
qərarların qəbulunu həyata keçirir: “İdarə heyəti
həmçinin Avropa Birliyinin rəhbərliyinə Şərqi
Tərəfdaşlıq Proqramına üzv olan ölkələrlə Avropa
Birliyi arasında münasibətlərin təkmilləşdirilməsi,
əlaqələrin, Avropaya inteqrasiya ilə bağlı xüsusi
təkliflər vermək və qərarlara təsir göstərmək
səlahiyyətinə malikdir”.
Vüqar Bayramov həmçinin əlavə edib ki, prorqam
çərçivəsində Azərbaycanda geniş fəaıiyyətlərin
həyata keçirilməsi nəzərdə tutulub. Milli
Platformada ölkəmizin aparıcı təşkilatların
rəhbərləri təmsil olunur ki, bu da bu istiqamətdə
uğur əldə etməyə zəmin yaradır.
Xatırladaq ki, Azərbaycanın AB-nin Şərqi Tərəfdaşlıq
Proqramına qoşulmaqla bağlı memarondumu ölkə başçısı
İlham Əliyev Çexiyanın Praqa şəhərində 2009-cu ilin
may ayında imzalayıb.
|