Böyük 20-lik görüşü qlobal böhranın ömürünü qısaldacaqmı?

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, dünyanın ən böyük iyirmiliyi qlobal deyil, öz ölkələrinin iqtisadi problemlərini həll etməyə səy göstərirlər

Böyük 20-lik (G20) ölkələrinin liderlərinin Seul Sammiti bu gün  qlobal maliyyə böhranı və eləcə də valyutaların develvasiyası ilə bağlı anlaşma imzalayıb. Sammit iştirakçıları görüşün məqsədinin dünya iqtisadiyyatı ilə bağlı yaranmış suallara aydınlıq gətirmək olduğunu bildirsələr də analitiklər sammiti valyutaların müharibəsi kimi xarakterizə edirlər. Hansıki bu da  birbaşa Böyük 20-liyə daxil olan ölkələrin öz valyutalarının məzənnələrini aşağı salaraq  ixrac qabiliyyətini daha da artırmağa çalışmaları ilə bağlıdır.

İqtisadçı-alim Vüqar Bayramov sammitin böhranın aradan qaldırılmasında müsbət təsirlərə malik olacağının güman etmir: “Çünki indiki halda aparıcı ölkələrdə valyutalarının məzənnələrinin aşağı salınmaması müzakirə edilir. Amerika Birləşmiş Ştatları 600 milyard dollar emissiya etmək niyyətindədir. Bu dolların  məzənnəsinin kəskin aşağı düşməsinə, digər ölkələrin -Çin və Avropanın ixrac qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Digər məsələ Çinin süni şəkildə öz valyutasının məzənnəsini aşağı salaraq ixrac qabiliyyətini artırmağa çalışmasıdır.Bu da Avropa Birliyi ölkələrini, xüsusən Amerikanı  narahat edir.  Əslində Amerika Birləşmiş Ştatlarının xarici ticarətində kəsirin olmasının əsas səbələrindən biri kimi məhz Çinin ixrac qabiliyyətinin artması və bu ölkənin valyutasının aşağı düşməsi göstərilir. O baxımdan bu sammiti valyutaların müharibəsi kimi qiymətləndirmək mümkündür”.

Valyutaların məzənnələrinin aşağı salınması istiqamətində  aparılan danışıqların  nəticə vermədiyini deyən ekspert son günlər avronun  məzənnəsinin  aşağı düşdüyünü deyir: “Birliyin sammitində məzənnələrin  indiki səviyyədə saxlanılması, məzənnələri aşağı salmaqla süni şəkildə ekspert imkanlarının artırılmasının qarşısının alınması müzakirə edilən məsələlərdəndir. Amma bununla belə valyutaların məzənnələrində azalmalar davam etməkdədir. Hətta avronun məzənnəsi son iki gündə 1 avro 1 dollar 40 sentdən 1 dollar 36 sentə qədər azalıb. Bu da avronun məzənnəsi üçün kifayət qədər ciddi azalma hesab edilə bilər”.

İqtisadçının sözlərinə görə, hələlik sammit  valyutaların müharibəsinə, məzənnələrin dəyişməsinə ciddi təsir göstərmir: “Sammitin müzakirə mövzularından biri də qlobal maliyyə böhranının aradan qaldırılmasıdır. Amma güman edilmir ki, Böyük 20-lik böhranın aradan qaldırılması isitiqamətində hər hansı addım atmaq imkanına malik olacaq. Bu gün böhran davam edir. Böhranın ikinci mərhələsində ölkələr valyutalarının məzənnələrini aşağı salmaqla daha çox ixrac etmək imkanları əldə etməyə çalışırlar”.

V.Bayramov Seul sammitinin böhranın yaxın vaxtlarda aradan qalxmasına təkan verəcəyini hesab etmir: “Əslində məzənnələrin müharibəsi böhranın dərinləşməsinə və  maliyyə  böhranının 2-ci mərhələsinin yaranmasına gətirib çıxara bilər.”

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.