Dünya bazarında “qara qızıla” olan tələbat artıb

Vüqar Bayramov:” Neftin qiymətində kəskin artımlar gözlənilmir”

ABŞ-da xam neft ehtiyatının azalması fonunda ötən gün dünya bazarında neftin qiyməti artaraq, 2008-ci ilin oktyabrından bu yana maksimal hədddə çatıb. Bu ölkənin   Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə neft ehtiyatları 3,3 milyon barel azalıb və noyabrın 5-nə 364,9 milyon barel təşkil edib.Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,09 dollar artıb və 87,81 dollara çatıb.London birjasında isə “Brent Crude Oil” markalı neft 0,63 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,96 dollar təşkil edib.

Neftin qiymətindəki son artımlara münasibət bilidirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazar qiymətinin yüksəlməsi dolların digər valyutalara nisbətən məzənnəsinin  düşməsi nəticəsində investorların neftə və qızıla vəsait yönəltmələri ilə bağlıdır: “Praktiki dolların məzənnəsi aşağı düşdükcə  neftə maraq artır. Bu investorlar tərəfindən tələbatın artmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, neft strateji məhsul olduğu üçün dollarla satılır və dolların məzənnəsinin aşağı düşməsi fonunda neftin qiymətinin dollarla ifadədə artması normaldır.Əslində neftin qiymətinin avro ilə dəyişməsinə  baxsaq neftin avro ilə qiymətində artım yoxdur.” 

Mütəxəssis dünya bazarında neftə olan tələbatın artdığını da qeyd edir: “Neftə tələbatın artması  əsasən Asiya ölkələrində, xüsusən  Çində müşahidə edilir. Bu da həmin ölkələrdə proqnozlaşdırılan tənəzzülün əvəzinə müəyyən iqtisadi artımların baş verməsi ilə bağlıdır. Bundan başqa Avropa Birliyi ölkələrində də neftə olan tələbat  artıb”.

Neftin qiymətində kəskin artımların gözlənilmədiyini vurğulayan iqtisadçı bildirir ki, ilin sonuna qədər neftin qiyməti indiki səviyyədə stabilləşəcək: “Bununla belə güman edilir ki, gələn ildən başlayaraq  dolların məzənnəsində müəyyən müəyyən stabilləşmə qeydə alınsın. Hansıki bu da neftin qiymətinə birbaşa təsir göstərəcək”.

 “Qara qızıl”ın qiymətinin dəyişməsinin Azərbaycana təsirlərinə gəlincə, iqtisadçı bildirir ki, bu dövlət gəlirlərinin artması baxımından əhəmiyyətlidir: “Nəzərə alsaq ki, Azərbaycan gündəlik 1 milyon barel neft ixrac edir, xərclər tutulduqdan sonra 80 faiz  gəlir əldə olunur. O baxımdan neftin 1 dollar bahalaşması Azərbaycana 800 min dollar əlavə vəsaitin daxil olmasına gətirib çıxarır”.

İqtisadçı  neftin bahalaşmasının  mənfi təsirlərinə də toxundu. Bildirdi ki, neftin qiymətinin qalxması dunya bazarında qiymətlərin artmasına gətirib çıxarır: “Bu da ölkəyə idxal edilən məhsulların qiymətinin artımına təsir göstərir. Düzdür hələlik dünya bazarında yalnız ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Hansıki, bu da qıtlıqla əlaqədardır”. V.Bayramovun sözlərinə görə, neftin bahalaşması indiki halda  dünya bazarında qiymətlərin artmasına  ciddi təsir göstərmir. Lakin nefrin qiymətindəki artımlar davamlı olarsa, ölkəyə idxal edilən ərzaq və qeyri-ərzaq məhsulları bahalaşacaq: “İstehlak bazarında artımların baş verməsinə, inflyasiyanın yaranmasına gətirib çıxaracaq”.     

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.