Taxıl istehsalının həcmini necə artırmaq olar?

Vüqar Bayramov: “Kim çox məhsul istehsal edirsə, o da böyük həcmdə subsidiya almalıdır”

İqlim dəyişikliyi Azərbaycanda taxıl istehsalına mənfi təsir göstərib. Bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin əsas prioritet sahələri taxılçılıq və heyvandarlıq olsa da  iqlim dəyişkliyi taxılçılıqda müəyyən problemlər yaradıb. B.Əliyevin sözlərindən bəlli olub ki, ötən il ölkədə 3 mln. ton taxıl istehsal olunsa da bu il həmin rəqəm 2 mln. ton təşkil edib. Azərbaycan torpaqlarının təxminən 47,8%-i korroziyaya məruz qalıb. Orta hesabla hər hektarın məhsuldarlığı 20,6 sentner olub. Ümumilikdə isə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz azalıb. Bu arada diqqəti çəkən məqamlardan biri   Azərbaycanın əsas taxıl təminatçılarından biri olan Rusiyanın  taxıl ixracına qoyduğu qadağanın müddətini gələn ilin iyul ayının  1-nə qədər uzatmasıdır. Yəni şimal cqonşumuz Azərbaycanın 2-ci taxıl tədarükçüsü hesab edilirdi. Hər il illik tələbatın 15 faizdən çoxu Rusiyanın n hesabına ödənirdi. Nəzərə alsaq ki, bu il Azərbaycanın özünün daxili istehsalı da azalıb, Rusiyanın tətbiq etdiyi qadağanın müddətini uzatması narahatlıqları də artırır.

Iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Maliyyə Nazirliyinin 2010-cu ildə subsidiyaların verilməsini yubatması, ötən il istehsal olunan taxılın bir qisminin  Taxıl Fondunun keyfiyyət standartlarına uyğun gəlməməsi fermerlərin cari ildə taxıl istehsalına maraqlarını azaltdı: “2009-cu ildə  taxıl istehsalının artması məhsulun qiymətinin  düşməsinə gətirdi. 2010-cu ildə fermerlər digər məhsulların istehsalına meyilləndilər.Taxıl istehsalının azalması həmçinin Azərbaycanda baş verən daşqınlarla bağlıdır”.

İqtisadçıya görə,  taxıl strateji məhsul olduğundan  məhsuldarlığın artırılması vacibdir: “2010-cu ildə Azərbaycanda taxıl istehsalı əvvəlki illə müqayisədə 22 faiz  azalıb. Əgər ötən il 2 milyon 950 min ton taxıl istehsal edilmişdisə, bu il istehsal   az olub. Azərbaycan yalnız taxıl  deyil, buğda ilə tələbatının ödənilməsində də müəyyən problemlərlə üzləşib. Belə ki, ölkənin buğdaya olan tələbatı 1 milyon 700  min ton təşkil edir. Lakin istehsal l ,1 milyon ton olub. Bu da daxili istehsalın buğdaya olan tələbatın ödənilməsinə imkan verməməsi deməkdir. Qonşu ölkələrin  2011-ci ildə taxıl ixracatına olan qadağanı saxlayacağını nəzərə alsaq Azərbaycanın 2011-ci ildə taxıla və buğdaya olan tələbatının daha çox yerli istehsal hesabina ödənilməsi məqsədə uyğundur”.

Mütəxəssisin fikrincə, fermerlərin taxıl istehsalına marağının artırılması istiqamətində  tədbirlər həyata keçirilməlidir: “Rusiyanın ixraca qoyduğu qadağanın vaxtını uzatması ondan xəbər verir ki, taxıla olan tələbatın daha çox yerli istehsal hesabına ödənməsi vacibdir. Bu dünya bazarından asılılığın aradan qaldırılmasına, hər hansı qiymət artımının qarşısının alınmasına  gətirib çıxarar”.

V.Bayramov  bildirir ki, digər məhsul istehsalçıları ilə müqayisədə taxıl istehsal edən fermerlərə  ayrılan subsidiyaların həcmi 2 dəfə çox olsa da  vəsaitlərin məbləğinə yenidən baxılmalıdır: “2011-ci ildə taxıl qıtlığının aradan qaldırılması,  eləcə də taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün fermerlərə verilən subsidiyalar 80 manatdan 100 manata qaldırılmalıdır. Bu fermerlərdə taxıl istehsalına stimul yarada bilər. Subsidiyaların verilməsi qaydaları dəyişdirilməlidir. Azərbaycanda subsidiyalar əkin sahələrinin həcminə görə ayrılır. Amma vəsaitlər yalnız əkin sahələrinin həcminə görə deyil, həm də istehsal olunan məhsulun həcminı görə verilməlidir. Artıq bu metodlar  təkcə inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilməkdədir”.

Məlum olur ki, kim çox məhsul istehsal edirsə, o da böyük həcmdə subsidiya almalıdır: “İstehsal olunan məhsulun həcmi ilə  subsidiyanın məbləği arasında əlaqənin  yaranması fermerə daha çox məhsul istehsal etməyə stimul ver bilər. Başqa tərəfdən Taxıl Fondunun fermerlərdən aldığı  taxılın qiymətinə yenidən baxmasına, qiymətin artırılmasına zərurət var.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.