|
Qızılın unsiyası 1400 dollara qədər bahalaşacaq
Vüqar Bayramov: “Dövlət rezervlərinin ən azı 20
faizinin qızıl formasında saxlanması məqsədəuyğundur”
Gələn il qızılın bir unsiyası 8 faiz qalxaraq 1400
dollar olacaq. anspress-in məlumatına görə belə bir
proqnozla “UBS” bankının analitikləri çıxış edib.
Bankın ekspertləri bildirir ki, 2010-cu ilin sonuna
qızılın bir unsiyası 1228 dollar olacaq. Xatırladaq
ki, bundan öncə verilən proqnozda bu rəqəm 1205
dollar göstərilirdi.Qeyd edilirdi ki, 2012-ci ildə
bu qiymət indiki qiymətdən 6 faiz artıq 1250 dollar,
2013-ci ildə isə 5 faiz bahalaşaraq 1150 dollar
təşkil edəcək. Hesabatda qeyd edilir ki, qiymətli
metalın qalxmasına ciddi səbəb bu ilin avqust
ayından bəri valyuta bazarında müşahidə olunan
enmələrdir.
Bu arada, “J.P. Morgan Chase & Co”nun
analitiklərinib fikrincə, 2011-ci ildə qızılın bir
unsiyası 1400 dollar təşkil edəcək. Yeri gəlmişkən,
onlar da daha əvvəl 2011-ci ildə bu qiymətli metalın
bir unsiyasının 1250 dollar olacağını
proqnozlaşdırmışdılar. Məlumat üçün bildirək ki,
bahalı metalın hazırki qiyməti bir unsiyaya görə
1295 dollardır.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, qızılın
bahalaşması “qiymətli metala” olan tələbatın
artması ilə bağlıdır. Ekspert İqtisadi və Sosial
İnkişaf Mərkəzinin qızılın qıymətində artımların
davam edəcəyini proqnozlaşdırdığını xatırlatdı:
“Qızıla olan tələbatın artması təkcə qlobal maliyyə
böhranının davam etməsi və böhranın ikinci fazasının
başlaması ilə bağlı deyil. Qiymətli metalın
istehsalının azalması da burada rol oynayır”.
Mütəxəssis qızıl istehsalının azalmasının dünya
bazarında qızıla olan tələbatın artmasına şərait
yaratdığını söyləyir: “Başqa tərəfdən bu gun nəinki
investorlar qızıla sərmayə kimi baxır, aparıcı
ölkələr də öz ehtiyatlarının bir hissəsini qızılda
saxlamağa üstünlük verirlər.Qızıl rezervlərin
saxlanması baxımından kifayət qədər rentabelli və
gəlirlidir. Fikrimcə, Azərdaycanın dövlət
rezervlərinin bir qisminin qızılda saxlanması
vacibdir”.
V.Bayramov dövlət rezervlərinin strukturuna qızılın
daxil edilməsi və ilkin mərhələdə dövlət
rezervlərinin ən azı 20 faizinin qızıl formasında
saxlanmasını məqsədəuyğun sayır: “Nəzərə alsaq ki
qızılın qiyməti ilə bağlı proqnozlar yaxın illər
üçün nibkindir, o baxımdan növbəti mərhələdə qızılla
yığımları artırmaq olar. Hazırda isə rezervlərin ən
azı 20 faizini qızıla çevirib
rezervlərdə
artımı daha da sürətləndirmək mümkündür”.
Mütəxəssis qeyd edir ki, qızıl dollar, avro və ya
manata nisbətən daha gəlirlidir: “Yalnız son bir
ildə qızılın dünya bazar qiyməti 28 faiz artıb. Bu
kifayət qədər böyük rəqəmdir. Ötən 1 ay ərzində isə
qızılın qiymətində 12 fazi artım baş verdib.
İl ərzində dollarla saxlanılan rezervlərin, xüsusilə
banklarda yerləşdirilən rezervlərin gəlirlik
səviyyəsinə baxsaq onların gəlirlik səviyyəsi ilə
dolların inflyasiyası arasında fərq olduqca azdır.
Praktiki həmin vəsaitlər gəlir gətirmir, sadəcə
konservativ yolla müdafiə olunurlar. O baxımdan
dövlət , eləcə də Neft Fondunun rezervlərinin bir
qsmini qızıla çevirib, “qiymətli metalda” saxlanması
məqsədəuyğun olar.Çünki, vəsaitlərin qiymətli
qızılda saxlanması daha çox gəlir əldə etməyə imkan
verir, nəinki hər hansı valyutada.Digər tərəfdən,
inflyasiya dərəcəsi ilə müqayisədə pulun qızılda
saxlanması rentabellidir”
|