|
|
|
|
İpoteka Fondunun yeni layihəsi nələr vəd edir
Vüqar Bayramov: “İpotekanın elektronlaşması ilə
yanaşı ipoteka kreditlərinin verilməsinə ayrılan
vəsaitlərin artırılmasına ehtiyac var”
Azərbaycan İpoteka Fondu (AİF) yeni – “elektron
ipoteka” layihəsi üzərində işləyir.
Hansıki
bu
layihəyə
əsasən,
ipoteka
kreditləşməsi
üçün
əhalinin
müraciətləri,
sənədlərin
təqdim
olunması
tam
şəkildə
elektronlaşdırılacaq.
Nəticədə proseslər
insan
faktoru
olmadan
həyata
keçiriləcək.
İnsanlar
birbaşa banklara və banklar vasitəsilə AİF-ə
müraciət edəcəklər.
Onu da nəzərə çatdıraq ki, bu il oktyabr ayının 1-ə
Azərbaycanda adambaşına düşən ipoteka kreditinin
həcmi 24,9 manata çatıb. Bu göstərici ötən ayın
əvvəlində 24,2 manat, ilin əvvəlində isə 17,4 manat
olub.Cari ilin ilk 9 ayında ölkə bankları
tərəfindən əhaliyə AİF-in xəttilə ümumilikdə 73,5
milyon manat ipoteka krediti verilib.
Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı
ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi
225,7 milyon manata çatıb. Fond indiyədək bu
kreditlərin 151,4 milyon manatını və ya 7,1 faizi
təkrar maliyyələşdirib.Məlumat
üçün qeyd edək ki, AİF-in fəaliyyəti üçün maliyyə
vəsaitləri dövlət büdcəsindən ayrılır (güzəştli (sosial)
ipoteka üçün) və fondun istiqrazlarının buraxılması
yolu ilə əldə edilir.
Bu il ipoteka məqsədləri ilə dövlət büdcəsindən 14
milyon manat ayrılması və 75 milyon manatlıq
istiqrazların buraxılması nəzərdə tutulub.
İstiqrazların yerləşdirilməsinə bu ilin fevralın
1-də başlanılıb və bugünə kimi 59 milyon manat
həcmində istiqraz yerləşdirilib.
Bu arada xatırladaq ki, İqtisadi və Sosial İnkişaf
Mərkəzi bir müddət əvvəl ipoteka proqramının
elektronlaşdırılmasını təklif etmişdi. AİF-in
hazırladığı “elektron ipoteka” layihəsinə
münasibətini açıqlayan iqtisadçı-ekspert Vüqar
Bayramovun sözlərinə görə, yeni sistemin tətbiqi
vətəndaşlarla müvəkkil banklar, ipoteka təqdim edən
qurumlar arasında birbaşa əlaqənin azalmasına
gətirib çıxara bilər: “O baxımdan ipoteka
kreditlərinin verilməsində elektron hökümətin
elementlərinin tətbiqi olduqca vacibdir. “Elektron
ipoteka”nın tətbiqi bu sektorda formalaşmış
əngəllərin aradan qalxmasına gətiirib çıxaracaq.
İpoteka kreditlərinin verilməsi ilə bağlı
problemlərdən biri müvəkkil bankların kreditləri
tanışlıq və ya qeyri-rəsmi ödənişlərin müqabilində
vermələridir. Bu da ipotekanın sosial proqram kimi
fəlsəfəsinə ziddir”. V.Bayramov bildirir ki,
ipoteka prosesinin elektronlaşması nəticəsində
məmur və fərd anlayışı arxa plana keçəcək.
Mütəxəssisin fikrincə, prosesin
elektronlaşdırılması ilə yanaşı proqrama ayrılan
vəsaitlərin həmci də artırılmalıdır: “2010-cu ildə
Azərbaycan İpoteka Fondu 75 milyon manatlıq adi
ipoteka kreditinin, 14 milyon manatlıq isə sosial
ipoteka kreditinin verilməsini həyata keçirəcək.Adi
ipoteka kreditləri İpoteka Fondunun ipoteka
istiqrazlarının satılması nəticəsində əldə etdiyi
vəsaitlər hesabına maliyyələşdirirlir. Sosial
ipoteka kreditləri isə dövlət büdcəsinin maliyyə
vəsaitləri hesabına həyata keçirilir. O baxımdan
ipotekanın elektronlaşması ilə yanaşı ipoteka
kreditlərinin verilməsinə ayrılan vəsaitlərin də
artırılmasına ehtiyac var. 2005-ci ilin sentyabrın
24-də ipoteka sisteminin yaradılması ilə bağlı ölkə
prezidentinin imzaladığı sənəddə də qeyd edilirdi ki,
İpoteka Fondu kreditlərin verilməsində dövlət
büdcəsindən asılılığın aradan qaldırılması üçün prosesə
institusional investorları, sığorta şirkətlərini
cəlb etməlidir. Hələlik İpoteka Fondu istiqrazların
yerləşdirilməsi vasitəsilə adi ipoteka kreditlərinin
verilməsini həyata keçirir. Bu da ipoteka proqramına
böyük həcmdə maliyyənin ayrılmasına imkan vermir.
Müqayisə üçün bildirim ki, Litva Dövlət İpoteka
Fondunun nizamnamə kapital 1, 3 milyard dollardır.
Həmin vəsaitin əhəmiyyətli hissəsi büdcədənkənar
vəsaitlər hesabına formalaşır. Digər inkişaf etmiş
ölkələrdə olduğu Azərbaycanda Ipoteka Fondunun
dövlət büdcəsindən kənar maliyyə mənbələrinə
müraciət etməsi, həmin maliyyə mənbələri hesabına
ipoteka kreditlərinin verilməsini təkmilləşdirməsi
vacibdir”.
İqtisadçı deyir ki, inkişaf etmiş ölkələrdən fərqli
olaraq Azərbaycanda sığorta şirkətləri ipoteka
kreditlərinin verilməsinə cəlb edilməyiblər. O
həmçinin qeyd edir ki, sistemin təkmilləşdirilməsi
ilə yanaşı ipoteka alanların sayının artırılmasını
da mühüm sayır.
|