MSK Vüqar Bayramovun namizədliyini qeydə aldı

Mərkəzi Seçki Komissiyası (MSK) 83 saylı dairə seçki komissiyasının Vüqar Bayramovun Milli Məclisə namizədliyinin qeydiyyata alınmaması ilə bağlı qərarını ləğv edib. MSK tanınmış iqtisadçının deputatlığının qeydiyyata alınması ilə bağlı qərar qəbul edib. Deputatlığa namizədliyinin qeydə alınması ilə bağlı qərarı alqışlayan Vüqar Bayramov ədalətin bərpa olunması və ona qarşı olan haqsızlıqlar ilə bağlı ölkə prezidentə və Prezident Administrasiyasının rəhbərinə müraciət etdiyini deyib . Müraciətim nəzərə alınıb və ədalət bərpa edilməsini yüksək qiymətləndirirəm”.

ABŞ-ın Corc Taun Universitetinin hazırladığı “Dünyanın 500 ən nüfuzlu müsəlmanı” və Azərbaycan Prezidentinin adının da daxil edildiyi siyahıda ölkəmizi “elm və inkişaf” kateqoriyası üzrə təmsil etdiyini bildiriən V. Bayramov deyib ki, seçkilərdə iştirakda məqsəd iqtisadi islahatlara və iqtisadi qanunvericilin daha da təkmilləşməsinə dəstək vermək istəyi ilə bağlıdır. Əsərləri dünyada 25 xarici dilə tərcümə edilən iqtisadçı alim əlavə etdi ki, o ekspert kimi Qazaxıstanda anti-böhran, Yunanıstanda isə stabilləşmə proqramının hazırlanmasında iştirak edib və parlamentə seçilərsə bu ona öz bilik və təcrübəsindən Azərbaycanın inkişafı naminə daha yaxından istifadə etmək imkanı verəcək.

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.