Manatın məzənnəsi kəskin aşağı düşə bilər

Vüqar Bayramov: “Manatın denomnasiyası zamanı “məzənnə səhvi” buraxan Mərkəz Bank gələn il gizli devalvasiyaya gedə bilər”

 

“2011-ci ilin əvvəllərində Mərkəzi Bankın gizli devalvasiyaya getməsi mümkündür. Bankın pul-kredit siyasəti ilə bağlı açıqlamaları, korrektələri bundan xəbər verir. Manatın süni şəkildə möhkəmlənən məzənnəsi Mərkəzi Bankı bu məsələdə alternativsiz edib “. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov açıqlamasında bildirb. Ekspertin sözlərinə görə, dünya bazarında dolların məzənnəsinin azalması dolların manata nisbətən də məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb: “Son iki həftədə dolların manata nisbətən məzənnəsi 4 faizə yaxın aşağı düşüb.Avronun zəifləməsi fonunda manatın möhkəmlənməsi müşahidə edilir. Bu arada  Mərkəzi Bank rəhbərliyi pul-kredit siyasətinə baxılacağı istiqamətində  açıqlamalar versə də hələlik manatın məzənnəsinin necə dəyişəcəyi, manatın məzənnəsi  ilə bağlı Mərkəzi Bankın müdaxiləsinin necə olacağı yönündə açıq mənzərə yoxdur”.

İqtisadçı-alim bildirir ki, Mərkəzi Bank rəhbərliyi manatın məzənnəsinin kəskin aşağı düşməyəcəyini, devalvasiyanın olmayacağıni bildirməsinə baxmayaraq manatın dollara nisbətən indiki məzənnəsi uzun müddət saxlanıla bilməz. Ekspertin fikrincə, bu iqtisadi baxımdan mümkün deyil: “Əslində problem onunla bağlıdır ki, Mərkəzi Bank denominasiya dövründə manatın dollara nisbətən məzənnəsini müəyyənləşdirən zaman ciddi səhvə yol verib Əslində dollarla müqayisədə 1 manatın məzənnəsi ən azı 1 dollara bərabər götürülməli idi. İndiki siyasət süni yolla manatın möhkəmlənməsinə, eləcə də inkişaf etməkdə olan ölkə kimi Azərbaycanın iqtisadi potensialının tormuzlanmasına gətirib çıxarır”.

V.Bayramov qeyd edir ki, manatın dollara nisbətən məzənnəsi qeyri-neft sektorunun inkişafı üçün də problemlər yaradır: “Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı konservativ siyasət həyata keçirir. Problem ondan ibarətdir ki, manatın məzənnəsinin dollara nisbətən aşağı salınması manata olan inamın azalmasına gətirib çıxara bilər. Belə halda  əhali öz yığımlarını manatla deyil başqa valyutalarla aparar.Manatın məzənnəsinin aşağı düşməsinin müsbət təsirləri də var. Bu yalnız yerli sahibkarların ixrac potensialının artması deyil, dövlət büdcəsinə daxilolmaların artımına səbəb olar. Yəni neft satışından ölkəyə daxil olan valyuta dollarla olduğu üçün  manatla dövlət büdcəsinın  gəlirlər hissəsinin  artımına zəmin yaradar”.

Ekspert deyir ki, manatın indiki məzənnəsi yerli fermerlərin qonşu ölkələrdə belə rəqabət aparmasına imkan vermir: “Məsələn, 2010-cu ildə kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermerlərin ixrac  problemi ilə üzləşməlrinin əsas səbəbi manatın möhkəmlənməsi fonunda qonşu ölkələrin valyutalarının  dollara nisbətən zəifləməsi idi. Hansıki bu fermerlərin rəqabət imkanlarını tükəndirmişdi. Hətta azərbaycanlı  fermerler Rusiya bazarlarında rəqabət aparmaq imkanlarına malik ola bilmədilər. Manatın möhkəmlənməsi qonşu ölkələrin bazarlarına çıxışı məhdudlaşdırdı”.

Mərkəzi Bankın 2011-ci ilin əvvəllərində gizli devalvasiyaya gedəcəyini istisna etməyən V.Bayramov  qurumun pul-kredit siyasəti ilə bağlı açıqlamalarının, korrektələrinin bundan xəbər verdiyini söyləyir: “Bundan əlavə Mərkəzi Bankın alternativi yoxdur.Düzdür,  bank manatın devalvasiyasının olmayacağını bildirir. Lakin dünyanın heç bir ölkəsində devalvasiyaya gedən Mərkəzi Banklar milli valyutaya olan inam itməsi təhlükəsini nəzərə alıb  bu barədə öncədən açıqlamalar vermirlər”.

Gizli devalvasiyanın mahiyyətini açıqlayan iqtisadçının dediyinə görə, Rusiyada insanlar səhər işə gedərkən milli valyutalarının məzənnəsinin aşağı düşməsinin şahidi olublar: “Azərbaycanda da bu halın təkrarlanması halı böyükdür. İqtisadi və Sosial İnkişaf  Mərkəzi hələ 2009-cu ilin aprel ayında antiböhran konsepsiyası hazırlayan zaman Mərkəzi Bankın yumşaq devalvasiyaya getməsini təklif etmişdi. Həmin vaxt dolların manata kəskin təzyiqi vardı.Mərkəzi Bank manatın sterilizasiyasını həyata keçirirdi.Yumşaq devalvasiya isə -  manatın dollara nisbətən məzənnəsinin aylıq 1 faizdən çox olmayaraq azaldılması     manata olan inamın kəskin aşağı düşməsinə,o cümlədən yığımların manatla deyil, digər valyitalarla aparılmasına təsir göstərməzdi. Təəssüf ki, Mərkəzi Bank yumşaq devalvasiya yolunu seçmədi. Səhv pul –kredit siyasətini həyata keçirməkdə davam etdi”.

Mütəxəssis hesab edir ki, Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həyata keçirmədiyi üçün gizli devalvasiya siyasətini həyata keçirməyə məcburdur:”Gizli devalvasiya baş verərsə Mərkəzi Bank səhəri gün manatın ən azı yaxın aylar və illər üçün məzənnəsinin yenidən dəyişilməyəcəyi ilə bağlı açıqlama verərək müəyyən öhdəlik götürəcək. Bu da birbaşa məhz belə devalvasiyadan sonra manata inamın aşağı düşməməsinə hesablanmış addım olacaq”.

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.