Sosial ödənişlər artırılarsa

Vüqar Bayramov: “Vergilərin artırılması deyil, azaldılması  daha məqsədə uyğundur”

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yığım pensiya sisteminin tətbiqi üçün icbari sosial sığortalanma faizinin 25 faizdən 35 faizə qədər artırmaq istəyir.  DSMF sədri Səlim Müslümovun bu barədə mətduata verdiyi açıqlamaya görə,  Azərbaycanda pensiya islahatı üçpilləli pensiya-sığorta sisteminin yaradılmasını nəzərdə tutur: “Birinci mərhələ nominal yığım sisteminin, ikinci mərhələ real yığım sisteminə keçidin, üçüncü mərhələ özəl pensiya fondlarının tətbiqdir”. Fond sədri bildirib ki, Azərbaycan hazırda bu sistemin birinci mərhələsindədir və ikinci mərhələyə keçməyə hazırlaşır: “İkinci mərhələdə DSMF əhalinin vəsaitlərinin banklarda yerləşdirilməsi hüququ ala bilər və bununla da əhalinin pensiya ödənişləri üçün əlavə mənbələr əldə edə bilər. Lakin bu mərhələyə keçid icbari sosial sığortalanma üçün faizin artırılmasını və ya yığım sığortası üçün ayrıca faizin tətbiqini tələb edir. Bizim hesablamalarımıza görə icbari sosial sığortalanma üçün ödənişlərin ümumi faizi bu halda ən azı 35 faiz olmalıdır”. 
S.Müslümov
həmçinin deyib ki,  DSMF-in qiymətləndirmələrinə görə icbari sosial sığortalanma üçün ödənişlərin böyük faizi işçinin öz əmək haqqından ayırmalar hesabına yaranmalıdır. “Ölkə iqtisadiyyatı hələlik ikinci mərhələyə keçməyə hazır deyil, çünki yığım sığortası vəsaitlərinin necə idarə olunması, bu halda itkilərə kimin cavabdeh olması kimi bir sıra sual və risklər yaranır. Bütün bunlar həmçinin qanunvericilikdə əhəmiyyətli dəyişikliyi tələb edir. Biz indi bu istiqamətdə işlər aparırıq”.
Məlumat üçün qeyd edək ki,  hazırda icbari sosial sığorta ayırmalarının faizi Azərbaycanda iki mənbədən: işəgötürən tərəfindən həyata keçirilən, müəssisə üzrə əmək haqqı fondundan 22 faiz, işçinin öz əmək haqqından 3 faiz hesabına formalaşır.

 

DMSF sədrinin son açıqlamalarına münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, icbari sosial sığortalanma faizinin 25 faizdən 35 faizə qədər artırılması indiki halda məqbul hesab olunmamalıdır: “Əvvəla bunu neqativ təsirləri var. Belə ki, vergi dərəcələrinin böyük olması vergidən yayınmaların artmasına gətirib çıxarır. Yüksək vergi dövlət büdcəsinə və ya fonda yüksək ödənişlərin daxil olması demək deyil. Hazırda hətta inkişaf etmiş ölkələrdə də  yüksək vergilərin tətbiqindən yayınırlar. Bu da onunla bağlıdır ki, yüksək vergi vergidən yayınmaları artırmaqla yanaşı biznesin inkişafı üçün əngəllər törədir”.

İqtisadçı bildirir ki, bütün hallarda vergi dərəcələrinin artırılmasından daha çox sosial ödənişlərə nəzarətin gücləndirilməsi məqsədə uyğundur: “Eyni zamanda sosial ödənişlərlə bağlı elektron ödəniş sistemi tətbiq edilməli, elektron hökümətin elementlərindən istifadə olunmalı, ödəmə prinsipləri təkmilləşdirilməlidir”.  

V.Bayramovun sözlərinə görə, nəinki inkişaf etmiş, qonşu ölkələrdə də sosial ödənişlərin dərəcələrinin azaldılması tendensiyası həyata keçirilir: “Məsələn, Estoniyada sosial vergilərin azaldılması tətbiq edilir. Bu  həm işçilərin sosial vəziyyətinin müdafiə olunması, həm də biznesin stimullaşdırılması baxımından əhəmiyyətlidir”.

 

Digər dövlətlərdəki sosial ödənişlərlə bağlı müqayisələr aparan V.Bayramov deyir ki, Amerika Birləşmiş Ştatlarında sosial ödənişlər 19,51 faiz, Qazaxıstanda 11 faiz, Türkiyədə 21,5 faiz təşkil edir. İqtisadçı deyir ki, Rusiyada  vergi dərəcələri başqa ölkələrlə müqayisədə daha yüksək  hesab olunsa da Azərbaycanda tətbiq etmək istədikləri faiz dərəcəsindən aşağıdır. Yəni  26 fazidir”.

Ekspert hesab edir ki, sosial vergilərin artırılması deyil, azaldılması  daha məqsədə uyğundur: “Bütün hallarda vergilərin azaldılması vergidən yayınma hallarının azalmasına, o cümlədən fonda və büdcəyə vəsait cəlbinə imkan verir. Həmçinin biznesin kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçməsi üçün zəmin yaradır. Digər tərəfdən indiki halda tətbiq edilən pensiya islahatları sosial vergilərin dərəcələrinin işəgötürənlər və işçilər üçün məqbul olmasını zəruri edirNəzərə almaq lazımdır ki, bu gün sosial vergilərin ödənilməsi ilə bağlı bir sıra problemlər var. Əksər iri şirkətlərədə ikilimühasibat sistemi fəaliyyət göstərir.  O cümlədən  Azərbaycana gələn əcnəbi işçilər biznes müqaviləsi əsasında işləsələr də onların çox az hissəsi vergilərə cəlb olunlar.Buna görə, indiki halda sosial vergilərdən yayınan əcnəbi və  yerli şirkətlərin sosial ödənişlərə cəlb olunması istiqasmətində işlər intensivləşdirilməlidir”.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.