ÜTT-yə qəbul üzrə işçi qrupunun iclası baş tutmadı

 Vüqar Bayramov: “Azərbaycanın prosesdən kənarda qalması xarici ticarətdə problemlər yarada bilər”

 

 Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul üzrə işçi qrupunun görüşü yenidən təxirə salınıb.Bildirək ki,  Azərbaycan artıq 13 ildir quruma üzv olmaq istəyir. Lakin hələ də ÜTT standartlarına uyğunluqla bağlı qanunverici aktlara dəyişikliklərin aparılması yubanır. Eyni zamanda ikitərəfli danışıqlarda razılaşdırıla bilinməyən xeyli məsələlər var. Belə ki, Azərbaycan ÜTT ilə ikitərəfli və çoxtərəfli danısıqlara məhz bu təskilata üzv olmaq üçün müraciət etdiyi vaxtdan, 1997-ci ildən baslayıb. Bununla belə, ikitərəfli danısıqlarda ABS, Avropa Birliyi, Avstraliya kimi aparıcı ölkələr ilə razılıq əldə etmək mümkün olmayıb. Konkret olaraq isə aqrar, xidmət sektorları üzrə isçi qrupla ÜTT rəsmillərinin fikirləri üst-üstə düsmür. Bu baxımdan,Azərbaycanın bu təskilata nə zaman üzv olacağını proqnozlasdırmaq çətindir. Məlumat üçün bildirək ki, MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq ÜTT-yə üzvdürlər.

 

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə,  2013-ci ildən etibarən ÜTT ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək:”Aqrar sektor üzrə subsidiya divarı getdikcə daralır və təbii ki, bütün bunlar hökümətin iddia etdiyi kimi “güzəstli üzv olma” ehtimallarını sıradan çıxarır. Başqa tərəfdən reallıq odur ki,Azərbaycan bu təşkilatda söz demək imkanı olan ölkələrlə razılıq əldə edə bilmir. Söhbət ABS, Avropa Birliyi, Avstraliya kimi aparıcı ölkələrdən gedir. Birləşmiş Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə olunması Ümumdünya Ticarət Təşkilatına  üzvülükdə ciddi bir irəliləyişdir. Amma təəssüf ki, Azərbaycan bu istiqamətdə uğura nail ola bilməyib”.

 

Ekspert ÜTT-yə üzvülüyün yubanmasının tamamilə sözügedən ölkələrlə razılığın əldə olunmasındakı çətinliklərlə bağlamağı doğru hesab etmir: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvülüyü yubatmaqda maraqlıdır. Çünki qonşu dövlətlər Birləşmiş Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə edib Ümumdünya Ticarət Təşkilatına üzv ola biliblər. Deməli, Azərbaycanda da  təşkilata üzvülük pioritet məsələ olsa, adıçəkilən ölkələrlə  razılıq əldə edə bilər”.

V.Bayramov bildirir ki, ÜTT-yə üzvülüyün yubanması yalnız obyektiv səbəblərlə - Azərbaycanın statusunun inkişaf etmiş və ya inkişaf etməkdə  olması, aqrar sektorla bağlı yaşıl və ya  sarı zənbil üzrə danışıqların davam etdirməsi ilə bağlı deyil: “  Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü ilə bağlı siyasi qərar olsa da,  son proseslər bəzi qurumların bu üzvülüyün ziyanları ilə bağlı müəyyən fikir formalaşdırmağa çalışdığını göstərir. Lakin ölkədə artıq liberallaşma prosesi başlayıb. Azərbaycandan valyuta çıxarmaq və aparmaqla bağlı məhdudiyyətlər aradan qaldırılıb. Ölkəmizdə onsuz da cari tariflər aşağıdır. Azərbaycanda tətbiq edilən gömrük tarifləri dərəcələri 0-dan başlayaraq 15-dək yüksəlir. Yəni ölkəmizdə tətbiq edilən ən yüksək gömrük tarifi 15-dir və bu da beynəlxalq standartlar baxımından olduqca aşağı hesab edilir. Hətta 1995-ci ildən DTT-nin üzvü olan qonşu Türkiyədə uyğulanan tariflər bizdə tətbiq edilən dərəcələrdən bəzi hallarda hətta bir neçə dəfə yüksəkdir. Polşada tarif dərəcələri 0-dan 18 faizədək dəyişir. Bütövlükdə, Mərkəzi və Şərqi Avropada bu göstərici 0-la 22 faiz arasındadır. Başqa tərəfdən, hətta rəsmi informasiyalarda da gömrük gəlirlərinin hamısının yığılmadığı bildirilir. Beynəlxalq qurumların hesabatında isə Azərbaycan gömrük gəlirlərinin 50 faizinin toplanmadığı göstərilir. Bunun səbəblərinin obyektiv və ya subyektiv olmasından asılı olmayaraq gömrük sisteminin zəif fəaliyyət göstərməsi daxili bazarın qorunması haqqında arqumentləri zəiflədir".

Ümumdünya Ticarət Təşkilatına üzvülüyün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərinin olduğunu vurğulayan mütəxəssis deyir ki,  ilkin mərhələdə yerli sahibkarlar ciddi rəqabətlə üz-üzə gələcəklər. Lakin   bunun özü də aparılan danışıqlardan asılı ola bilər. Çünki bütün hallarda təşkilata üzv olan ölkələrə güzəşt müddəti verilir: “Ümumdünya Ticarət Təşkilatına üzvülük şəffaflığın gücləndirilməsi, xarici ticarətdə diskriminasiyanın,  inhisarçılığın aradan qaldırılması baxımından kifayət qədər ciddi alət ola bilər”.

Yeri gəlmişkən V.Bayramov düşünür ki, getdikcə dairə qapanır və Azərbaycanın prosesdən kənarda qalması xarici ticarətdə problemlər yarada bilər: “Azərbaycanın daha ağır şərtlərlə təşkilata  qoşulmaq məcburiyyətində qalması da mümkündür. Bu halda  Azərbaycan idxalçı ölkəyə çevirilə və eləcə də ixrac imkanları məhdudlaşa bilər”.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.