“Qiymətli metalın” bahalaşması  dövriyyəyə  saxta qızılların çıxarılmasına səbəb ola bilər

Vüqar Bayramov: “Qızılın əyyarı ilə bağlı standartların təkmilləşdirilməsinə ehtiyac var”.

 

Son bir ildə qızıl təqribən 30 faiz bahalaşıb. 2010-cu ilin əvvəlindən “qiymətli metal” 18, sentyabrda isə 4 faiz artıb. Nəticədə  qiymət növbəti psixoloji həddə, yəni 2300 dollara çatıb. Rəylərə görə, qızılın qiymətindəki artıma dolların məzənnəsinin avroya nisbətən aşağı düşməsi, elecə də investorların öz vəsaitlərini qızılla saxlamaq niyyətləri təsir edir. İnvestorların qızıla vəsait yönəltməsi “qiymətli metal”ın bahalaşmasını  şərtləndirəcək. İlin sonuna qədər qızılın dünya bazar qiymətində daha 7 faiz artım baş verəcək. İqtisadçı-ekspert Vuqar Bayramov bildirir ki, qızılın dünya bazar qiymətinin artması Azərbaycanda saxta qızıl satışının artması probleminə gətirib çıxara bilər: “Adətən qızılın dünya bazar qiymətində artımlar müşahidə edilən zaman Azərbaycanda da qızıl  bahalaşır. Qızılın qiymətindəki artım dövriyyəyə saxta qızılın çıxarılmasına gətirib çıxarır”.

Saxta qızıl satışına qarşı mübarizənin gücləndirilməsini vacib sayan ekspert deyir ki, manitorinqlər istehlak bazarında saxta qızılların olduğunu göstərir: “Dünya bazarında qızılın qiymətinin bahalaşdığı ərəfədə alıcılar kifayət qədər ehtiyatlı olmalıdırlar”.

Bu arada V.Bayramov qızılın əyyarı ilə bağlı standartların müəyyənləşdirilməsi prosedurunun təkmilləşdirilməsinə ehtiyac olduğunu da düşünür. .

Azərbaycanın  qızıl hasil etməyə başladığını xatırladan iqtisadçı həmçinin bildirir ki,  qızılın qiymətinin artması ölkədə qızıl hasilatının daha rentabelli olmasına səbəb ola bilər: “Bununla belə  qızıl hasilatı dövlət gəlirlərində əhəmiyyətli paya və rola  malik deyil. Eyni zamanda Azərbaycanda hasil edilən qızıl emal edilmir. Xammal şəklində satılır. O baxımdan xammal şəklində qızılın satışı daha çox “fyuçə” müqavilələrinə əsasən həyata keçirilir. Müqavilələrdə qiymətlər əvvəlcədən müəyyənləşdirilir.Dünya bazarında qızılın qiymətinin artması ilə bağlı baş verənlər dövlət gəlirlərinə təsir göstərmir”.

Mütəxəssis  dünya bazarında qızlın bahalaşması tendensiyasının ilin sonuna qədər davam edəcəyini söyləyir. O ki qaldı qızılın qiymətinə təsir göstərən faktorlara, iqtisadçı  bildirir ki, artıma dolların məzənnəsinin avroya nisbətən aşağı düşməsi, elecə də investorların öz vəsaitlərini qızılla saxlamaq niyyətləri təsir edir: “Qızılın qıymətinin artması yalnız valyuta bazarında baş verən dəyişikliklərlə bağlı deyil.  Nəzərə alsaq ki, dolların məzənnəsinin yaxın aylarda daha da aşağı düşəcəyi, ilin sonuna qədər avronun məzənnəsinin ötən ilki məzənnə səviyyəyə qədər yüksələcəyi yönündə  proqnozlar var, hansıki bütün bunlar  valyuta bazarına təsir edib”.

Ekspertin sözlərinə görə, Amerika iqtisadiyyatında proqnozlaşdırılan, amma müşahidə edilməyən artım templəri, eləcə də işsizlik səviyyəsinin artması  investorları vəsaitlərinin bir və yaxud əsaslı qismini qızılın alınmasına  yönəltməsinə gətirib çıxarıb: “İnvestorlar öz vəsaitlərini  səhmlərdən çəkərək qızılda saxlamağa üstünlük verirlər.Yaxın aylarda qızılın qiymətində artımlar davam edəcək. Bu eyni zamanda dolların avroya və digər valyutalara nisbətən nisbətən məzənnəsinin aşağı düşməsi ilə müşahidə ediləcək”.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.