İnvestorlar öz vəsaitlərini  səhmlərdən çəkərək qızılda saxlamağa üstünlük verirlər

Vüqar Bayramov: “İlin sonuna qədər qızılın dünya bazar qiymətində daha 7 faiz artım gözlənilir”

Ötən həftə qızılın qiymətində rekord qeydə alınıb. Belə ki,Qiymətli metal”ın unsiyası 30 dollar bahalaşaraq 1277 dollara qalxıb. Nəticədə hazirda qızılın qramı 41 dollar 19 sentədir. 
Bahalaşmaya münasibət bildirən tanınmış milyarder Corc Soros deyib ki,  qızılın qiymətinin artması həftə ərzində davam edəcək. Lakin  onun sözlərinə görə, diqqətli olmaq lazımdır. Çünki dünyada iqtisadi və maliyyə baxımdan geriləmə hələ də qalmaqdadır və bütün sərmayə qoyuluşları bu baxımdan risklidir.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, qızılın qiymətindəki artıma dolların məzənnəsinin avroya nisbətən aşağı düşməsi, elecə də investorların öz vəsaitlərini qızılla saxlamaq niyyətləri təsir edib: “Qızılın qıymətinin artması yalnız valyuta bazarında baş verən dəyişikliklərlə bağlı deyil.  Nəzərə alsaq ki, dolların məzənnəsinin yaxın aylarda daha da aşağı düşəcəyi, ilin sonuna qədər avronun məzənnəsinin ötən ilki məzənnə səviyyəyə qədər yüksələcəyi yönündə  proqnozlar var, hansıki bütün bunlar  valyuta bazarına təsir edib. Başqa tərəfdən qızıla olan təlabatın artması Amerika Birləşmiş Ştatları prezidentinin bu ölkədə böhranın başa çatmaması barədə açıqlamaları ilə bağlıdır. Birləşmiş Ştatların prezidenti artıq stabilləşmə dövrünə daxil olunduğunu qeyd etsə də Amerikanın iqtisadi inkişafından danışmağın hələlik tez olduğunu vurğulayıb.Bildirib ki, Birləşmiş Ştatlarda iqtisadi inkişafın əldə edilməsi üçün müəyyən  vaxt lazımdır”.

 

V.Bayramov sözügedən açıqlamanın Amerikada səhmlərin qiymətinin aşağı düşməsinə təsir etdiyini bildirir: “Qiymətli metal” böhran dövründə ən etibarlı yığım vasitəsi hesab olunur. Likvid qiymətli material kimi  böhran dövründə qızıla tələbat artır”.

Ekspertin sözlərinə görə, Amerika iqtisadiyyatında proqnozlaşdırılan, amma müşahidə edilməyən artım templəri, eləcə də işsizlik səviyyəsinin artması  investorları vəsaitlərinin bir və yaxud əsaslı qismini qızılın alınmasına  yönəltməsinə gətirib çıxarıb: “İnvestorlar öz vəsaitlərini  səhmlərdən çəkərək qızılda saxlamağa üstünlük verirlər.Yaxın aylarda qızılın qiymətində artımlar davam edəcək. Bu eyni zamanda dolların avroya və digər valyutalara nisbətən nisbətən məzənnəsinin aşağı düşməsi ilə müşahidə ediləcək. Güman edilir ki, dolların məzənnəsinin aşağı düşməsi ilə paralel Mərkəzi Bank manatın dollara nisbətən müəyyən qədər möhkəmlənməsini həyata keçirsin.  Çünki dolların məzənnəsi aşağı düşdükcə manatın dollara nisbətən məzənnəsində də dəyişikliklər olacaq. 

Mütəxəssis hesab edir  ki, dolların məzənnəsinin aşağı düşməsi eləcə də ilin sonuna qədər dünya iqtisadiyyatında ciddi inkişaf meyillərinin müşahidə edilməyəcəyinə dair proqnozlar qızıla tələbatı artıracaq. İnvestorların qızıla vəsait yönəltməsi “qiymətli metal”ın bahalaşmasını  şərtləndirəcək. İlin sonuna qədər qızılın dünya bazar qiymətində daha 7 faiz artım gözlənilir”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.