|
Təhsil və səhiyyə sistemində 10 fazidən artıq maaş
artımı mümkündürmü?
Vüqar Bayramov: “Əsaslı islahatlar aparılmadan
kəskin əməkhaqqı artımlarının neqativ təsirləri ola
bilər”
Təhsil müəssisələrində (ali təhsil müəssisələri
istisna olmaqla) çalışan işçilərin Vahid Tarif
Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif)
maaşlarının artımından sonra prezidentin növbəti
sərəncamı ilə səhiyyə işçilərinin də əməkhaqları
artırıldı. Hər iki istiqamətdə artımlar 10 faiz təşkil
etdi. Diqqəti çəkən isə son artımların cəmiyyət
tərəindən birmənalı qarşılanmamasıdır. Rəylərər
görə, dövlət büdcəsindən hər iki istiqamətdə daha
böyük həcmlərdə artımlara getməyə imkan var idi. 10
faizlik artım nə təhsil, nə nə səhiyyə işçilərinin
sosial müdafiəsini gücləndirməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov hesab edir ki, islahatlar aparılmadan
sözügedən sektorlarda kəskin artımlar mümkün deyil:
“ İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ iyul
ayında sentyabr ayında büdcədən maliyyələşən
işçilərin əməkhaqlarının artırılcağı ilə bağlı
proqnoz vermişdi. O zaman bildirmişdik ki,
əməkhaqları orta hesabla 10 faiz artacaq. Bu da
səhiyyə və təhsil sistemində yüksək əməkhaqqı artımı
barədə qərarın kifayət qədər ehtiyatlı qərar
olmasından irəli gəlir. .Əvvəldən hökümətin bu
ehtiyatlı qərarın qəbuluna getməyəcəyi güman
edilirdi. Hər iki sektorda yüksək artımlar üçün ilk
öncə islahatların aparılmasına ehtiyac var”.
İqtisadçı bildirir ki, səhiyyə və təhsil sahəsində
çalışanların sayı kifayət qədər çoxdur: “Səhiyyədə
çalışanların sayının çoxluğu onların əməkhaqlarının
kəskin artımına imkan vermir. Belə ki, bu sektorda
60 min tibb bacısı, 30 min həkim işləyir. Təhsil
sektorunda isə 180 min nəfərə yaxın müəllim çalışır.
Əməkhaqqı fondunun kifayət qədər böyük olması
artımlar baş verən zaman daha çox vəsaitin bu
istiqamətə yönəldilməsinə səbəb olur. Səhiyyə və
təhsil sektoruna yönələn vəsaitlərin 80 faizdən
artığı həmin sektorlarda çalışan işçilərin
əməkhaqlarının ödənilməsinə sərf edilir”.
V.Bayramovun sözlərinə görə, hər iki sektorda
çalışanların sayının çoxluğu büdcə ayırmalarının
əhəmiyyətli hissəsinin əməkhaqqı ödənişinə
yönəldilməsinə gətirib çıxarıb: “Azərbaycanda həkim
və tibb bacısı işçilərinin sayı Avropa ölkələri ilə
müqayisədə çox olsa da səhiyyə xidmətlərindən
istifadə edənlərin sayı olduqca azdır. Belə ki,
ölkədə hər min nəfərə düşən tibb bacısının sayı
Türkiyə ilə müqayisədə 3 dəfə çoxdur. Bu rəqəm
Almaniya ilə müqayisədə 2,5 dəfə, Avropa üzrə orta
göstəricidən 2 dəfə artıqdır”.
Səhiyyə sisteminin çarpayı hesabı
maliyyələşdirildiyini xatırladan mütəxəssis deyir
ki, çarpayıların sayı qonşu, eləcə də Avropa
ölkələri ilə müqayisədə çoxdur: “Azərbaycanda hər
1000 nəfərə 7,6 çarpayı düşsə də, Almaniyada bu
rəqəm 3,8, Türkiyədə 2,3, Avropa Birliyində orta
rəqərm 4,2 təşkil edir. Adambaşına düşən
çarpayıların sayının çox olmasına baxmayaraq
onlardan istifadə əmsalı kifayət qədər aşağıdır.
Yəni Azərbaycanda çarpayıların 26,1 faizi istifadə
edilirsə, Almaniyada 89,5 faizi, Rusiyada 86 faizi ,
Türkiyədə 70 faizi, Avropa Birliyində 78 faizi
istifadə olunur. MDB ölkələrində isə bu otra
göstərici 87 faizdir”.
Məlum olur ki, həm tibb işçilərinin sayının
çoxluğu, həm də çarpayıdan istifadə əmsalının aşağı
olması bu sektorda islahatları qaçılmaz edir:
“Səhiyyə sistemində çalışanların böyük əksəriyyəti
yarımştat hətta 4/1 ştatla çalışan işçilərdir. Bu da
həmin sektorda çalışanların sayının süni şəkildə
artırılmasından xəbər verir. Eyni zamanda Dünya
Bankının məlumatına görə, səhiyyə sektorunda
maliyyənin 70 faizi qeyri-rəsmi ödənişlərdir. Qrumun
araşdırmaları göstərir ki, həkimlərin gəlirlərinin
70 faizindən artığını qeyri-rəsmi ödənişlər təşkil
edir”.
Mütəxəssis eyni problemin təhsil sistemində də
müşahidə edildiyini deyir: “Adambaşına
maliyyələşdirmənin bu ildən tətbiqinə baxmayaraq
maliyyələşdirmə ilə bağlı ciddi islahatlardan
danışmaq hələlik tezdir.Sözügedən sektorlarda
kəskin əməkhaqqı artımları baş verərsə bunun
neqativ təsirləri ola bilər. Belə ki,artımlar
istehlak bazarında bahalaşmaya gətirib çıxarar.
Əslində 10 faizlik artım belə müəyyən məhsulların
qiymətini bahalaşdırır. Təəssüf ki, əməkhaqqı
artımları ilə paralel bazarlarda ərzaq və qeyri
ərzağın qiymətində artımlar baş verir”.
İSİM rəhbəri həmçinin bildirir ki, kəskin əməkhaqqı
artımları sosial öhdəlikdir: “İstər səhiyyə, istərsə
də təhsil sistemində çalışanların əməkhaqları “Büdcə
sistemi haqqında” qanuna görə müdafiə olunan xərclər
kateqoriyasina daxildir. Belə halda büdcədən digər
xərclər üzrə azalmalar baş verdikdə, həmin
kateqoriya üzrə ödənişləri azaltmaq mümkün olmur.
Sosial öhdəlik olduğu bu il baş verən artımlar
növbəti illərdə də dövlət büdcəsi tərəfindən
maliyyələşdirilməlidir. Büdcənin imkanları səhiyyə
və təhsil sistemində çalışanların əməkhaqlarının
kəskin artımına imkan verir, hər iki sahədə əsaslı
islahatlar aparılmadan bu mümkün deyil.
|