|
Rusiya Azərbaycandan mavi qaz alışını niyə çoxaldır?
Vüqar Bayramov: “Qazprom” hətta “Şahdəniz-2”
fazası istifadəyə verildikdən sonra mavi qaz
alqı-satqısını artırmaq niyyətindədir”
Dövlət Neft Şirkəti ilə “Qazprom” şirkətinin
sentyabrın 3-də imzaladıqları sənədə əsasən 2011-ci
ildən etibarən Rusiyaya ixrac ediləcək qazın həcmi 2
milyard kubmetr təşkil edəcək. 2012-ci
ildən isə
bu ölkəyə
2 milyard kubmetrdən çox
qaz ixrac olunacaq. Nəzərə çatdıraq ki, Rusiya
tərəfi Azərbaycandan aldığı qaz həcmini artırmasını
ərazi yaxınlığı, tranzit zonaların olmaması və
artıq mövcud qaz nəqli infrastrukturunun mövcudluğu
ilə əsaslandırıb. Rəsmi Kremil bəyan edib ki,
Azərbaycan və Rusiya arasında qaz üzrə əməkdaşlığın
genişləndirilməsi hər iki tərəfdaş üçün kommersiya
baxımından sərfəlidir. Diqqəti çəkən Rusiya ilə qaz
alqı-satqısınının ildən-ilə artırılmasının
birmənalı qarşılanmamasıdır. Rəylər var ki, bu
anlaşma Azərbaycanın “Nabuko” və ya Trans-Xəzər
layihələrindən imtina etməsi demək ola bilər. Eyni
zamanda Rusiyanın özünün də Azərbaycandan ixracatçı
üçün əlverişli qiymət sayıla biləcək tarifə - hər
min m3 -ə 250 dollara qaz alması sual
doğurur.
Onu da xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş
təbii qaz ehtiyatları 2 trilyon, potensial qaz
ehtiyatları isə 5 trilyon kubmetrdir.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Rusiya
Azərbaycan arasında əldə edilən anlaşma ölkəmizə bir
sıra geo-politik və geo-ekonomik üstünlüklər verir:
“Əvvəlla, Azərbaycan bununla Avropa Birliyinə
Bakının alternativ mənbələrdən istifadə edə bilməsi
ilə bağlı mesaj göndərdi və avropalıları “ucuz
Azərbaycan qazı” xülyasından əl çəkməsinin
vacibliyinə işarə etdi. Belə ki, Rusiyanın
Azərbaycan qazının hər min m3 -ə 250
dollar ödəməsi ilə bağlı əldə edilən anlaşma
Avropanı məcbur etdi ki, Azərbaycan qazının bazar
qiymətləri ilə alınacağı ilə bağlı rəsmi açıqlama
versin. Praktik olaraq, bununla rəsmi Bakının
Azərbaycanın “Nabukko” və digər Transxəzər
layihələrinə yalnız Avropa qiymətləri və ya
Azərbaycanın şərtləri ilə qoşula biləcəyini diqqətə
çatdırdı. Azərbaycanın mavi qazı ixrac imkanları
kifayət qədər genişdir və Bakı iqtisadi baxımdan ən
yaxşı şərtləri qiymətləndirəcək. İkincisi, Rusiyaya
satılacaq mavi qaz rentabelli olmayan yataqlardan
hasil edilir. Həmin yataqlarda xarici şirkətlər
işləməkdə maraqlı deyil və Rusiya satılacaq qazı
ARDNŞ hasil edir. Bu baxımdan, Azərbaycanın Rusiyaya
qaz ixraci heç də xarici neft şirkətlərinin
hasilatla bağlı planlarına təsir göstərməyəcək.
Nəhayət, Rusiyaya il ərzində cəmi 2 milyard kub
metr qazın ixrac edilməsi proqnozlaşdırılır. Bu isə
Azərbaycanın nə daxili istehlakına nə də ixracına
təsir göstərə bilməz. Müqayisə üçün qeyd edək ki,
Azərbaycan illik olaraq “Nabukko”layihəsi ilə
Rusiyaya ixrac edəcəyi qazdan 8 dəfə artıq qaz nəql
etmək niyyətindədir. Buna görə də, “Qazprom”la mavi
qazın nəqli ilə bağlı anlaşma heç bir halda
Azərbaycanın qaz strategiyasında dəyişiklik kimi
qiymətləndirilə bilməz”.
V.Bayramov bildirir ki, Rusiyanın Cənub
vilayətlərində mavi qaz ehtiyatları yoxdur:
“ O baxımdan Cənub vilayətlərində mavi qaza
olan tələbatı ödəmək üçün Rusiya Sibirdən qaz nəql
etmək məcburiyyətindədir.Həm iqlim şəraiti , həm də
məsafənin böyük olması ilə bağlı Rusiyanın Şərqindən
Cənub vilayətlərinə mavi qaz nəqli isə bahadır.
Belə şəraitdə Rusiya üçün Azərbaycandan mavi qaz
alıb, Cənub vilayətlərində qaza olan tələbatı ödəmək
iqtisadi baxımdan daha rentabellidir”.
Coğrafi baxımdan Rusiyanın Cənub vilayətlərinin
Xəzər dənizinə daha yaxın olduğunu vurğulayan
iqtisadçı qeyd edir ki, məsafə azlığı səbəbindən
burda xərclər də aşağıdır: “Mövcud infrastruktur,
mavi qazın nəqli ilə bağlı kəmərin olması
Azərbaycandan Rusiyaya mavi qazın daha ucuz nəqlinə
imkan verir. Lakin Rusiyanın Azərbaycandan qaz
almasını yalnız iqtisadi faktorlarla izah etmək
düzgün deyil. Burda siyasi faktorlar da var. Əvvəla
“Qazprom” Azərbaycandan mavi qaz almaqla Xəzər
hövzəsində mövqelərini möhkəmləndirmək istəyir”.
O ki qaldı Rusiyanın Azərbaycandan qaz
alqı-satqısını ildən-ilə artırmasına, iqtisadçı
bildirir ki, Rusiya ümumiyyətlə Azərbaycandan
aldığı mavi qazın həcmini artırmaq niyyətindədir
Belə ki, “Qazprom” “Nabukko”nun reallaşmasına
birmənalı şəkildə inanmır: “Şirkətin rəsmi
açıqlamalarında layihənin reallaşma imkanlarının
olmadığı qeyd edilir”.
V.Bayramovun rəyinə görə, “Qazprom” hətta
“Şahdəniz-2” fazası istifadəyə verildikdən sonra
mavi qaz alışını artırmaq niyyətindədir. Və bununla
Rusiya Azərbaycan mavi qazının Avropaya çıxış
imkanlarının müəyyən qədər məhdudlaşmasına çalışır:
“ Rusiya düşünür ki, Azərbaycanla əməkdaşlığı
möhkəmləndirməklə regionda, eləcə də Avropada
mövqelərini qoruyub saxlaya bilər. O səbəbdən də
qaz ixrac etdiyimiz ölkələr arasında qazın hər min m3
-ə görə ən çox pulu təklif edir. Digər tərəfdən,
Rusiya alqı-satqını artırmaqla , Transxəzər
layihələrinin mavi qazla təminatında müəyyən
boşluqlar yarada biləcəyini, Rusiyadan kənar qaz
xəttlərinin gündəmdən çıxmasına şərait yaradacağını
hesab edir”.
Rusiya ilə Azərbaycan arasında olan qaz kəmərinin
imkanlarının 6 milyard kubmetrdən artıq olmadığını
deyən ekspert ötən il 28 milyard kubmetr qaz hasil
edildiyini xatırlatdı: “ Azərbaycan üçün alternativ
kmərlərin mövcudluğu önəmlidir. Güman olunur ki,
ölkənin qaz ehtiyatları qiymətləndirildiyindən daha
çoxdur. Bu isə Azərbaycana Avropanın da enerji
təhlükəsizliyində daha üstün mövqeyə malik olmağa və
qaz satışından əldə edəcəyi gəlirləri
maksimumlaşdırmağa imkan verə bilər.
|