Bank aktivləri azalıb

Vüqar  Bayramov: “Bəzi banklar Əmanətlərin Sığortalanması Fonduna üzvülük haqlarını ödəmək imkanına malik deyillər”

Azərbaycanda bank  aktivləri yenidən azalıb. Buna baxmayaraq kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır.  Hansıki bu da kreditlərin qaytarılmasında ciddi problemlər yaradıb.  Məlumatlara görə, vəziyyət o həddə çatıbki iri kommersiya bankları adi vətəndaşlara istehlak kreditlərinin verilməsində taym-aut götürüblər.Çox dar çərçivədə kredit verilir ki, bu zaman da tələb olunan girov kreditin 2 mislini təşkil edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyir ki, Azərbaycanda bank sektorunun ciddi problemlərindən  biri faiz siyasətinin qüsürlü olmasıdır. Bu, hətta zaman-zaman banklarda  böhranların  yaranmasına gətirib çıxarıb. Onun sözlərinə görə, problemli kreditlərin həcmi 400 milyon manata yaxınlaşıb. Banklar praktiki böhrandan əvvəl etdikləri səhvləri yenidən təkrarlayırlar.

“Bankların həyata keçirdikləri faiz siyasəti banklarda yeni böhrana yol açır” deyən iqtisadçı bildirir ki,   Mərkəzi Bankın uçot stavkası bankların faiz siyasətinə, eləcə də maliyyə resursları ilə təminatına  təsir göstərmir. Belə ki, Mərkəzi Bankın uçot stavkası 2 faiz olmasına baxmayaraq  banklar 20 və bundan daha artıq fazilə kredit  təklif edirlər. Bankların kreditlər üzrə faiz dərəcələri Mərkəzi Bankın uçot stavkasından 10 dəfə çoxdur: “Eyni zamanda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin umumi bank aktivində payı 5 faizdən artıq deyil”.

İqtisadçının fikrincə,   Mərkəzi Bankın uçot stavkası siyasəti kommersiya banklarının faiz siyasətinə təsir etmir. O cümlədən bankların maliyyə resursları ilə təminatında problemlərin aradan qaldırılmasına imkan vermir: “Rəsmi məlumatlara əsasən artıq 12 bank zərərlə işləyir. Hətta bir sıra banklar var ki, onları fəaliyyətlərini, ən azı funksiyalarını belə davam etdirə bilmirlər, sadəcə adları var. Onlar Əmanətlərin Sığortalanması Fonduna üzvülük haqlarını ödəmək imkanına malik deyillər. Bu gün əslində bank sektorunda vəziyyət durğunluq kimi görsənsə də bu durğunluq yaxın zamanlarda həmin sektorda problemlərin yaranmasına gətirib çıxaracaq”.

V.Bayramov deyir ki, əmanətlər üzrə faiz dərəcələrinin yüksək olması kredit faizlərinə təsir göstərir: “Əmanətlərin Sığortalanması Fondu 12 faizə qədər dividentlərin sığortalanmasını həyata keçirir. Xüsusən qlobal maliyyə böhranı ilə bağlı olaraq, yüksək faiz siyasətinin neqativ nəticələrər gətirib çıxaracağını nəzərə alaraq fondun fazi dərəcələrini aşağı endirməsi daha məqsədə uyğundur. Bütün hallarda 12 faizlə əmanətlər qəbul edən kommersiya banklarının aşağı   fazilə kredit təklif etmək imkanları məhduddur.O baxımdan Əmanətlərin Sığortalanması Fondunun əmanətlər üzrə fazi dərəcələrinə redaktələr etməsinə, faizləri aşağı salmasına ehtiyac var. Buna uyğun olaraq kreditlər üzrə faizlər də endirilməlidir”.

Mütəxəssis bildirir ki, istər əmanətlər üzrə divident siyasətinə, istər uçot siyasətinə , istərsə də faiz siyasətinə yenidən baxılmalıdır: “Təəssüf ki, bəzi banklar qısa müddətdə daha çox gəlir əldə etməyə çalışırlar. Və yüksək faizlə kredit təklif edirlər. Bir sıra hallarda verilən kreditin müəyyən hissəsi “şabka “şəklində banklar tərəfindən saxlanılır”.

Kreditlərin geri qaytarılmasındakı problemlərə toxunan iqtisadçı deyir ki, verilən kreditin müəyyən hissəsi  qeyri-rəsmi  ödəniş kimi yenidən banka qaytarılırsa, həmin kreditin geri qaytarılma qabiliyyəti zəifləyir: “Bankların həm kredit, həm də faiz siyasətlərində dəyişikliklər edilməlidir. Onlar  yüksək fazilə kredit verilişini davam etdirsələr,  geri qaytarılmayan kreditlərin həmcminin artması problemindən və bu sektorda yeni problemin yaranmasından qaça bilməyəcəklər”.    

 

 

   

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.