Qazaxıstan da taxıl ixracının  həcmini azaldır

Vüqar Bayramov: “Taxıl ehtiyatlarının artırılması istiqamətində addımların atılmasına  ehtiyac var”

Rusiya  taxıl idxalında sovet təcrübəsindən istifadəni istisna etmir. Belə ki, bu ölkənin hökuməti  2010-2011-ci ildə 5 milyon tondan artıq taxıl idxal etmək niyyətindədir. İdxalı da   əsasən  Qazaxıstandan həyata keçirməyi planlaşdırırlar.  Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi isə 2010-2011-ci illərdə 13.5-14.5 milyon ton məhsuldarlıq olduğu halda 8 milyon ton taxıl ixrac edəcəyini açıqlayıb. Bildirib ki, bunun 2 milyon tonu  məhz Rusiya, İran və digər ölkələr üçün nəzərdə tutulub. Onu da qeyd edək  ki, Qazaxıstan Azərbaycanın əsas taxıl təchizatçısı qismində çıxış edir. Nəzərə alsaq ki, digət təchizatçı - Rusiya 2010-cu ilin dekabrın 31-nə qədər  taxıl ixracına  qadağa qoyub və  Qazaxıstandan taxıl idxal etməyi planlaşdırır, o cümlədən  Qazaxıstanın özü də  ixracın həcmini azaldıb   Azərbaycanın taxılla təminatında ciddi problemlərlər istisna edilmir. .

  

Məlumat üçün bildirək ki, Azərbaycanın taxıla olan  illik tələbatı 3  milyon  ton, ərzaq buğdasına tələbatı isə 1 milyon 650 min tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox taxıl  istehsal olunub.Həmçinin daxili istehsalla yanaşı ölkəyə xaricdən taxıl, buğda  idxalının həcmi artırılıb

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Rusiya  ilin sonuna qədər taxıl ixracının dayandırılması barədə qərar qəbul etsə də bu ölkənin 2011-ci ilin əvvəlində də taxıl ixracını bərpa edəcəyi gözlənilmir: “Rusiyanın  Qazaxıstandan taxıl idxal etmək niyyəti  də bundan xəbər verir. Başqa tərəfdən Qazaxıstan da növbəti il üçün taxıl ixracatını azaltmaq niyyətindədir. Nəzərə alsaq ki, Rusiya  Qazaxıstanın  əsas taxıl idxalçılarından birinə çevrilib və  Rusiyanın Qazaxıstandan aldığı taxılın həcmi Azərbaycanın taxıla olan tələbatından təxminən iki dəfə çoxdur,  bu halda Qazaxıstanın digər ölkələrə taxıl ixrac etməklə bağlı probleminin   yaranması istisna deyil”.

Ekspert 2010-cu ilin sonu 2011-ci ilin birinci yarısında taxıl ixracatı ilə bağlı ciddi problemlərin olacağını deyir. Onun sözlərinə görə, bu Azərbaycanın taxıla olan tələbatının ödənilməsinə birmənalı şəkildə təsir göstərəcək: “2010-cu il buğda və taxıl  istehsalı üçün əlverişli il olmadı.

Kənd Təsərrüfatı Nazirliyi bunu sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar taxıl istehsalına ciddi təsir göstərməyib. Hətta sel və daşqınlardan əvvəl 2010-cu ildə taxıl istehsalının azalacağı gözlənilirdi. Bu da onunla bağlı idi ki, 2009-cu  ildə istehsal olunan taxılın biq qismi fond tərəfindən alınmadı. O cümlədən keyfiyyət standartlarının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələrin uzandı,  bəzi fermermer təsərrüfatları taxıl yığımı həyata keçirmədi.Nəticədə  sahələr məhv oldu,  yığılan taxıl sahələrdə qaldı.  Eyni zamanda Maliyyə Nazirliyinin subsidiyaların verilməsi ilə bağlı apardığı yoxlamalar da 2010-cu il üçün subsidiyaların vaxtında alınmasına  imkan vermədi. Fermerlər taxıl istehsalı ilə  bağlı xərclərini  qaşılaya bilmədilər.

Onu da qeyd edim ki,  Azərbaycanın  taxıla olan  illik tələbatı 3  milyon  tondur. Ötən il ölkədə 2 milyon 960 min ton taxıl istehsal edib. Bu il taxıl istehsalının 2 milyon 100 min tonadək azalması gözlənilir. İstehsal olunan taxılın heç də hamısının Taxıl Fondunun standartlarına uyğun gələcəyi gözlənilmir”. Mütəxəssisin sözlərinə görə, Azərbaycanın taxıla olan tələbatı yerli istehsal hesabına ödənilmədikcə taxıl başqa ölkələrdən idxal ediləcək.

Buğdaya olan tələbatın  1 milyon 650 min ton təşkil etdiyini vurğulayan   mütəxəssis  bildirir ki, Azərbaycan buğdaya olan tələbatını da yerli istehsal hesabina ödəmək imkanlarına malik deyil: “Bu il istehsal ediləcək buğdanın 1 milyondan bir az artıq olacağı gözlənilir. Bu da o deməkdir ki, Azərbaycan buğdaya tələbatını xaricdən idxal hesabına ödəməli olacaq. Artıq rəqəmlərdən də bu  göz qabağındadır. Rusiya və Qazaxıstanın taxıl ixracatçıları sırasından çıxması Azərbaycanda taxıla olan tələbatın ödənilməsində bproblemlər yarada bilər. Əvvəla ona görəki, Azərbaycan iş adamları Rusiya və Qazaxıstandan taxıl idxal etmək üzrə ixtisaslaşıblar. Başqa tərəfdən regionda ən ucuz taxıl Qazaxıstan tərəfindən təklif edilir”.

Məlum olur ki, taxıl idxal etmək üçün yeni ölkələrin  tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan  taxıla olan tələbatını Rusiya və  Qazaxıstandan   deyil, başqa ölkələrın hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək .Hansıki bu həmin məhsulların  qiymətlərinin artmasına gətirib çıxaracaq: “İdxal üçün mənbələrin məhdud olması, yeni mənbələr tapılarsa, təklif edilən məhsulun qiymətlərinin yüksək olması  Azərbaycanın buğdaya olan təlabatının ödənilməsində problemlərin yaşanacağından xəbər verir. Hələlik nə Taxıl Fondu,  nə Nazirlər Kabineti, nə də Kənd Təsərrüfatı Nazirliyi buğdaya olan  tələbatın ödənilməsi, eləcə də taxıl qıtlığının yaranmaması ilə bağlı addım atmayıblar. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinə taxıl idxalına tətbiq edilən əlavə dəyər vergisinin sıfr  dərəcə ilə tətbiq edilməsi xahişi ilə müraciət edib. Bu müraciət  müsbət qiymətləndirilməyib. Hələ də  idxal taxılına 18 faizlik əlavə dəyər  vergisi tətbiq edilir”.

İqtisadçı  Rusiya və Qazaxıstanın son qərarlarından sonra taxıl ehtiyatlarının artırılması istiqamətində addımların atılmasına  ehtiyac olduğunu bildirir: “Təəssüf ki, bu istiqamətdə də addımlar atılmır”.

 

 

 

 

 

 

   

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.