Ölkədə taxta böhranı baş verə bilər

V.Bayramov: “Rusiyada yanğınlar aradan qaldırılsa da  bu, taxta materiallarının bahalaşmasının qarşısını almayacaq”

Rusiya taxılın ardınca taxta materiallarının ixracına da qadağa qoymaq istəyir. Məlumatlara görə,  hazırda bununla bağlı Rusiya hökumətində müzakirələr gedir. Hətta  ixrac olunan taxtanın həcminin azaldılması üçün ixrac tariflərinin artırılmas istisna edilmir. Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin isə bildirib ki, Rusiyanın taxta ixracına görə Azərbaycanda liderliyini qoruyub saxlayacaq. Lakin o, da  taxta ixracına  qadağa ilə bağlı Rusiya hökumətində müzakirələr getdiyini etiraf edib.

Bu arada nəzərə çatdıraq ki, taxta ixracı ilə bağlı Rusiyanın planlaşdırdığı ixrac  qağası artıq tikinti bazarına öz təsirlərini göstərib. Belə ki, əvvəlki ayla müqayisədə taxtanın qiyməti bahalaşdırlıb. Satıcılar yaxın  aylarda qiymətlərin daha da  artırılacağını istisna etmirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki,  yalnız son 2 həftədə 1 kubmetr taxtanın qiyməti 15 faizə qədər bahalaşıb. Hansıki bu da taxta bazarında kəskin qiymət artımlarının müşahidə edilməsindən xəbər verir: “Son zamanlar taxta bazarında baş verən qiymət artımları meşə yanğınlarının nəticəsində Rusiyanın  taxta bazarındakı bahalaşma ilə bağlıdır. Bu ölkənin  müxtəlif regionlarında taxta satışında qiymətlər 5 faiz artıb. Eyni zamanda meşə yanğınları Rusiyanın ixrac imkanlarını və bunula paralel Azərbaycanın idxal imkanlarını məhdudlaşdırıb. Çünki yanğınlar taxtanın Rusiyadan qonşu ölkələrə aparılması ilə bağlı müəyyən texniki problemlər yaradıb”.

Ekspertə görə, taxtanın qiymətinin artması təkcə Rusiyada baş verən yanğınlar və bu ölkənin daxili bazarında taxtanın bahalaşması  ilə bağlı deyil: “Taxtanın qiymətindəki artımlara son zamanlar nəqliyyat xərclərindəki bahalaşma,  xüsusilə dəmiryolu yükdaşımalarda tariflərin artımı və gömrük rəsmiləşdirilməsi zamanı ödənişlərin çoxaldılması   təsir edib”.

İSİM rəhbəri bildirir ki,  taxta idxalı ilə bağlı rəsmi gömrük rüsumlarının qaldırılması  baş verməsə də, yəni bu yöndə Nazirlər Kabinetinin qərarı olmasa da gömrükdə qeyri-rəsmi ödənişlərin həcmi  artırılıb.  Nəticədə  ölkəyə gətirilən taxtanın hər kubmetrinin qiyməti bahalaşıb. Onun qənaətinə görə, son qiymət artımlarında taxtaya tələbatın artması hər hansı təsirə malik olmayıb: “Bu tikinti sektorunda durğunluğun davam etməsindən xəbər verir. Tikinti sektorunun taxtaya tələbatı dəyişməyib. Və sözügedən  sektor faktiki taxta bazarına təsir etməyib”.

Yay mövsümü ilə əlaqədar fərdi tikintilərdə də azalmanın müşahidə olunduğunu deyən ekspert bildirir ki, tikinti işləri adətən yaz,payız mövsümündə aparılır: “Göründüyü kimi fərdi tikinti sahəsində də  taxtaya tələbat artmayıb. Lakin problem yalnız qiymət artımlarının baş verməsində  deyil. Ölkədə bu artımların davam etdirilməsi gözlənilir. Əvvəla Rusiyada baş verən yanğınlar bazara psixoloji təsir göstərməkdədir. Tikinti sektorunda Rusiyada  yanğınların uzun müddət davam edəcəyinə dair gərginlik var. Nəzərə alsaq ki, Azərbaycan taxta məhsullarını əsasən Rusiyadan idxal edir, bu ölkədə baş verənlər Azərbaycanda taxta və taxta materiallarına  təlabatın       ödənilməsi baxımından əhəmiyyətlidir”.

 

 

V.Bayramov deyir ki, hətta Rusiyada yanğınlar aradan qaldırılsa da bu, taxta materiallarının bahalaşmasının qarşısını almayacaq. Çünki söhbət kifayət qədər böyük ərazidəki yanğınlardan gedir:”Yaxın zamanlarda Azərbaycanda yalnız qiymət artımları deyil, taxta böhranı da istisna edilmir. Rusiya hətta ixracın  məhdudlaşdırılması istiqamətində  qərar qəbul etsə də bu, Azərbaycanda taxtanın qiymətinin artmasına təsirləri artıracaq, qıtlıq yaradacaq”.

İqtisadçı bildiri ki,  qıtlığın mənfi iqtisadi tərəfləri ilə yanaşı digər tərəfləri də var: “ Rusiya ixraca qadağa qoyarsa, ölkə ərazisindəki meşələrdən qanunsuz ağac kəsimi faktı  artacaq.  O baxımdan  tikinti sektorunda durğunluğun qalmasına, taxtaya tələbatın artmamasına baxmayaraq Azərbaycan  yaxın zamanlarda taxta materialı qıtlığı və ya taxta böhranı ilə üzləşə bilər.

   

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.