|
|
|
|
Dövlət qurumlarının 2,7 milyard manat borcu
bağışlandı
Vüqar Bayramov: “Əhalinin də enerjiyə olan borcu
silinərsə, bu ədalətli olar”.
Nazirlər Kabineti “Təbii qaz və neft məhsullarının
topdansatış qaydasında alınması üzrə əsas enerji
istehlakçılarının kreditor borclarının tənzimlənməsi
barədə” qərar qəbul edib.
Nazirlər Kabinetindən mətbuata
verilən məlumata görə, “Əhalinin
təbii qazdan istifadəsi üzrə yaranmış borclarının
silinməsi tədbirləri barədə» Azərbaycan
prezidentinin 2009-cu il 29 dekabr tarixli
fərmanının icrasını təmin etmək məqsədi ilə bu ilin
1 yanvar tarixinə “Azərbaycan Hava Yolları” QSC-nin
99 milyon manat və “Azərenerji” ASC-nin 1 555,4
milyon manat məbləğində ARDNŞ-ə və onun qurumlarına
yaranmış borcları
silinib.
Azərenerji” ASC-nin də bir sıra debitor borcları
cəmiyyətin 2010-cu ilin maliyyə təsərrüfat
fəaliyyətinin nəticələrinə aid edilməklə silinib.
Borcları silinən müəssisələr
isə bunladır,
Qəbələ RLS (14,5 mln. manat), 01.10.2002-ci il
tarixə idarəetməyə verilənədək mövcud olmuş
“Sumqayıtelektrikşəbəkə” ATSC (194,7 mln. manat),
01.11.2009-cu il tarixə “Sumqayıtelektrikşəbəkə” ASC
(101,8 mln. manat), 07.11.2006-cı il tarixə “Barmek
Azərbaycan EŞ” MMC (466,4 mln. manat), 01.01.2010-cu
il tarixə “Azərsu” SC (116,8 mln. manat),
01.01.2010-cu il tarixə Naxçıvan MR DEA (113,2 mln.
manat), 01.01.2010-cu il tarixə “Azəralüminium” ASC
(23,5 mln. manat), 01.01.2010-cu il tarixə
“Azəristiliktəchizat” ASC (4,1 mln. manat),
01.01.2010-cu il tarixə Meliorasiya və Su
Təsərrüfatı ASC (90,0 mln. manat), 01.01.2010-cu il
tarixə Müdafiə Nazirliyi (16,1 mln. manat),
01.01.2010-cu il tarixə Səhiyyə Nazirliyi (10,9 mln.
manat), 01.01.2010-cu il tarixə Təhsil Nazirliyi
(9,1 mln. manat), 01.01.2010-cu il tarixə Dövlət
Sərhəd Xidməti (2,5 mln. manat), 01.01.2010-cu il
tarixə Daxili İşlər Nazirliyi (0,6 mln. manat),
01.01.2010-cu il tarixə Mədəniyyət və Turizm
Nazirliyi (1,0 mln. manat), 01.01.2010-cu il tarixə
Kənd Təsərrüfatı Nazirliyi (0,8 mln. manat),
01.01.2010-cu il tarixə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (0,3 mln. manat).
Yeri gəlmişkən,
NK-nın qərarına əsasən borcları silinən müəssisə və
təşkilatlar özlərinin və tabeliklərindəki qurumların
mühasibat uçotu sənədlərində müvafiq qeydlər
edilməsini və borclarının silinməsi nəticəsində əldə
etdikləri gəlirlərinə qanunvericiliyə uyğun
vergiləri hesablayaraq, dövlət büdcəsinə
ödənilməsini təmin etməlidirlər. Həmin təşkilatlar
vaxtı keçmiş borcların tənzimlənməsinin tam başa
çatdırılması və qarşıya çıxan problemlərin həlli ilə
bağlı aidiyyəti üzrə razılaşdırılmış təkliflərini
Nazirlər Kabinetinə
verməlidirlər.
Onu da xatırladaq ki, dövlət qurumlarının qarşılıqlı
borcları sonuncu dəfə 1998-ci ildə silinib.
Nazirlər Kabinetinin qərarına münasibət bildirən
İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki,
“Azərbaycan Hava Yolları” QSC-nin və “Azərenerji”
ASC-nin ARDNŞ-ə və onun qurumlarına borcunun məbləği
kifayət qədər böyük olub: “Azərenerji”yə olan
borcları “Azərenerji”nin təkcə Neft Şirkətinə olan
borcu ilə müqayisə etsək Səhmdar Cəmiyyətin özü daha
borclu qurum hesab edilməlidir nəinki ona
borclular. Praktiki “Azərenerji”nin Neft Şirkətinə
1 milyard 555 milyon manat məbləğində borcunun
olması bu qurumun son illər istifadə etdiyi təbii
qazın haqqını ödəməməsindən xəbər verir. Eyni
zamanda “Azərenerji” yə olan borcların siyahısında
“Barmek Azərbaycan EŞ” MMC-nin Səhmdar Cəmiyyətə
borcunun daha böyük olması - 466,4 mln. manat
təşkil etməsi diqqəti cəlb edir. Kənd Təsərrüfatı,
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər
nazirlikləri isə digər qurumlarla müqayisədə az
borclu təşkilatlardr. Belə çıxır ki, sonuncular
istifadə etdikləri enerjinin pulunu qismən də olsa
vaxtlı-vaxtında ödəyiblər”.
Nazirlər Kabinetinin borcların silinməsi ilə bağlı
qəbul etdiyi qərarın “Azərenerji”nin və Dövlət Neft
Şirkətinin fəaliyyətinə təsirlərinə gəlincə,
V.Bayramov NK-nın bu qərarının ölkə prezidentinin
2009-cu il 29 dekabr tarixli fərmanına uyğun olaraq
həyata keçirildiyini xatırlatdı: “Həmin zaman
əhalinin təbii qazdan istifadəyə görə borclarının
silinməsi ilə bağlı qərar qəbul edilmişdi . Əslində
Nazirlər Kabinetinin son qərarı göstərir ki, yalnız
2 qurumun - Azərbaycan Hava Yolları” QSC və
“Azərenerji” ASC-nin Neft Şirkətinə olan borcu təbii
qazdan istifadəyə görə əhalinin Neft Şirkətinə olan
borcundan təxminən 6 dəfə çoxdur. Deməli, əhali mavi
qazdan istifadə haqqının ödənilməsinə daha diqqətlə
yanaşır, nəinki sözügedən dövlət qurumları. Başqa
tərəfdən qarşılıqlı, debütor borcların silinməsi
Azərbaycanda ilk dəfə deyil. Əvvəlki dövrlərdə də bu
yöndə qərarın qəbulu olub. Hansıki, bunun neqativ
tərəfləri var. Belə ki, debütor borcların silinməsi
yönündə qərarın qəbulu zamanı dövlət qurumlarının
enerji və qazdan istifadəyə görə məsuliyyətinin
artırılması məsələsi diqqət mərkəzində olmalıdır.
Nazirlər Kabineti qərar qəbul edən zaman qurumlara
borclarının silinməsi ilə bağlı sonuncu qərar
verdiyinə dair xəbərdarlıq etməlidir. Elə dövlət
qurumları var ki, onlar komunnal borclarının
yaranmasının ənənəyə çeviriblər”.
V.Bayramov deyir ki, əvvəlki illərdə debütor
borcların silinməsi sonradan belə borcların
yaranmasına əngəl olmayıb.Əksinə, yenidən debütor
borcların yaranması və şişməsi hallarına rast
gəlinib: “Borcların silinməsi bəzi dövlət qurumları
üçün müəyyən arxayınçılıq yaradır. Nəzərə almaq
lazımıdır ki, sözügedən borclar ölmüş borclar idi.
“Azərenerji”nin Neft Şirkətinə 1 555,4 milyon
manat məbləğində borc ödəməsi mümkün deyildi. Eləcə
də digər dövlət qurumlarının. Əgər sözügedən
qurumlar göstərilən məbləğdə borclarını ödəsəydilər,
o zaman fəaliyyətlərini davam etdirmək imkanına
malik olmazdılar. Ona görə də uzun müddət dövlət
büdcəsinə yapışan borcların silinməsinə birmənalı
şəkildə qiymət vermək çətindir”.
Qərarın müsbət tərəflərinə toxunan mütəxəssis deyir
ki, bu borcu silinən qurumlara borclardan azad
olaraq fəaliyyətlərini davam etdirməyə şərait
yaradacaq: “Həm də dövlət qurumlarına istifadə
etdikləri elektrik enerjisi və təbii qazla bağlı
ödənişləri həyata keçirilmək üçün yeni mərhələ
açacaq. Amma yenə də bildirirəm ki, söhbət kifayət
qədər böyük borcdan – 2,7 milyard manata yaxın
borcun silinməsindən gedir. Nazirlər Kabinetinin bir
qərarı ilə silinən borc dövlət büdcəsinin 23
faizini təşkil edir”.
Dövlət büdcəsinin 4/1 həcmidə olan vəsaitin Nazirlər
Kabineti tərəfindən silindiyini vurğulayan
iqtisadçının sözlərinə görə, qərarın verilməsinin
özü kifayət qədər məsuliyyətlidir: “Qərarla bağlı
digər məqam əhalinin “Azərenerji”yə olan borclarının
silinməməsidir. İctimaiyyətdə belə bir gözlənti var
idi ki, təbii qazdan istifadəyə görə borcların
silinməsindən sonra anoloji addım elektrik enerjisi
ilə bağlı atılacaq. Vətəndaşların elektrik
enerjisinə olan borclarının həcmi yüksək deyil.
Əksəriyyət istifadə etdiyi enerjinin pulunu ödəyir”.
Mütəxəssis bildirir ki, təkcə paytaxt Bakıda enerji
haqqları üzrə yığım 90 faizə çatıb: “Borclar böyük
olmadığından onların siliməsi və ya əvəzlənməsi
barədə qərarın qəbulu daha asantdır.Hesab edirəm ki,
dövlət qurumlarının borclarının silinməsindən sonra
əhalinin enerjiyə olan borcunun silinməsi ədalətli
olar”.
|