İlin 2-ci yarısında ciddi qiymət artımları gözlənilir

Vüqar Bayramov: “İllik inflyasiya  8 fazidən aşağı olmayacaq”

Cari ilin 6 ayında Azərbaycanda inflyasiya 4,9 faiz təşkil edib. Mərkəzi Bankın məlumatına görə, 2010-cu il üçün illik inflyasiya 4,5  olacaq. O da bildirilir ki, inflyasiyanın 43.3 faizi xarici faktorlarla bağlıdır. Bu arada Dövlət Statistika Komitəsi 2010-cu ilin iyul ayı üçün  istehlak mallarının və xidmət tariflərinin statistikasını açıqlayıb.   Komitə iyun ayı ilə müqayisədə ötən ay  0,2 faiz ucuzlaşma baş verdiyini  bəyan edib. Qurumdan deyilir ki, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb.Əhaliyə göstərilən pullu xidmətlərin qiymət isə əksinə  0,9 faiz bahalaşıb. Məlum olur ki, ötən ayda ərzaq məhsullarından buğda çörəyinin, toyuq əti və toyuq budunun, təzə balığın, balıq konservlərinin, bərk və əridilmiş pendirin, kərə yağının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, alçanın, şaftalının, qarpız və yemişin, pomidorun, xiyarın, badımcanın, lobyanın, soğanın, kartofun qiymətləri ucuzlaşıb. Lakin ucuzlaşma ilə yanaşı ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub.Belə ki, buğda ununun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, suda bişmiş kolbasanın, pasterizə olunmamış üzlü südün, xamanın, süfrə marqarininin, brınza pendirinin, yumurtanın, zeytun və qarğıdalı yağının, limonun və sairin qiymətləri bahalaşıb. Pullu xidmətlərdən isə xaricə hava və dəmir yolu sərnişindaşıma  nəqliyyatında, təhsil haqqları üzrə tariflərdə artımlar qeydə alınıb.

 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,  ilin 1-ci yarısında 4,9 faiz inflyasiya müşahidə edən Mərkəzi Bankın illik inflyasiya  həddini 4,5 faiz proqnozlaşdırması iqtisadi baxımdan qəbuledilən deyil: “Çünki, ilin ikinci yarısında 1-ci yarısına nisbətən daha yüksək qiymətartımları proqnozlaşdırılıb. Bu onunla bağlıdır ki, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində iyul ayından başlayaraq qiymət artımları müşahidə edilir. Hasıki, bu da illik inflyasiya dərəcəsinin yüksək olmasına gətirib çıxaracaq”.

Cari ildə kənd təsərrüfatı məhsullarının orta qiymətinin  son 10 ildə ən yüksək qiymətlər hesab edildiyini vurğulayan iqtisadçı artımların iyuldan başlayaraq  müşahidə olunduğunu i bildirir: “Bu  Azərbaycanın istehlak bazarının  ilin 2-ci yarısına daha yüksək qiymət artımları ilə daxil olmasından xəbər verir”.

 Payız aylarında yeni qiymət artımlarını istisna etməyən ekspertin sözlərinə görə, bu həm bir sıra kənd təsərrüfatı məhsullarının mövsümi olaraq qıtlığının yaranması, həm də əməkhaqqı və pensiyaların artırılması  qərarının istehlak bazarına gözlənilən müəyyən təsirləri ilə bağlı olacaq: “  O baxımdan inflyasiyanın minimum  həddinin 4,5 faiz göstərilməsi real deyil. Başqa tərəfdən daxili və xarici faktorları nəsərə alsaq bu ilin 2-ci yarısında qiymət artımları 1-ci yarısına nisbətən  daha yüksək olacaq”.

 

V.Bayramov deyir ki, Mərkəzi Bank inflyasiyada  xarici faktorların payını 43,3 faiz göstərsə də,  Azərbaycanda 2010-cu  ildə müşahidə edilən inflyasiya heç də daha çox  xarici fakorlardan irəli gəlmir:”Azərbaycanın ərzaq və qeyri-ərzaq məhsulları idxal etdiyi ölkələrdə xüsusilə ilin birinci yarısında ciddi qiymət artımları müşahidə edilməyib. Avronun məzənnəsinin aşağı  düşməsi fonunda Azərbaycanın əsas tərəfdaşı olan ölkələrin valyutalarının dollara nisbətən məzənnəsi cüzi dəyişib. Bu idxal inflyasiyasının 2010-cu ilin 1-ci yarısında az aktiv olmasından xəbər verir. Başqa tərəfdən neftin dünya bazar qiyməti göstərilən tarixdə 70 dollar intervalında dəyişib. Hansıki, bu da dünya bazarında ciddi qiymət arınmlarına gətirib çıxarmır. Qlobal maliyyə böhranın davam etməsi isə dünya bazarında bahalaşmaya deyil, əksinə bir sıra məhsullar üzrə qiymətlərin düşməsinə səbəb olub”.

 

Bununla belə iqtisadçı xarici faktorların inflyasiyaya təsirinin 2010-cu ilin ikinci yarısında ilin 1-ci yarısına nisbətən  daha aktiv olacağının  proqnozlaşdırıldığını  söyləyir: “Neftin dünya bazar qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, neftin dünya bazar qiyməti 1 barel üçün 80 dolları keçib. O cümlədən ərzaq məhsullarının qıtlığı səbəbindən Azərbaycanın əsas ərzaq məhsulları idxal etdiyi dövlətlərdə  ilin 2-ci yarısından qiymət artımları  gözlənilir. Artıq  qonşu ölkələrdə iyuldan başlayaraq bir sıra ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Bütün bunlara baxmayaraq ilin 2-ci yarısında  Azərbaycanda inflyasiya daha çox daxili faktorlarla əlaqəli  olacaq. Yəni kənd təsərrüfatı məhsullarının qıtlığı bazara neqativ  təsir göstərəcək”.

 

Mütəxəssis bildirir ki, gömrük prosedurlarının sadələşdirilməməsi, ərzaq və qeyri ərzaq məhsullarının idxalı ilə bağlı problemlərin, eləcə də idxalda inhisarın qalması və ya son aylar daha da ğüclənməsi  ilin 2-ci yarısında qiymət artımlarını tənzimləyən, qüvvədə saxlayan ənənəvi faktorların qüvvədə qalacağından xəbər verir: “Müşahidələr, soğular və inflyasiyanı tənzimləyən faktorlar bu il üçün illik inflyasiyanın 8 fazidən aşağı olmayacağını göstərir.Qiymət artımları daha çox noyabr,dekabr aylarında müşahidə ediləcək”.     

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.