SOCAR  Ermənistana qaz tranzit edən kəməri almaq istəyir

Vüqar Bayramov: “Kəmərin satışında Azərbaycan şirkətinin iştirakı məqsədəuyğundur”

Gürcüstan höküməti şimal-cənub magistral qaz kəmərini  satışa çıxarıb. Hansıki həmin boru xətti Gürcüstan ərazisindən keçərək Rusiya və Ermənistanın qaz xətlərini birləşdirir. Tranzit qaz kəmərinə isə iki iddiaçı var - Azərbaycan, Rusiya. Erməni agentlikləri  xəbər verir ki, bu obyektin Azərbaycana istismara verilməsi ölkənin enerji təhlükəsizliyini ciddi zərbə altına ala bilər.Bunun üçün də  Ermənistan qəti şəkildə xəttin “Qazprom”-a verilməsinin tərəfdarı qismində çıxış edir.

Bildirək ki, kazırda Ermənistan iki qonşu ölkədən qaz idxal edir. Rusiyadan keçməklə Gürcüstan və İrandan. Lakin İran mavi yanacağı Ermənistanın daxili ehtiyaclarını ödəmək üçün satmır. İran qazı Ermənistan ərazisində emal edərək, elektrik  enerjisi halında geri qaytarır. O səbəbdən də Ermənistan kəmərin Azərbaycan şirkətinin idarəçiliyinə keçəcəyindən narahatdır. Gürcüstan höküməti isə kəmərin Rusiya hökümətinin  alacağından təlaşlıdır. Rəsmi Tiflis hesab edir ki, Rusiya ona qarşı  müəyyən təzyiq imkanları qazana bilər.Bununla belə Gürcüstanlı mütəxəsislər özəl şirkətin qaz kəmərini dövlətdən daha yaxşı idarə edəcəyini düşünürlər. Bu arada gözləntilərə görə,  kəmərin satışı ilə bağlı tender 2011-ci ilin əvvəllərində keçiriləcək.

 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “Socar Corcia” 2009-cu ilin yekunlarına görə, Gürcüstan büdcəsinə ən çox vegi ödəyən şirkət olub: ” “Socar Corcia”  Gürcüstanda kifayət qədər böyük fəaliyyət həyata keçirir. O baxımdan “Socar Corcia”  nın qaz kəmərinin alışında iştirak etməsi istisna edilmir. Kəmər satışa çıxarılan zaman Azərbaycan şirkətinin kəməri alması strateji və iqtisadi baxımdan əhəmiyyətlidir”.

 

Strateji baxımdan kəmərin satın almasını məqsədəuyğun sayan V.Bayramov deyir ki, bu Rusiyadan Ermənistana nəql edilən qaz kəmərinin Azərbaycan tərəfindən idarə olunmasına gətirib çıxaracaq: “Güman edilmir ki, bu Rusiyadan qazın nəqlində problemlər yaşanacaq. Azərbaycan  şirkətinin kəməri alacağı halda Ermənistanın qazsız qalacağı ilə bağlı açıqlamalar sadəcə kampaniya xarakteri daşıyır. Azərbaycan və ya hər hansı bir ölkənin şirkəti  kəməri aldıqdan sonra Ermənistana mavi qaz nəqlini dayandırmayacaq. Çünki, gözləniləndir ki,  kəməri satan zaman mavi qazın Ermənistana nəqlinin dayandırılmaması Gürcüstan tərəfinin  əsas şərtlərindən biri olsun. Amma bununla belə kəməri alan şirkət qazın tranzit  tariflərini müəyyənləşdirmək hüququna malik olacaq.      Bu   həm də  tariflərləri  müəyyənləşdirərək Ermənistanda qazın qiymətinə təsir imkanı qazanmağa şərait yaradacaq”.

 

V.Bayramovun sözlərinə görə məsələnin digər iqtisadi tərəfləri də var. Belə ki, kəmərin rentabelli olması ehtimalları böyükdür: “Ermənistanın yaxın illərdə digər qonşu ölkələrdən qaz idxal etmək imkanları yoxdur. O baxımdan Ermənistan Rusiya qazından birmənalı şəkildə asılıdır. Rusiya qazının Erməistana nəql edilməsi yolu isə yalnız Gürcüstandan keçir.  Bunları nəzərə aldıqda kəmərin rentabelli olması imkanları genişdir. Amma proseslər Gürcüstan hökumətinin qaz kəmərini hansı qiymətlərlə satışa çıxaracağından asılıdır”.

 

Ekspertin fikrincə, Azərbaycan şirkəti kəmərin alınmasında iştirak etmək niyyətindədirsə, o zaman satışla bağlı xərc-gəlir təhlilinin  aparılmasına vehtiyac var: “Əgər kəmər kifayət qədər baha qiymətə tenderə çıxarılacaqsa o zaman bu iqtisadi baxımdan rentabelli olmayacaq. Kəmərin alınmasının qitisadi əhəmiyyəti qalmayacaq”.

İqtisadçı deyir ki, bütün hallarda kəmərin satışında Azərbaycan şirkətinin iştirakını məqsədəuyğundur: “Bu indiki mərhələdə Azərbaycan şirkətinin  iqtisadi maraqlarına uyğundur. Tenderdə bir sıra şirkətlərin iştirakı gözlənilir. “Qazprom” da kəmərin alınmasında iştirak niyyətini açıqlayıb”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.