|
Rusiyanın ixrac qadağası
nə vəd edir
Vüqar Bayramov: “2011-ci
lin əvvəllərində Azərbaycanda taxıla olan tələbatın
ödənilməsində problemlər yaşanacaq”.
Rusiya geniş yayılan quraqlığa görə avqustun 15-dən
dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac
etməyəcək. Diqqəti çəkən isə rəsmi Moskvanın
Gömrük Birliyinə üzv olan Qazaxıstan və Belarusa da
analoji addım atmaq təklifini irəli sürməyi nəzərdən
keçirməsidir. Artıq məsələ ilə bağlı Rusiya
İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verilib.
Xatırladaq ki, hər iki ölkə - Qazaxıstan, Rusiya
Azərbaycanın taxıl idxalında mühün paya malikdir.
Nəzərə alsaq ki, bu il daxildə taxıl əkin sahələri
azalıb, o cümlədən məhsuldarlıq aşağı olub idxal
qadağası Azərbaycanda un və un məhsullarının
qiymətinin artmasına gətirib çıxaracaq. Elə taxılın
da.
Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq
buğdasına illik tələbatı 3 milyon tondur. Ötən il
ölkədə 2 milyon 960 min tondan çox buğda istehsal
olunub.Həmçinin daxili istehsalla yanaşı ölkəyə
xaricdən taxıl idxalının həcmi də artırılıb. Dövlət
Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ilin
1-ci yarımilində buğda idxalı 570518,1ton
(115814,8 min ABŞ dollar dəyərində) təşkil edib.
Ötən ilin 1-ci yarımilinə netto çəki nisbəti ilə
96,2 % olub. Un idxalı 1867,7 ton (585,9 min ABŞ
dollar dəyərində)olub. 2009-cu ilin 1-ci
yarımilinə netto çəki nisbəti ilə 6,7 % təşkil
edib. Bildirək ki, Azərbaycana taxıl əsasən
Qazaxıstandan idxal olunur. Bu ilin 5 ayı ərzində
idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib.
Taxıl idxalının və istehsalının azalmasının çörək
bişirmə sənayesinə təsirlərindən danışan İqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun
sözlərinə görə, artıq bəzi bölgələrdə çörəyin
qiymətinin artması müşahidə olunur: “2009-cu ildə 2
milyon 960 min ton buğda istehsal onub. Düzdür,
istehsal onunan buğdanın heç də hamısı Taxıl Fondu
tərəfindən satın alınmadı. Çünki, məhsulun bir
hissəsi fondun müəyyən etdiyi keyfiyyət
standartlarına uyğun gəlmədi”.
2010-cu ildə buğda istehsalının 15 faiz
azalacağının gözlənildıyini vurğulayan V.Bayramov cari
ildə Azərbaycanda təxminən 2 milyon 300 min ton
buğda istehsal ediləcəyini deyir. Hansıki bu da
yerli istehsalın daxili tələbatın ödənilməsinə imkan
verməməsi demək olacaq.
V.Bayramov bildirir ki, istehsal olunan taxılın heç
də hamısı Taxıl Fondu tərəfindən qəbul edilməyə
bilər: “Çünki bildirdiyim kimi fondun keyfiyyət
standartları var. Bütün bunları nəzərə alsaq xaricdən
1 milyona tona yaxın buğdanın idxalı gözlənilir”.
Maraqlıdır, Rusiyanın ixrac qadağası Azərbaycanın
ərzaq təhlükəsizliyi və strateji məhsul olan buğda
ilə təminatında problemlər yaradacaqmı? İqtisadçı
yaxın aylarda buğda ilə təminatda problemlərin
gözlənilmədiyi fikrindədir: “Ötən ilki istehsalın,
eləcə də idxal olunmuş taxılın bir hissəsi ehtiyat
şəklində Taxıl Fondunda saxlanılır. Başqa tərəfdən
Rusiyanın tətbiq etdiyi qərarın 2010-cu ilin sonuna
qədər qüvvədə olması nəzərdə tutulub. Növbəti
aylarda Azərbaycanda taxıla olan tələbat isə 1
milyon 500 min ton olacaq. Yerli istehsal ilin
sonunadək buğdaya olan tələbatın ödənilməsinə imkan
verir”.
V.Bayramov yaxın aylarda taxıl qıtlığının müşahidə
edilməyəcəyini söyləyir. Bununla belə o iki problemi
istisna etmir: “Əvvəla idxalın çətinləşməsi ölkəyə
gətirilən buğdanın daha fərqli olmasına səbəb ola
bilər. Bu da çörəyin, taxılın qiymətinin artmasına
gətirib çıxaracaq. Güman olunur ki, 2010-cu ildə
buğda istehsalının azalması buğdanın, çörəyin
qiyməti üçün müəyyən baza yaradacaq”.
Ekspert ilin sonuna qədər, xüsusilə noyabr ayından
başlayaraq taxılın qiymətində artımları qaçılmaz
sayır: “Taxılın qiymətindəki artımlar çörəyin
qiymətinə də təsir edəcək. Əgər Rusiya ixracla bağlı
qadağanın vaxtını uzadarsa və Rusiadan taxıl
ixracına qadağa 2011-ci ilin əvvəllərində də qüvvədə
qalasa, o cümlədən Qazaxıstan da bu qadağaya
qoşularsa gələn ilin əvvəllərində Azərbaycanda
taxıla olan tələbatın ödənilməsində problemlər
yaşanacaq”.
”2009-cu ildə kənd təsərrüfatı məhsullarının
istehsalında artım müşahidə edilməsinə baxmayaraq
2010-cu ildə bunu təkrarlamaq mümkün olmayıb” deyən
iqtisadçı bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi
bunu sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar
taxıl istehsalına ciddi təsir göstərməyib: “Hətta
sel və daşqınlardan əvvəl 2010-cu ildə taxıl
istehsalının azalacağı gözlənilirdi. Bu da onunla
bağlı idi ki, 2009-cu ildə istehsal olunan taxılın
biq qismi fond tərəfindən alınmadı. O cümlədən
keyfiyyət standartlarının müəyyənləşdirilməsi
istiqamətində aparılan müzakirələrin uzandı, bəzi
fermermer təsərrüfatları taxıl yığımı həyata
keçirmədi.Nəticədə sahələr məhv oldu, yığılan
taxıl sahələrdə qaldı. Bütün bunların nəticəsində
fermerlərin taxıl istehsalına maraqları azaldı. Eyni
zamanda Maliyyə Nazirliyinin subsidiyaların
verilməsi ilə bağlı apardığı yoxlamalar da 2010-cu
il üçün subsidiyaların vaxtında alınmasına imkan
vermədi. Fermerlər taxıl istehsalı ilə bağlı
xərclərini qaşılaya bilmədilər”.
Rusiyanın ixrac qadağasının daxili bazara psixoloji
təsirlərinə gəlincə, V.Bayramov bildirir ki,
qadağanın vaxtı uzadılarsa psixoloji gərginlik
istisna olunmur: ”Iş adamları alternativ mənbələr
axtararaq idxal həayata keçirməyə başlayacaqlar ki,
bu da qiymətə təsir edəcək”.
|