Dünyanın 500 ən nüfuzlu müsəlmanlarının adları elan edildi

Vüqar Bayramov 2010-cu ildə dünyanın ən nüfuzlu müsəlmanından biridir

ABŞ-ın məhşur Corctaun (Georgetown) Universiteti və İordaniyanın Strateji İslam Elmləri Mərkəzi avqustun 9-da dünyanın ən nüfuzlu 500 müsəlmanının adlarını elan edib. 2010-cu ilin düyanın ən nüfuzlu müsəlmanlarının siyahısına Azərbaycandan 5 nəfərin - dövlət başçısı İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Hacı Allahşükür Paşazadənin, İqtisadi və Sosial  İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun və Xalq artisti Alim Qasımovun adı siyahıiya daxil edilib. Xatırladaq ki, ötən ilki qiymətləndirmədə Azərbaycanı bu siyahıda 4 nəfər təmsil edirdi.

Məlumat üçün bildirək ki, nüfuzlu şəxslərin syahıya alınması öz ölkələrindəki gücləri, ətraf ölkələr üzərindəki təsirləri və 2010-cu ildə dünyada baş verən proseslərdəki iştiraklarına görə həyata keçirilir. Azərbaycandan  ilk dəfə olaraq siyahıya iqtisadçının adı daxil edilib.

Yeri gəlmişkən,  adətən  hesabatda  dünyanın 500 nüfuzlu müsəlmanının hər biri barədə xüsusi  məlumat verilir.  Eyni zamanda onların nə üçün siyahıya daxil edilmələri qeyd olunur.  Bu dəfəki hesabatda İSİM rəhbəri ilə bağlı bildirilib ki,  o, Azərbaycanın qabaqcıl  iqtisadçısıdır: “V.Bayramov  ölkənin aparıcı iqtisadi beyin mərkəzi hesab edilən İqtisadi və Sosial  İnkişaf Mərkəzinə rəhbərlik edir. Vüqar Bayramovun hazırladığı antiböhran tədbirləri eləcə də inkişafın dəstəklənməsi ilə bağlı tədqiqatlardan bir sıra ölkələrin hökumətləri yararlanıb. .Bayramovun kitabları, məqalələri artıq dünyanın  25 dilinə tərcümə olunub”.

Hesabata  münasibət bildirən İSİM rəhbəri deyir ki, dünyanın 500 ən nüfuzlu müsəlmanı siyahısına adətən dövlət başçılarının, din xadimlərinin adları daxil edilir. V.Bayramovun  sözlərinə görə, iqtisadçı olaraq adının bu siyahıya daxil edilməsi Azərbaycan iqtisadiyyatı və elmi üçün təqdirəlayiq hesab olunmalıdır: “ Nəzərə almaq lazımdır ki, sözügedən hesabat  dünyada ən çox istinad edilən qiymətləndirmələrdən biridir. Bu onu göstərir ki, Azərbaycan İslamla bağlı beynəlxalq hesabatlarda yalnız dini məsələlərə görə deyil, iqtisadi və elmi məsələlərə görə də təmsil olunur. 2010-cu ilin qiymətləndirməsinə iqtisadçı olaraq daxil edilməyim Azərbaycanın  bu sıyahıda daha geniş təmsil olunması baxımından da əhəmiyyətlidir. Eyni zamanda 2010-cu ildə dünyanın ən təsirli müsəlmanları siyahısında Azərbaycanın 5 nəfərlə təmsil olunması da diqqəti çəkan faktlardandır. Məsələn, Özbəkistan, Tajikstan və Türkmənistanın hərəsindən cəmi 1, əhalisinin 20 faizi müsəlman olan Rusiyadan 4 nəfərin adı siyahıya daxil edilib”.

İSİM rəhbəri bildirib ki,  dünyanın 500 ən nüfuzlu müsəlmanı siyahısına adını daxil edilməsi 2009 və 2010-cu illərdə xaricdə nəşr edilən əsərlərinin sayının artması və eləcə də bir neçə beynəlxalq konfransa o cümlədən beynəlxalq maliyyə qurumlarının tədbirlərin spikerlik etməsi ilə bağlıdır.

Xatırladaq ki, azərbaycanlı iqtisadçının adı ötən il ABŞ-da nəşr edilən dünya enksklopediyasına daxil edilib.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.