Avopa Birliyi ilə  Rusiya arasında “Nabucco” ilə bağlı ikitərəfli danışıqlar aparılır

 Vüqar Bayramov: “Birlik layihənin reallaşması ilə bağlı taktikanı  dəyişmək niyyətindədir”

Avqust ayı ərzində Ankarada (Türkiyə) «Nabucco» qaz boru kəmərinin inşası layihəsi üzrə Layihəyə Dəstək Anlaşmasının imzalanması gözlənilir. Türkiyə KİV-lərində yer alan məlumatlara görə, müqaviləni layihə iştirakçısı olan Türkiyə, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın müvafiq nazirləri imzalayacaqlar. Bildirilir ki,  imzalanma mərasiminin iyulun 30-da keçirilməsi planlaşdırılsa da, iştirakçı nazirlərin iş qrafiklərinə görə tədbirin vaxtı dəyişdirilib. Qeyd olunur ki, layihə üzrə tədarüklə bağlı problemlərin bu il ərzində, maliyyələşmə məsələlərinin isə 2011-ci ilin ilk aylarında həll edilməsi planlaşdırılır.Məlumatda o da deyilir  ki, «Nabucco»nun səhmdarları hazırda Azərbaycan və İraqla yanaşı Türkmənistan və Qazaxıstandan da qaz tədarük edilməsi üçün bu ölkələrlə danışıqlar aparırlar. Bu danışıqlar baş tutarsa, kəmərin uzunluğu ilk planlaşdırılan 3 300 km-dən 4 min km-ə qədər uzadılacaq. Bu da öz növbəsində layihənin 10% bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir  ki, «Nabucco» konsorsiumu kəmərin reallaşması ilə bağlı qərarın 2011-ci lilin yanvarına qədər müəyyənləşəcəyini açıqlamışdı. Qərar isə  konsorsiumun 2010-cu ildə kəmərin tikintisi ilə bağlı hər hansı bir sifariş almasından asılı olaraq verilməli idi:  “Nəzərə alsaq ki, konsorsiumda təmsil olunan şirkətlər  özəl şirkətlərdir və onların investisiya maraqları var. Onlar üçün  «Nabucco» nun siyasi deyil, iqtisadi əhəmiyyəti vacibdir”.

Bununla belə iqtisadçı «Nabucco»nun reallaşmasında siyasi baxımdan maraqlı  qurumların  olduğunu  da vurğulayır. Avropa Birliyinin  kəmərlə bağlı Türkmənistan və Azərbaycanla ikitərəfli saziş imzalamağa çalışdığını xarıtladan ekspert bildirir ki, 2010-cu ilin mayında Aşqabadda Türkmənistanla Avropa Birliyi arasında anlaşmanın imzalanmasına dair razılaşma əldə olunsa da,  anlaşmanın imzalanma tarixi təxirə salındı: “Güman edilir ki, Qırğızıstan hadisələrindən sonra Türkmənistan höküməti kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirməyə çalışır. Xüsusilə nəzərə alsaq ki, “Nabucco” Rusiyadan kənar keçən  layihədir o baxımdan Türkmənistan mövqeyində diqqətli olmaq istəyir. Azərbaycan da bu məsələdə ehtiyatlıdır. Lakin ola bilər ki, Türkmənistan qədər ehtiyatlı deyil.  Çünki Azərbaycan Rusiyaya qaz satmaqla prosesi balanslaşdırmağa çalışır. Digər tərəfdən Rusiyanın qaz ixracatı ilə bağlı Türkmənistana təzyiqləri Azərbaycanla eyni deyil”.

Mütəxəssisin sözlərinə görə, bu, Türkmənistanın qaz ehtiyatlarının kifayət qədər böyük olması ilə əlaqədardır: “Türkmənistanın qaz ehtiyatları Azərbaycanla müqayisədə 8 dəfə çoxdur. Bu da analoji layihələrdə Türkmənistan qazının həlledici rol oynaması anlamına gəlir.

Lakin Avropa Birliyinin son açıqlamları göstərir ki, birlik “Nabucco” nun reallaşması ilə bağlı taktikanı  dəyişmək niyyətindədir. Artıq Avropa Birliyi Rusiya ilə ikitərəfli danışıqlar aparır”.

Danışıqların qeyri-formal xarakter daşıdığını deyən V.Bayramovun qənaətincə, bu danışıqlar “Nabucco” nun reallaşması istiqamətində Rusiyanın Türkmənistan və Azərbaycana edə biləcəyi təzyiqlərin azaldılmasına yönəldib: “Xatırladım ki, Avropa Birliyi layihənin 10 faizin Rusiyanın “Qazprom” şirkətinə təklif etmişdi qarşı tərəf isə bundan imtina etmişdi”.

Ekspert bildirir ki, Avopa Birliyi digər məsələlərdə, həyata keçirdiyi siyasi və iqtisadi layihələrdə  Rusiyaya güzəştə getməklə “Nabucco” layihəsinə təzyiqləri azaltmağa çalışır: “Son addımlardan sonra “Nabucco” ilə bağlı danışıqların sürətlənəcəyi  güman edilir.İlin sonuna qədər “Nabucco” ilə bağlı ilkin anlaşma mümkün olacaq.   Türkmənistan və Azərbaycanla bu məsələ razılaşdırılarsa, layihə real olacaq. Çünki, ötən ilin iyun ayının 13-də  istehlakçı ölkələr ”Nabucco” qazının nəqli ilə bağlı anlaşma imzalayıb. Söhbət 5 istehlakçı ölkədən gedir”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.