|
Son iki ayda 3 pulköçürmə şirkətinin fəaliyyəti
dayandırılıb
Vüqar Bayramov: “Mərkəzi Bank metodları
dəyişməlidir”
Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiyanın «Kontakt»
pulköçürmə sistemi ilə əlaqələrini kəsib. Səbəb bu
sistem vasitəsi ilə işğal altında olan ərazilərdə
pul köçürmələrin həyata keçirilməsidir. MB-nın
məlumatına görə , xəbərdarlıqlara baxmayaraq
«Contact» pulköçürmə sistemi Azərbaycanın işğal
altında olan ərazilərində qanunsuz fəaliyyətini
davam etdirib. Nəticədə Mərkəzi Bank avqustun 2-dən
etibarən Azərbaycandakı bütün banklara bu sistemlə
işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.
Qeyd edək ki, Azərbaycan bankları iyunun 8-də və
11-də müvafiq olaraq «Migom» və «Leader» pulköçürmə
sistemləri ilə eyni səbəblərə görə əməkdaşlığı
dayandırıb.
İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov Mərkəzi Bankın pulköçürmə şirkətinin
lisenziyasını geri alması səbəblərini başadüşülən
hesab edir : “Çünki, bütün hallarda Mərkəzi Bank
həmin şirkətlərə Azərbaycanın işğal olunmuş
ərazilərində işləməməklə bağlı rəsmi xəbərdarlıq
edib. Lakin onlar bankın bildirişinə məhəl qoymadan
bu fəaliyyəti həyata keçiriblər. Xatırladım ki,
Mərkəzi Bank əvəllər də işğal olunmuş ərazilərdə
fəaliyyət göstərən pulköçürmə şirkətlərinin
lisenziyalarının geri alınması istiqamətində qərar
vermişdi. Praktiki son aylar bankın lisenziyaları
geri alması ənənəvi xarakter daşıyır”.
Mütəxəssis hesab edir ki, Mərkəzi Bank işğalı
olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən
pulköçürmə şirkətlərinə qarşı tətbiq etdiyi
metodları dəyişməlidir. Şirkətlərə lisenziyaları
geri almaqla deyil, digər metodlarla təsir
göstərməyə çalışmalıdır: “Lisenziyaların geri
alınması hələlik şirkətlərə ciddi təsir göstərmir.
Yəni lisenziyası geri alınmayan digər şirkətlər də
var ki, sözügedən ərazilərdə faəliyyətlərini davam
etdirirlər. Mərkəzi Bank bütün şirkətlərin
lisenziyasını geri alacaq?”
beynəlxalq konvensiyaların Mərkəzi Banka
Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən
addımlar atan şirkətlərlə bağlı beynəlxalq
məhkəmələr qarşısında vəsatət qaldırmağa imkan
verdiyini söyləyir. .
V.Bayramov bildirir ki, Azərbaycanın işğal olunmuş
ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərlə
əlaqədar məsələnin beynəlxalq məhkəmələr qarşısında
qaldırılması Mərkəzi Banka bu şirkətlərə barəsində
daha ciddi addımların atılmasına nail olmaq imkanı
verəcək: “Mərkəzi Bank beynəlxalq məhkəmələr
vasitəsilə həmin şirkətlərə qarşı maliyyə
sanksiyalarının tətbiq edilməsinə, hətta bir sıra
hallarda fəaliyyətlərini dayandırmalarına yönəlik addımların
atılmasına nail ola bilər.
Əgər Mərkəzi Bank bir şirkətə qarşı belə bir iddia
ilə cıxış etsə, bu, digərlərinə də mesaj olacaq.
Şirkətlər artıq Mərkəzi Bankın onların lisenziyasını
ləğv etmək qorxusundan deyil, məsələlərin beynəlxalq
arenada qaldırılmasından çəkinəcəklər.
Ekspertə görə, Mərkəzi Bankın işğal olunmuş
ərazilərdə fəaliyyət göstərən şirkətlərlə bağlı
hazırda tətbiq etdiyi metodla nə pulköçürmə
şirkətlərinin oradakı fəaliyyətinin qarşısını almaq
mümkün olacaq, nə də gələcəkdə bu cür faktların
təkrarlanmayacağından sığortalanmaq: “Mərkəzi Bank
məsələyə daha qlobal yanaşmalıdır. Çalışmalıdır ki,
problemi qlobal səviyyədə həll etsin. Bu eyni
zamanda həmin şirkətlər üçün əlavə xərcin
yaranmasına, Azərbaycanın ərazilərinin işğal
olunması faktının beynəlxalq müstəviyə çıxarılmasına
gətirib çıxaracaq”. |