9723 ipoteka müqaviləsi bazarı canlandırmayıb

Vüqar Bayramov: “İpoteka kreditləşməsi Bakıda 1-ci və 2-ci zonaya təsir edə bilmir”.

 

İlin əvvəlindən 9723 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınmış ipoteka müqavilələrindən 4746-ı və ya 48.8 faizi Bakı şəhərinin payına düşüb.Maraqlıdır ki, bu proses daşınmaz əmlak bazarında canlanmaya səbəb olmayıb. Nəzərə çatdıraq ki, cari ilin büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat vəsait aydırılıb. . Adi ipoteka kreditləri üzrə 75 milyon manat vəsaitin xərclənməsi planlaşdırılıb. İpoteka Fondunun 30 iyun 2010-cu ilə olan məlumatına əsasən dövlət büdcəsi hesabına 5,1 milyon manatlıq kredit verilib. Göstərilən müddətdə banklar tərəfindən verilən kreditlər 52,1 milyon manat, fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri 45,7 milyon manat təşkil edib. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, müqavilələrin sayının artmasına baxmayaraq ipoteka proqramı kütləvi deyil: “Məsələn 2010-cu ilin iyun ayına olan məlumata görə, Rusiya vətəndaşlarının 17 faizi ipoteka proqramından istifadə edərək öz mənzil təminatlartını yaxşılaşdırıblar. Eyni zamanda Rusiya dövlətinin qəbul etdiyi son ipoteka proqramına əsasən 2020-ci ilə qədər bu ölkənin əhalisinin 30 faizi ipoteka proqramından istifadə etməklə   mənzil alacaqlar.Azərbaycanda ipoteka proqramından istifadə edənlərin sayının artmasına baxmayaraq hələlik ipoteka proqramı kütləvi deyil. İpoteka  proqramından istifadə edənlərin sayı 1 rəqəmlə ifadə edilir”.

V.Bayramovun sözlərinə görə, ipoteka proqramının kütləvi olmaması, əhalinin geniş hissəsinin ondan istifadə etməməsi proqramın sosial əhəmiyyətinin azalmasına gətirib çıxarır: “Digər məqam ipoteka proqramının mənzil bazarına təsir etmək imkanlarına malik olmamasıdır. İpoteka krediti alanların sayının artmasına baxmayaraq, bu, bazarda canlanmanın yaranmasına gətirib çıxarmayıb. Yaranmış vəziyyət birbaşa  ipoteka proqramının  bazarda  olan tələbatın ödənilməsinə imkan yaratmaması ilə bağlıdır. Baxmayaraq 2010-cu ildə adi ipoteka kreditlərinin verilməsi üçün 75 milyon manat (istiqrazların satılması yolu ilə əldə ediləcək), sosial ipoteka kreditləri üçün 14  milyon manat (cari ilin büdcəsindən ayrılıb) nəzərdə tutulub, bu bazarda tələbə təsir etmək  imkanlarına malik deyil. Digər tərəfdən ipoteka kreditləşməsi Bakıda 1-ci və 2-ci zonaya təsir edə bilmir”.

Ekspert növbəti səbəb kimi proqramın vətəndaşlar üçün əlçatan olmadığını gətirir: “İpoteka krediti almaq üçün tələb edilən əməkhaqqı orta aylıq əməkhaqqıdan 2 dəfə çoxdur.Bu əslində ipoteka proqramının sosial mahiyyətinin aşağı olduğunu göstərir”.

Mütəxəssis bildirir ki, əgər tələb edilən əməkhaqqı limiti orta aylıq əməkhhaqıdan 2 dəfə çoxdursa, deməli orta təbəqə və az təminatlı ailələr proqramdan istifadə imkanlarına malik deyillər.

Bununla belə V.Bayramov ilin sonuna qədər  kredit alanların sayının artacağının gözləndiyini deyir: “Amma bu proqramın səmərəliliyini artırmayacaq. Kreditlərdən mənzillərə tələbatı olanlar istifadə edə bilmir. Kreditlərdən o insanlar istifadə edir ki, artıq onların mənzilləri var”.

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.