"Şahdəniz-2" yatağından çıxan qazı hansı kəmər nəql edəcək?

Vüqar Bayramov: “”Azərbaycan dövləti Nabukko” ilə bağlı qərarını vermək istəyir”

 

"Şahdəniz-2" yatağından çıxan qaz üçün "Nabukko", İTGİ  və TAP kimi beynəlxalq qaz layihələrinin təşkilatçıları ilə artıq sövdələşmələr başlanıb. ANS-in  Türkiyənin “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə,  ən geci gələn həftə bu layihələri təşkil edən şirkətlərə tenderə qatılmaq üçün məktub göndəriləcək.

Xatırladaq ki, "Nabukko" layihəsinin təşkilatçıları ilə  Azərbaycan hökuməti arasında gedən müzakirələrdə bu layihənin 2015-ci ildə “Şahdəniz-2” yatağından çıxan 8 milyard kubmetr qaz ilə işə başlaması müzakirə edilirdi.Nəzərə alsaq ki, “Şahdəniz-2” nin  işlənməsinə 2017-2018-ci illərdə başlanılacaq, hasil olunan qazın hansı layihə ilə Avropaya nəql ediləcəyi müzakirə predmetidir. İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, “Şahdəniz-2” yatağından hasil olunan qazın hansi kəmər vasitəsilə Avropaya çatdırılması yalnız iqtisadi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir.  Başqa tərəfdən  “Nabukko” kəmərinin reallaşması üçün “Şahdəniz-2” yatağından hasil olunan qazın bu kəmər vasitəsilə Avropaya çatdırılması olduqca vacibdir. Əgər “Şahdəniz-2” yatağından hasil olunan qaz digər layihələr vasitəsilə Avropaya çıxarılsa o zaman “Nabukko” kəmərinin reallaşması sual altında qalacaq. Yeri gəlmişkən, “Nabukko” konsorsiumu ilin sonunadək layihənin reallaşıb-reallaşmayacağı barədə qərar verəcəyini açıqlayıb”.

Mütəxəssis bildirir ki, ilin sonunadək investorlar “Nabukko” ya sərmayə qoymaqla bağlı öz maraqlarını ifadə etsələr o zaman kəmərin reallaşması mümkün olacaq: “Əks təqdirdə

“Nabukko” reallaşmayacaq.  Dövlət Neft Şirkətinin “Şahdəniz-2”dən nəql ediləcək qazın Avropaya çatdırılması yönündə tender elan etməsi həm də onunla bağlıdır ki, qurum Azərbaycanın “Nabukko”da və eləcə də  Transxəzər layihələrdə iştirakı yönündəki mövqeyini dəqiqiləşdirməyə çalışır”.

V.Bayramov bunu eyni zamanda  Avropaya verilən    mesaj kimi də dəyərləndirir: “Yəni Azərbaycan hansı kəmərdə iştirak edəcəyi ilə bağlı qərar  vermək ərəfəsindədir”.

 Onun fikrincə, “Nabukko” kifayət qədər siyasi layihədir. Eyni zamanda bu layihə Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən dəstəkləndiyi üçün Azərbaycan layihəyə müəyyən qədər ehtiyatlı yanaşır. “Bu ehtiyatlılıq həm də onunla bağlıdır ki, “Nabukko” Rusiya tərəfindən dəstəklənmir”deyən V.Bayramov “Nabukko” konsorsiumunun sözügedən dövləti  layihədə iştiraka dəvət  etdiyini xatırladır: “Konsorsium layihənin 10 faizin Rusiyanın “Qazprom” şirkətinə təklif etmişdi. Lakin qarşı tərəf təklifi qəbul etmədi. Bu bir daha ondan xəbər verirdi ki, Rusiya “Nabukko”da maraqlı deyil.2010-cu ilin mayında Aşqabadda Türkmənistanla Avropa Birliyi arasında anlaşmanın imzalanmasına dair razılaşma əldə olunması , daha sonra Türkmənistan rəhbərliyinin bundan imtina etməsi və anlaşmanın imzalanma tarixinin təxirə salınması göstərdi ki, əslində layihə kifayət qədər siyasidir”.

İqtisadçı Avropa Birliyi ilə anlaşmanın imzalanma tarixinin  xüsusən  Qırğızıstanda baş verən hadisələrdən sonra təxirə salındığını diqqətə çatdırır.O həmçinin bildirir ki,  “Şahdəniz-2” yatağından hasil olunan qazın hansı kəmər vasitəsilə nəqlinin gündəmdə olması praktiki “Nabukko”  ilə bağlı qərarın yaxın zamanlarda veriləcəyindən xəbər verir: “Azərbaycan üçün “Nabukko”nun reallaşması mavi qazın davamlı ixracı  imkanı deməkdir. O cümlədən “Nabukko”nun reallaşması Azərbaycanın qaz nəqlində müxtəlif yollardan istifadə etməsi baxımından əhəmiyyətlidir. Başqa tərəfdən Azərbaycanın Rusiyaya mavi qaz nəql etdiyini nəzərə alsaq  praktiki bununla həm Qərbə, həm də Rusiyaya qaz ixrac etmək mümkün olacaq”.

V.Bayramov bununla belə aprelin 13-də Buxarestdə  Azərbaycan Bolqarıstan, Ruminiya və Gürcüstan arasında mavi qazın Bolqarıstana nəqlinə dair  sazışin imzalanmasının “Nabukko”nun reallaşması imkanlarını müəyyən qədər azaltdığını deyir: “Həmin anlaşmaya görə, Azərbaycanın mavi qazı Gürcüstanın Batumi limanına ixrac edilməlidir.Oradan isə mavi qaz sıxlaşdırılmış şəkildə tankerlərlə Ruminiya və Bolqarıstana nəql edilməlidir. Hələlik bu layihənin effektli olub-olmaması araşdırılır. Layihə iqtisadi baxımdan rentabelli olsa o zaman Azərbaycan öz mavi qazını Türkiyə və Rusiyadan kənar yollarla Avropaya çıxarmaq imkanlarına malik olacaq”.

İqtisadçı  “Şahdəniz-2” yatağının 2014-cü ildə istifadəyə veriləcəyini və əsas qazın 2016-cı ildə nəql ediləcəyini xatırladır: “Bu halda Dövlət Neft Şirkətinin son tenderi Azərbaycan dövlətinin “Nabukko” ilə bağlı qərar vermək istəyindən xəbər verir.Yəni  bu “Nabukko” ya qoşulub-qoşulmamaqla bağlı qərarın verilməsi olacaq”.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.