Mətbuat Üçün Açıqlama

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)  “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı İnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi”nin təqdimatını həyata keçirib. Hökumət nümayəndələri, müstəqil ekspertlərin iştirakı ilə keçirilən tədbirdə İSİM İdarə Heyətinin rəhbəri, iqtisad elmləri namizədi Vüqar Bayramov sənəd haqqında iştirakçılara məlumat verib.

Vüqar Bayramov bildiridi ki,  son illər aqrar sektorda inkişaf meyilləri müşahidə edilməkdədir. Bununla belə, kənd təsərrüfatı sektorunun ÜDM-də payı kiçik olaraq qalmaqdadır. Səbəblərdən biri neft sektorunun inkişafı nəticəsində ÜDM-də qeyri-neft sektorunun nisbi payının azalmasıdırsa, digəri  aqrar sektorda formalaşan yeni dəyərin məbləğinin azalmasıdir.  Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxının aqrar sektorda çalışmasına baxmayaraq kənd təssərrüfatının ÜDM-də payının bir rəqəmli ədədlə ifadə edilməsi məhz bu istiqamətlərdə islahatların davam etdirilməsinə ehtiyacdan xəbər verir:” Təşkilatın ekspertlərinin qənəatinə görə,məhsul istehsalını stimullaşdırması üçün fermerin sahib olduğu əkin sahəsinə görə subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir. Hal-hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Bu isə subsidiyalarla fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədə uyğun hesab edilməlidir”.

 

V. Bayramov həmçinin dedi ki, dolayı subsidiyaların tətbiqinin  həyata keçirilməsi də məqsədə uyğundur. Bu zaman ABŞ-da olduğu kimi Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən məhsullar həmin qiymətə alınır. Ekspertin fikrincə, Azərbaycan da taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanaşı strateji məhsulların istehsalını artırar:”Mərkəz subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsini təklif edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi subsidyaların verilməsində nöqsanların və bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu aşkara çıxarıb. Belə nöqsanlar məhz subsidiyaların əhəmiyyətini və onların aqrar sektora pozitiv təsirlərini azaldır. Buna görə də, subsidiyaların verilməsin nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə qaynar xəttin formalaşdırılmasına ehtiyac var”.

Subsidiyaların verilməsi üzrə formalaşdırılan komissiyalara vətəndaş cəmiyyəti üzvlərinin, ekspertlərin cəlb edilməsini məqsədə uyğun hesab edən beyin mərkəzi əməkdaşlarının araşdırmaları göstərir ki, fermerlərin əkin sahələrinin və eləcə də strateji və ya staretji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real mövcud olandan daha çox göstərilir, bəzi hallarda starteji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb olur. Vətəndaş cəmiyyəti nümayəndələrinin komisiyalarının tərkibinə daxil edilməsi bu sahədə şəffaflığın güclənməsində yardım edə bilər.

Kənd təsərrüfatı anbarlarının tikintisinin sürətləndirilməsini vacib sayan İSİM rəhbəri bununla idxaldan asıllığı azaltmağın və eləcə də fermerlərin gəlirlərini artırmağı mümkün sayır.

 

 

Tədbirdə çıxış edən İqtisadi Təşəbbüslərə Yardım İctimai  Birliyinin sədri Azər Mehtiyev kənd təsərrüfatı anbarlarının inhisarçılığa yol açdığını dedi. O həmçinin bir sira rayonlarda anbarların düzgün tikilməməsi səbəbindən taxılın çürüdüyünü söylədi. Ekspert  əkinə yararlı sahələrin 30 faizinin istifadə edildiyini vurğuladı.Dedi ki,  70 faiz barədə məlumat yoxdur.

A.Mehdiyev əkin sahələri ilə bağlı rəqəmlərin şişirdildiyindən və Maliyyə Nazirliyinin yoxlamalarından da söz açdı.

 Taxıl Fondunun sədri Zülfüqar Məmmədov isə bildirdi ki, bu gün fermerlərin 90 faizi dövlətin verdiyi subsidiyalara gəlir mənbəyi kimi baxır:”Verilən pulu torpağa xərcləmirlər. Bu il ölkədə rekord həcmdə yəni 3 milyon ton taxıl istehsal olunub. Bununla nə nail olduq? Əkin sahələri zərərvericilərin mənbəyinə çevrilib”.

“Azərbaycanın kənd təsərrüfartı elə də gəlirili sahə deyil deyən TF sədri yerli fermerlərdən  taxılın qəbul prosesindən də danışdı. Bildirdi ki, 3 ayda fonda 1006 ton 3-cü sort taxıl qəbul edilib: “2 faiz zibili nəzərə almamışıq. Taxılın fermerlərdən qəbulu  İqtisadi İnkişaf Nazirliyinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, eləcədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Yəni burda başqa məsələ baş verə bilməz. O ki qaldı taxılın fermerlərdən ucuz alınmasına iyul ayında Azərbaycanda taxılın qiyməti 6-10 qəpik təşkil edirdi. 3-cü sinif taxılın hər tonu üçün fermerlərə 180 manat ödənilib. Həmin ərəfədə ölkəyə gətirilən idxal taxılının tonu 160 dollar idi”.  

 

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nəriman Əliyev isə taxılın qiymətinin bazar tərəfindən tənzimləndiyini söylədi: “Kənd Təsərrüfatı Nazirliyi qiymətləri tənzimləyən orqan deyil. Taxılın qiyməti bazar tərəfindən müəyyənləşir”.

Onu da qeyd edək ki, aqrar sektorun inkişaf etdirilməsi üçün İSİM aşağıdakı təkliflərin həyata keçirilməsini məqsədəuyğun hesab edir

 

•           Subsidiyalar məhsul istehsalını stimullaşdırmasi üçün fermerlərin sahib olduğu əkin sahəsinə görə subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməsi. Hal-hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür, bu isə subsidiyalar ilə fermerlərin istehsal etdiyi məhsul arasında əlaqəni formalaşdıra bilmir. Subsidiyaların həcmi müəyyənləşdirilən zaman fermerin əvvəlki ildə istehsal etdiyi məhsulun həcminin də əsas götürülməsi məqsədə uyğun hesab edilməlidir;

 

•           Dolayı subsidiyaların tətbiqi həyata keçirilməsi. Bu zaman ABŞ-da olduğu kimi Kənd Təsərrüfatı Nazirliyi strateji məhsullar üzrə qiymət tavanı müəyyənləşdirir və əkin mövsümündən sözügedən məhsullar həmin qiymətə alınır. Azərbaycanda taxıl məhsulları üzrə belə qiymət tavanı müəyyənləşdirilə bilər. Bu fermerlərə öz xərc və gəlirlərini qabaqcadan hesablamağa və proqnozlaşdırmağa imkan verməklə yanaşı strateji məhsulların istehsalını artırar;

 

•           Taxıl və pambıq yığımına nail olmaq üçün subsidiya xərclərini müvafiq olaraq 1,5-2 dəfə artırması. Taxıl əkini üçün 120 manat, pambıq becərilməsi üçün isə 80 manat subsidiya verilsə, bu, onların yanacaq xərclərinin tam ödənilməsinə imkan yaradacaq.. Hesablamalara görə, taxıl əkən fermerlərə yanacaq xərci üçün əlavə 32 manat verilsə, bu istiqamətdə olan xərclər tam ödənilər. Burada əsas məqsəd ondan ibarətdir ki, taxıl əkini ilə məşğul olan fermerlərin gəliri xərcindən çox olsun. Bu məbləği hesablayan zaman dünya bazarında qiymət dəyişikliyi də nəzərə alınıb. Belə ki, bazarda taxılın qiymətinin ucuzlaşdığı halda onun istehsalına çəkilən xərc əsasən əvvəlki kimi qalıb;

 

•           Subsidiyaların verilməsinə nəzarətin gücləndirilməsi. Azərbaycan Respublikası Maliyyə Nazirliyi subsidyaların verilməsində nöqsanların və bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının müdaxiləsinin olduğunu aşkara çıxarıb. Belə nöqsanlar məhz subsidiyaların əhəmiyyətini və onların aqrar sektora pozitiv təsirlərini azaldır. Buna görə də, subsidiyaların verilməsin nəzarətin gücləndirilməsi və bu yardımların verilməsi üzrə qaynar xəttin formalaşdırılmasına ehtiyac var;

 

•           Subsidiyaların verilməsi üzrə formalaşdırılan komisiyalara vətəndaş cəmiyyəti üzvlərinin|ekspertlərin cəlb edilməsi. Tədqiqatlar göstərir ki, fermerlərin əkin sahələrinin və eləcə də strateji və ya staretji olmayan məhsul istehsalının qiymətləndirilməsində ciddi nöqsanlar var. Bir sıra hallarda əkin sahələrinin həcmi real mövcud olandan daha çox göstərilir, bəzi hallarda starteji məhsul istehsal edilməyən sahə strateji məhsul istehsalı kimi sənədləşdirilir və bu da subsidiyaların verilməsində nöqsanların yaranmasına səbəb olur. Vətəndaş cəmiyyəti nümayəndələrinin komisiyalarının tərkibinə daxil edilməsi bu sahədə şəffaflığın güclənməsində yardım edə bilər;

 

•           Kənd təsərrüfatı anbarlarının tikintisinin sürətləndirilməsi. Aparılan tədqiqatlar aşağıdakı iqtisadi rayonlar kənd təsərrüfatı anbarlarının yaradılmasını məqsədəuyğun hesab etmişdir:

1.         Gəncə-Qazax iqtisadi rayonunda meyvələrin və eləcə də kartofun saxlanması üçün yeni anbarların tikintisi,

2.         Quba-Xaçmaz iqtisadi rayonunda meyvələrin saxlanması üçün anbarların inşası,

3.         Lənkəran iqtisadi rayonunda tərəvəzlərin saxlanması üçün anbarların tikintisi,

4.         Abşeron iqtisadi rayonunda həm meyvə, həm də tərəvəzlərin saxlanması üçün anbarların inşası.

 

Tədqiqat zamanı əldə edilən nəticələr göstərir ki, kənd təsərrüfatı anbarların inşası ölkə daxilində qiymətlərin stabilləşməsinə, ərzaq itkisinin qarşısının alınması yolu ilə fermerlərin gəlirlərinin artmasına, ölkənin idxaldan asılılığının aradan qaldırılmasına, ilboyu təklif edilən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasına və ən əsası əhalinin ərzaqla etibarlı təminatına imkan verəcək;

 

•           Kənd təsərrüfatı məhsullarının istehsalşılarına kənd təsərrüfatı texnikasının və gübrələrin lizinqlə verilməsi qaydalarına yenidən baxılması;

 

•           Kənd təsərrüfatı məhsullarının sığortalanması mexanizminin təkmilləşdirilməsi. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə verilən dövlət dəstəyinin artırılması məqsədilə «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklərin edilməsi və sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının növlərini artırılması;

 

•           Fermerlərin fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması. Tədqiqatlar göstərir ki, kənd təsərrüfatının inkişafına maneə olan faktorlardan biri də məhz bir sıra dövlət qurumlarının yersiz müdaxilələridir. Bu baxımdan, belə müdaxilələrin aradan qaldırılması aqrar sektorda azad biznesin inkişafına zəmin yarada bilər.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.