İSİM Regionlarda Təlimlər Keçirir

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Gəncə və Şamaxı şəhərlərində aprelin 25-dən 30-dək yerli vətəndaş cəmiyyəti nümayəndələri üçün təlimlər təşkil etmişdir. Avropa Komisiyası tərəfindən maliyyələşdirilən və Kiprin Menecment Mərkəzi tərəfindən idarə edilən “Vətəndaş Cəmiyyətinin İnkişafı Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı mərhələləri, qeyri-hökumət təşkilatlarının formalaşması üsulları, bu sahədə qanunverici baza və s.məsələlər ilə bağlı iştirakçılara məlumat verilmişdir. Tədbirdə çıxış edən Prezident Yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurasının üzvü Əliməmməd Nuriyev QHT-lər ilə dövlət qurumları arasında münasibətlər, bu sahədəki vəziyyət, vətəndaş cəmiyyətinin maliyyələşdirilməsi formaları və s. mövzullar ilə bağlı məlumat vermişdir. Qeyd edək ki, bu proqram çərçivəsində Azərbaycanın 3 bölgəsində 8 mövzu üzrə 24 təlim təşkil edilməsi nəzərdə tutulub.

 

 

 

.

   

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.