Avronun möhkəmlənməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Azərbaycanın valyuta bazarında avronun manata nisbətən məzənnəsində son günlər ciddi artımlar müşahidə edilir. Ötən ayın sonlarında 1 avronu 97 qəpiyə satan valyuta dəyişmə məntəqələri indi bunun üçün 1, 02 manat tələb edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun bildirib ki, avronun manata nisbətən məzənnəsinin yüksəlməsi bu valyutanin dollara nisbətən kursunun artması ilə bağlıdır. Avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi isə ABŞ-da 5 aylıq iqtisadi yekunların elan edilməsi ilə bağlıdır: ” Amerikada iqtisadi yekunların elanından sonra bəlli oldu ki,  son 5 ayda bu ölkədə işsizlik problemi  dərinləşməkdədir. İqtisadi inkişafla bağlı proqnozlar, 5 aylıq yekun Amerikada böhranın başa çatması və dayanıqlı iqtisadi inkişafın bərqərar olması istiqamətində  proqnozları alt-üst edib. Amerika iqtisadiyyatında müşahidə olunan  problemlər dolların avroya nisbətən məzənnəsinin düşməsinə gətirib çıxarıb”.

İSİM rəhbərinin fikrincə, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: “Əvvəlla, bu avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadə artmasına səbəb olur. Ancaq, bu heç də avronun dollara nisbətən məzənnəsinin aprel-may aylarındakı kəskin azalmasından dəyən ziyanın “konpensasiya edilməsi” anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə “Avropa mallarının” Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq. Bu isə təbii ki, yay mövsümündə xaricdə istirahət etmək istəyənlər üçün heç də xoş sürpriz olmayaq”.

İqtisadçı-alimin fikrincə, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətinin artırmaq üçün kifayət deyil. Əvəlla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avro zonada Azərbaycan məhsulları “bahali məhsullar” statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır.

V. Bayramov bildirib ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır.

İqtisadçı hesab edir ki, Amerika iqtisadiyyatında müşahidə edilən problemlər, eləcə də     Avropada müəyyən  canlanma meyillərinin yaradılması, böhranın da çox müşahidə  olunduğu Yunanıstanda bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi yönündə qərarlar və  böhrandan çıxış üçün dövlət səhmlərinin buraxılması  avronun mövqelərinin möhkəmlənməsinə pozitiv təsir göstərib: “İqtisadi və Sosial İnkişaf Mərkəzi avronun məzənnəsinin iyul ayında müəyyən qədər möhkəmlənəcəyi yönündə proqnoz vermişdi. Əslində bu proqnoz Amerikanın 5 aylıq yekunlarında müəyyən iqtisadi problemlərin, o cümlədən bu ölkənin iqtisadiyyatı ilə bağlı narahatçılıq meyillərinin  üzə çıxacağı istiqamətində gözləntilərə əsaslanırdı. Eyni zamanda  valyuta bazarında  bazarında müəyyən spekulyatıv məzənnə aşağı salmalarından sonra  məzənnənin yüksəlməsi  müşahidə edilir. Bütövlükdə avronun məzənnəsinin dəyişməsi həm Amerika Birləşmiş Ştatları, həm Avropa Birliyində elan edilən yarımillik yekunlardan asılı olacaq:” Güman edilir ki, artıq iyulun sonunda avronun dollara nisbətən məzənnəsi ilə bağlı tam proqnoz vermək mümküm olacaq. Çünki yarımillik yekunlar avronun dollara nisbətən uzunmüddətli məzənnəsinin formalaşmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda avro indiki mövqeyini qoruyub saxlamağa çalışacaq. Bu isə o deməkdir ki, avronun manata nisbətən məzənnəsi son günlər indiki məzənnə ətrafında stabilləşəcək”.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.