Avro-2 standartına keçid nələri dəyişəcək?

Vüqar Bayramov: “Son illər istehsal edilən və istifadə olunmayan avtomobillər bahalaşacaq”.

İyulun 1-dən də ölkə üzrə Avro-2 standartına keçilir. Yəni həmin tarixdən sonra ölkəyə gətirilən avtomobillərin standartları gömrükdə yoxlanılacaq.  Bu həm də  avtomobillərin işlətdiyi bütün yanacaq növlərinin ”Avro-2" standartına uyğunlaşdırılması demək olacaq.  Qeyd edək ki, hazırda Azərbaycanda istehsal olunan benzinin keyfiyyəti  “Avro-2" standartına uyğundur. Və həmin yanacaq  ”95 benzini" adı ilə litri  60 qəpiyə satılır.

Bu arada Ekslogiya və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki,  Bakının hüdudlarından kənarda neft emalı zavodu tikildikdən sonra Azərbaycan Avro-5 standartına keçə biləcək. Hesablamalara görə, belə bir zavod ən tezi 5-7 il sonra tikilə bilər. Bu o deməkdir ki, Azərbaycanda hələ ən azı 5 il Avro-2 standartları tətbiq ediləcək. Yəni əksər avtomobil sahibləri 2015-ci ilədək narahat olmaya bilərlər. Hökumət Avro-2-dən yüksək standartlar tətbiq edə bilməyəcək, Avro-3,4,5 standartına uyğun avtomobil sahibləri isə baklarını Avro-2 benzini ilə doldurmalı olacaqlar.

Yeri gəlmişkən, Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən birinci ekoloji standart (Avro-1) 1992-ci ildə yaranıb. Avro-2 1995-ci ildən, Avro-3 1999, Avro-4 2005, Avro-5 isə 2009-cu ildən tətbiq edilir. Müvafiq olaraq bu illərdə avtomobillər həmin standartlara uyğun istehsal edilib. İşlənmiş qaz tullantıları iri şəhərlərdə atmosferdə zəhərli maddələr olmasının əsas səbəbidir. Ən təhlükəli olan azot oksidləri dəm qazından 10 dəfə daha çox təhlükəlidir. İşlənmiş qazlarla zəhərlənmiş mühitlə uzunmüddətli təmas orqanizmin ümumilikdə zəifləməsinə - immun çatışmazlığına səbəb olur. Bundan başqa, qazlar öz-özlüyündə müxtəlif xəstəliklərə, məsələn, tənginəfəsliyə, haymoritə, larinqotraxeitə, bronxitə, bronxopnevmoniyaya, ağ ciyər xərçənginə səbəb ola bilər. Bundan başqa, işlənmiş qazlar baş beyinin aterosklerozuna səbəb olur. Ağ ciyər patologiyası ilə bu, ürək-damar sistemində pozğunluğa səbəb ola bilər.

Onu da bildirək ki,  Azərbaycanda təxminən 880 min avtomobil qeydiyyatdadır, onlardan 550 mini Bakıdadır. Avtomobillərin əksəriyyəti Euro-2 və daha yüksək standartlara cavab verir. Paytaxt meriyasının sözlərinə görə, Bakı şəhərinin  nəqliyyatının 80%-i köhnəlib və Avropa standartlarına cavab vermir, onları tədricən istismardan çıxarmaq lazımdır. Lakin bunu necə etmək lazım gəldiyini heç kim bilmir.

 

“Ölkədaxilində istifadə edilən avtomobillər Avro-2 standartına uyğunlaşdırılmayacaq”

 

Iqtisadçı-ekspert Vuqar Bayramov bildirir  ki, Avro-2 standartına keçid  avtomobil idxalı, eləcə də ölkə daxilində istifadə olunan avtomobillər və istehsal olunan benzinlə bağlı yeni standartın tətbiqi deməkdir. Ekspertın sözlərinə görə,  nə qədər aşağı standart olsa da belə bütün hallarda həm benzinin, həm də avtomobillərin avropa standartlarına uyğunlaşdırılması baxımdan əhəmiyyətli addımdır: “Azərbaycandan əvvəl Rusiya, Qazaxıstan, Özbəkistanda Avro -2 standartlarına keçidlə bağlı qərar qəbul edilib. Hətta Mərkəzi Şərqi Avropa dövlətləri ölkə daxilində istifadə edilən və Avro-2 standartına uyğun olmayan avtomillərin  kompensasiya ödənilməsi ilə alınmasını həyata keçirmişdilər. Azərbaycanda tətbiq edilən Avro-2 standartı yumşaq Avro-2 standartı kimi xarakterizə oluna bilər. Çünki, Avro-2 standartı yalnız Azərbaycana gətririlən maşınlara tətbiq olunacaq. Ölkə daxilində istifadə edilən avtomobillər Avro-2 standartına uyğunlaşdırılmayacaq. Hazırda ölkədə istifadə edilən 950 min avtomobilin 650 mini Avro-2 standartlarına uyğun deyil. Bu o deməkdir ki, ölkə daxilində Avro-2 standartına uyğun olmayan maşınların istifadədən çııxarılması mümkün deyil.Çünki, bu, kifayət qədər bahalı, xərcli layihə ola bilər”.

 

Avro-2 standartında korrupsiya izləri

V.Bayramov  standartın tətəbiqi ilə bağlı narahatçılıqların olduğunu söyləyir: “Əvvəla  Avro-2 standartının tətbiqi üçün  hüquqi baza tam formalaşdırılmayıb. Bəlli olan odur ki, ölkəyə gətirilən avtomobillər əgər işlənmişdirsə, onun Avro-2 santartına uyğun olub-olmadığı gömrükdə yoxlanılacaq. Əgər Avro-2 standartına cavab verməsə avtomobilin ölkəyə girişinə qadağa qoyulacaq. Kifayət qədər problematik məsələdir.Çünki, bu tip yanaşmalar bütün hallarda korrupsiyaya, bürokratiyaya  yol açır. Avtomobillərin  Avro-2 standartına uyğun gəlib-gəlməməsi yönündə aparılan yoxlamalar subyektiv ola bilər”.

V.Bayramov şəffaflığın təminatı baxımından avtomobillərin Avro-2 standartına uyğunluğunun yoxlanılması prosesinə dövlət qurumları ilə yanaşı  avro standartlar üzrə ekspertlərin və  tədqiqatçıların  cəlb olunmasını   məqsədəuyğun hesab edir: “O cümlədən hüquqi baza tam formalaşdırılmalıdır. Avro-2 standartına keçid üçün əsasnamə olmadan standartın tətbiqində müəyyən problemlər yarana bilər”.

 

Benzinin qiyməti bahalaşdırlmalı yoxsa ucuzlaşdırılmalıdı?

 

Avro- standartının tətbiqinin benzinin qiymətinə və avtomobil bazarına təsirlərinə gəlincə, mütəxəssis hesab edir ki, Avro-2 standartına keçid ölkə daxilində benzinin qiymətinin yüksəlməsinə gətirib çıxara bilməz: “Dövlət Neft Şirkətinin məlumatına görə,  bu gün istehsal olunan benzinin keyfiyyəti Avro-2 standartına uyğundur. Başqa tərəfdən  Azərbaycanın benzin ixrac etdiyi ölkələr arasında hətta Avro-5 standartını tətbiq edənlər var. Düzdür, ixrac edilən benzin həmin ölkədə standarta uyğunlaşdırılır amma bütün hallarda  Avro-2-nin tətbiqi benzin xərclərinin artımına gətirib çıxarmayacaq”.

Ekspertin sözlərinə görə,  əgər Avro-2 standartı  benzinin xərcinin və ya maya dəyərinin artımına səbəb olmursa, o zaman benzinin qiymətinin artırılması yönündə hər hansı iqtisadi zəmin yaranmır: “Benzinin qiymətinin qalxacağı istiqamətində  məlumatların iqtisadi əsası yoxdu.Misal üçün, bu  gün Amerikada benzinin keyfiyyəti ilə bağlı tətbiq olunan standart Avropa Birliyində Avro-6 standartına uyğun gəlir. Amerikada Avro-6 standartına uyğun  benzinin maya dəyəri 35 sent təşkil edir. Bu isə Azərbaycanda Avro-2 standartına uyğun istehsal olunan benzinin qiymətindən aşağı qiymət deməkdir. Təbii Avro-3 standartının tətbiqi zamanı benzinin xərc strukturunda müəyyən dəyişikliklər gözlənilir. Amma bütün hallarda indiki mərhələdə benzinin qiymətinin artımı, xərc strukturunun dəyişimi proqnozlaşdırılmır”.

 

Bununla belə V.Bayramov Avro-2 standartına keçidin  maşın bazarına təsirsiz ötüşməyəcəyini düşünür: “Köhnə maşınların qiymətində artımlar proqnozlaşdırılsa da,  əksinə birinci mərhələdə qiymətlər düşəcək. Avro-2 standartının tətbiqi həmin maşınlarla bağlı qeyri-müəyyənlik yaradır. Bunun həm də psixoloji təsirləri var. Standartların tətbiqi vaxtından asılı olmayaraq növbəti mərhələdə avro standarta uyğun olmayan maşınların istifadədən çıxarılması ilə nəticələnəcək. Köhnə maşınlara tələbat artmayacaq. Yeni və istehsalı son illərə aid maşınlara tələbat artacaq. Nəticədə bazarda son illər istehsal edilən və istifadə olunmayan avtomobillər bahalaşacaq”.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.