|
Avropa valyutası son 14
ayda ən aşağı həddə düşüb
Vuqar Bayramov: “Avronun
kəskin ucuzlaşmasında spekulyativ faktorların rolu
var”
Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi
son 14 ayda ən aşağı səviyyəyə düşüb.
Mərkəzi Bankın məlumatına görə, mayın 6-da Avropa
valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0322
manat müəyyən edilib. Bu, 11 mart 2009-cu ildən bəri
ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0184
manata bərabər olub. 2010-cu ildə avro manata
nisbətən 10,8% ucuzlaşıb. İlin 5 ayı ərzində avronun
kursu 1,1575-dən 1,0322 manata düşüb. Bu isə o
deməkdir ki, hər 100 avro 5 ay ərzində dəyərini 12,5
manat itirib.Avronun ucuzlaşması Yunanıstan
böhranının uzanması və bu böhranın digər ölkələrə
yayılması təhlükəsi ilə
əlaqələndirilir.
Bundan başqa Moody’s beynəlxalq reytinq
agentliyinin Portuqaliyanın kredit reytinqini sala
biləcəyi xəbərdarlığının
da
Avropa Birliyi valyutasına təsir göstərdiyi qeyd
edilir. Qeyd edək ki, hazırda dünya bazarlarında
avronun dollara məzənnəsi 13 ayda ən aşağı həddə
düşərək 1,2807 stəşkil edir. Morgan Stanley bankının
analitiklərinə görə, avronun ucuzlaşması valyuta
ehtiyatlarının diversifikasiyasında avronun payını
artıran Mərkəzi Bankları çaşbaş salıb. İndi onlar
başqa valyuta axtarışındadırlar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramovun fikrincə isə avronun məzənəsinin aşağı
düşməsi Yunanıstanda baş verən böhranla bağlı olsa
da , Avropa Birliyi valyutasılnın kəskin
ucuzlaşmasında spekulyativ faktorların da rolu var:
“Əvvəla Yunanıstanın Avropa Birliyinin
iqtisadiyyatında payı cəmi 3 faizdir. Praktiki
avrozonada 3 faizlik paya malik olan ölkənin avronun
məzənnəsinə ciddi təsir göstərmək imkanı yoxdur.
Eyni zamanda avronun məzənnəsi daha çox Fransa və
Almaniyada baş verən iqtisadi proseslərdən asılı
olaraq müəyyənləşir.Amma Yunanıstanda baş verən
böhrandan sonra avronun məzənnəsinin aşağı düşməsi
ondan xəbər verir ki, avronun məzənnəsinin aşağı
düşməsində maraqlı qurumlar, maraqlı iş adamları
var. Belə ki, Yunanıstandakı böhranla paralel dünya
mətbuatında İspaniyanın Benəlxalq Valyuta Fondunadan
borc alacağı yönündə məlumatların yer alması bəzi
qurumların cəmiyyətdə avrozonaya üzv ölkələrin
iqtisadiyyatında ciddi problemlərin olması ilə bağlı
müəyyən təsəvvürlər yaratmağa çalışdığını göstəriri.
Bu da təbii avronun məzənnəsinin aşağı düşməsinə
gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, İspaniyanın baş naziri
Benəlxalq Valyuta Fonduna müraciət etməmələri, ölkə
iqtisadiyyatının problemli olmaması ilə bağlı rəsmi
təkzib versə də
Yunanıstandan sonra İspaniyada böhranın olacağı
hətta böhranın İtaliyaya keçəcəyi istiqamətində
şərhlər dünya mətbuatının gündəmindədir: “Avronun
məzənnəsi aşağı düşməsi Avropa iqtisadiyyatında baş
verən proseslərlə bağlı olsa da bu düşüşü
sürətləndirən faktor spekulyativ amillərdir.Avronun
məzənnəsinin düşməsində maraqlı olan qurumlar və iş
adamları avronun məzənnəsinin kəskin ucuzlaşmasında
maraqlıdılar. Onlar avronun məzənnəsini kəskin
ucuzlaşdıraraq avro yığımlarına başlayacaqlar.Artıq
bəzi qurumlar avro yığımlarına başlayıblar. Çünkı,
avronun ucuzlaşması sonrakı mərhələdə avronun
məzənnəsinin yüksəlməsi ilə nəticələnə bilər”.
V.Bayramov deyir ki, avronun məzənnəsinin dollara
nisbətən kəskin aşağı düşməsi sürətlənəcək: “Müəyyən
müddətdən sonra investorlar avronun məzənnəsinin
yüksəlməsində maraqlı olacaqlar. Yəni avronun zəif
dövründə aparılan yığımlar avronun məzənnəsinin
yüksək olduğu dövrdə satılacaq.
Məlum olur ki, bəzi dövlətlər də avronun
məzənnəsinin aşağı düşməsində maraqlıdırlar: “Yəni
Avorpa Birliyindən kənar dövlətlər də məzənnənin
aşağı düşməsində maraqlıdırlar. Cünki, avro
dollardan sonra dünyada ikinci yığım vasitəsi
sayılır.Avronun məzənnəsinin düşməsi avro ilə
yığımların azalmasına gətirib çıxaracaq. Amma
bütövlükdə avronun məzənnəsinin aşağı düşməsində
Yunanıstan hadisələri mühüm rol oynasa da belə
spekulyativ amillər güclüdür.O səbəbdən indiki halda
rezerv şəklində saxlanılan avronun satılması
məqsədəuyğun deyil.
Ekspert 2010-cu ilin iyun ayının axırlarında avronun
məzənnəsinin stabilləşəcəyinin və möhkəmlənəcəyinin
proqnozlaşdırıldığını qeyd edir.
|