|
Neftin qiymətindəki
artımlar spekulyativ amillərlə bağlıdır
Son qiymət artımları enerji
sektorunda yeni böhrana gətirib çıxara bilər.
Aprelin 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında
keçirilən ticarət əməliyyatlarının gedişində WTI
neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,75
dollar və ya 2,1 faiz artaraq 1 barelə görə 86,62
dollar təşkil edib.
ICE
London
qitələrarası
birjasında
isə
mayda
ixrac
etməklə
Brent
markalı
neftin
1
barelinin
dəyəri
1,87
dollar
artaraq
85,88
dollar
olub.Neftin bahalaşmasına səbəb kimi ABŞ-ın əmək
bazarındakı müsbət xəbərlər göstərilir. Qeyd edilir
ki, mart ayında ölkə iqtisadiyyatında (aqrar sahə
istisna olmaqla) iş yerlərinin sayı 162 min artıb.
Diqqəti çəkən isə əvvəllər bədbin proqnozlar verən
ekspertlərin son aylar neftin qiymətində müşahidə
olunan bahalaşma tendensiyasına əsaslanaraq “qara
qızıl”ın qiymətinin artacağına dair qənaətlərə
gəlmələridir. Neft bazarının tanınmış analitiki
Stefan Şork neftin barelinin qiymətinin iyulun
əvvəlində 110 dollara qalxa biləcəyini söyləyib.
“Qiymətlərin 95 dollara çatacağı ehtimalı yüksəkdir.
Daha sonra iyunun sonu neftin bareli 110 dollara
yüksələ bilər”, - deyə Şork Bloomberg agentliyinə bildirib.
Ekspert eyni zamanda xəbərdarlıq edib ki,
qiymətlər110 dollar həddinə çatdıqda təlabat
azalacaq. Qeyd edək ki, hazırda dünya bazarlarına
neftin bareli 86 dolları ötüb. Xatırladaq ki,
2008-ci ilin iyul ayında neft tarixində ən yüksək
həddə - 140 dollara kimi bahalaşmışdı. Həmin ilin
sonunda artıq bu xammal 40 dollara kimi ucuzlaşmışdı.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov bildirir ki, son zamanlar neftin
qiymətində müşahidə edilən bahalaşma Avropa
Birliyinin bir sıra ölkələrində qeydə alınan
iqtisadi artımla bağlıdır: “Bu ölkələrdə müşahidə
edilən artım neftə tələbatın artmasına gətirib
çıxarıb ki, bu da neftin qiymətinin 85 dollara qədər
yüksəlməsinə səbəb olub. Son illər neftin qiymətində
baş vermiş artımlarla müqayisədə hazırda müşahidə
olunan bahalaşmanın fərqli xüsusiyyəti odur ki,
neftin qiymətinin artması dolların məzənnəsinin
aşağı düşməsi ilə bağlı deyil. Eyni zamanda neftin
qiyməti artsa da dolların məzənnəsinin düşməsi
müşahidə edilmir”.
Ekspert deyir ki, neftin qiymətindəki artımlar hər
hansı məzənnə dəyişməsi ilə əlaqələndirilə bilməz.
Onun sözlərinə görə, qiymət artımları real qiymət
artımları deyil: “Neftin qiymətindəki bu bahalaşma
daha çox spekulyativ amillərlə bağlıdır. Çünki,
Avropa Birliyi ölkələrində neftə tələbatın artması
ilə yanaşı Virciniya ştatında neft hasilatının
həyata keçirilməsi ilə bağlı Amerika Birləşmiş
Ştatları prezidenti Barak Obamanın verdiyi qərar,
eləcə də digər ştatlarda da neft hasilatına
başlanılması ilə əlaqədar konkret vaxtın
göstərilməsi ondan xəbər verir ki, neftin
qiymətinin artması ilə paralel hasilatın da artması
müşahidə edilir. Son vaxtlar Səuduyyə Ərəbistanı və
Rusiyada da neft hasilatı artıb. Neft hasilartının
artması fonunda “qara qızıl”ın bahalaşması daha çox
spekulyativ xarakter daşıyır”.
Məlum olur ki, heç də Avropa Birliyinə üzv olan
bütün ölkələrdə neftə olan tələbat artmayıb. Avro
zonanın bəzi dövlətlərində -Yunanıstan, İslandiya
və diğər ölkələrdə müşahidə edilən böhran
nəticəsində neftə tələbatın azalması müşahidə
olunub: “O baxımdan indiki qiymət artımlarını
spekulyativ hesab etmək olar. Əslində inkişaf etmiş
ölkələr eləcə də OPEK üçün neftin qiymətinin 70-80
dollar civarında olması arzuolunandır. Bu interval
inkişaf etmiş ölkələr və OPEK üçün “qızıl orta”
kimi qəbul edilir”.
Ekspert hesab edir ki, neftin qiymətində artımlar
davam etsə də belə prosesin uzunmüddətli olacağı
proqnozlaşdırılmır: “Çünki, neftin qiymətinin
uzunmüddətli artması üçün neftə tələbatın kəskin
artması, o cümlədən dünyanın maliyyə böhranından
qurtulması lazımdır. Hələlik böhran davam
etməkdədir. Xüsusən Amerikada neftə tələbatın
kəskin artması müşahidə olunmur. Nəzərə alsaq ki,
dünyada istehlak olunan neftin 30 faizi Amerika
Birləşmiş Ştatlarının payına düşür. Bu isə o
deməkdir ki, gündəlik satılan 100 barel neftin 30
bareli həmin dövlət tərəfindən alınır. Amerika
Birləşmiş Ştatlarında neftə tələbatın artmadığı
halda dünya bazarında qiymət artımlarının baş
verməsi spekulyativ faktorlarla əlaqələndirilir.
Hətta Rusiya, İranda müəyyən narazılıqlar
yaranıb ki, neftin son qiymət artımları spekulyativ
şəkildə davam etsə, bu sonradan yeni enerji
böhranının yaranmasına, eyni zamanda “qara qızıl”ın
qiymətinin düşməsinə ghətirib çıxaracaq”.
Neft birjalarında baş verən bahalaşmanın Azərbaycana
təsirlərinə gəlincə, V.Bayramov artımların ölkə üçün
uğurlu olduğunu deyir: “Dövlət büdcəsinin
gəlirlərinin 70 faizi neft gəlirlərinin payına düşür.
Büdcədə neftin barelinin 45 dollardan götürülməsi,
neftin re4al qiymətinin bundan 2 dəfəyə yaxın artıq
olması büdcəyə daha çox vəsaitlərin cəlb edilməsinə
imkan verir. Yəni bu, 2010-cu il üçün
planlaşdırılan həm investisiya, həm də digər
layihələrin icrasında problemlər yaşanmamasına
gətirib çıxaracaq. Eyni zamanda artımlar büdcəyə
yenidən baxılması, gəlir və xərclər hissəsinin
artırılmasına imkan verə bilər. Bununla yanaşı
neftin dünya bazar qiymətindəki artımlar Azərbaycana
idxal edilən məhsulların qiymətini artıra da bilər”.
V.Bayramov bildirir, neftin qiymətindəki bahalaşma
neft sektorundan bücəyə ödənilən əlavə dəyər
vergisinin həcmini atıracaq: “Sadəcə Azərbaycan
iqtisadiyyatı aspektindən arzuolunmayan hal oduk ki,
neftin qi ymət artımlarından sonra “qara qızıl”ın
kəskin kəskin ucuzlaşması müşahidə ediləcək. O
halda bu Azərbaycan və neft istehsal edən ölkələrin
iqtisadiyatları üçün neqativ nəticələrə gətirib
çıxaracaq”.
Mütəxəssis hesab edir ki, hazırkı qiymət artımlarına
müəyyən qədər ehtiyatla yanaşılmalıdır: “Neftin
qiyməti 110 dollara qədər yüksələrsə, enerji
sektorunda yeni böhranın yaranmasına səbəb olacaq.
Bu isə dünya iqtisadiyyatına kifayət qədər neqativ
təsirlərlə nəticələnəcək.
|