|
|
|
|
İqtisadi və Sosial
İnkişaf Mərkəzi Hesabat Verdi
ABŞ-ın məşhur
Penselvaniya Universiteti İSİM-i dünyanın ən yaxşı
beyin mərkəzləri kateqoriyasına daxil edib
İqtisadi və
Sosial İnkişaf Mərkəzi
(İSİM) 2010-cu ilin fəaliyyət yekunları ilə bağlı
dekabrın 29-da təqdimat həyata keçirib. Qeyd edək ki,
tədbir Açıq Cəmiyyət İnstitutu Think Tank Fondunun təşəbbüsü
ilə reallaşdırılıb. Hökümət, beynəlxlaq təşklilatlar,
səfirliklər, vətəndaş cəmiyyəti və mətbuatın
iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan
İSİM rəhbəri Vuqar Bayramov bildirib ki, 2010-cu il
mərkəz üçün spesifik il olmuşdur. Bu yalniz İSİM
fəaliyyətinin genişləndirilməsi baxımdan deyil,
həmçinin mərkəzin ölkədə həyata keçirilən iqtisadi
siyasətə töhvə verməsi baxımdan
qiymətləndirilməlidir. İl ərzində mərkəzin
hazırladığı 10-dan artıq təklif hökümət tərəfindən
qəbul edilib. Mərkəz yalnız Azərbaycanda deyil,
eləcə də region ölkələrdə də o cümlədən Qazaxıstan,
Gürcüstan, Moldova, Ukrayna və s. iqtisadi siyasətə
töhvə verən proqramlar həyata keçirir.
Daha sonra mərkəzin fəaliyyəti ilə bağlı İSİM əməkdaşı
Tim Maknat məlumat verdi. O bildirib ki, İSİM
2005-ci ildə ölkədə həyata
keçirilən sosial və iqtisadi islahatları dəstəkləmək
məqsədilə yaradılıb: “Mərkəzin yaradılmasında Qərb
universitetlərini bitirmiş təcrübəli iqtisadçılar və
sosial iş üzrə mütəxəssislər iştirak edib. Iqtisadi
və Sosial İnkişaf Mərkəzi PASOS, CIVICUS World
Citizen’s Alliance, Global Development Network
NISPAcee, International Studies Association, Global
Integrity, Parliamentary Network on the World Bank,
Task Force on Financial Integrity and Economic
Development kimi təşkilatlara üzvdür”. Mərkəzin
məqsəd və vəzifələrindən söz açan T. Maknat dedi ki,
mərkəzin məqsədi cari iqtisadi və sosial problemlər
haqqında tədqiqat işləri və proqramlar irəli
sürməkdir: “Məqsədlərimiz Azərbaycan hökumətinə
təkliflər vermək, sosial-iqtisadi məsələlərlə bağlı
cəmiyyəti məlumatlandırmaq, hökumətin və sivil
cəmiyyətin bacarıqlarının inkişaf etdirmək, iqtisadi
və sosial məsələlərlə bağlı elmi institutlar və
cəmiyyət , özəl və qeyri-hökumət təşkilatları
arasında əməkdaşlığa nail olmaq, davamlı inkişafa,
genderin inkişafına və yoxsulluğun azalmasına nail
olmaq və bununla bağlı olaraq müxtəlif mexanizmlər,
proqramlar və vasitələr irəli sürməkdir.
O
bildirdi ki, 2010-cu ildə ABŞ-ın məşhur Penselvaniya
Universiteti dünya üzrə apardığı sorğu əsasında
İSİM-i Dünyanın Ən Yaxşı Beyin Mərkəzləri siyahısına
daxil edilib. Universitet həmçinin mərkəzi ölkə
hökumətlərinin iqtisadi siyasətinə təsir edən
dünyada top 10 ən məşhur QHT-dən biri kimi
qiymətləndirib.
Məlum olub ki, hazırda İSİM idarə
heyyəti 5, tam ştat heyəti 14 nəfər təşkil edir.
Könüllülərin sayı isə 58-dir. O cümlədən mərkəz
tərəfindən 18-ə yaxın proqram həyata keçirilir:
“Bundan başqa mərkəz ekspertlərinin sədirliyi ilə
24-ə yaxın beynəlxalq konfrans keçirilib. Həmçinin
İSİM tərəfindən 2006-cı ildə 2, 2007-ci ildə 3,
2008-ci ildə 6, 2009-cu ildə 7, 2010-cu ildə 14
siyasi sənəd irəli sürülüb. “İSİM yay təcrübə
proqramı” çərçivəsində mərkəzdə 2 əcnəbi və daha iki
yerli vətəndaş təcrübə proqramı keçib. Son 6 ay
ərzində milli KİV vasitələri İSİM-in 400 dən çox
hesabatını dərc edib. Ekspertlərin şərhləri gündəlik
qəzetlərdə dərc edilib.
TV-də, radioda yayımlanıb.
T.Maknat
İSİM-in 40-a yaxın tərəfdaşının olduğunu deyib.
Tədbirdə iştirak edən hökumət qurumlarının
əməkdaşları, millə vəkilləri, beynəlxalq
təşkilatların əməkdaşları, vətəndaş cəmiyyətinin
nümayəndələri mərkəzin fəaliyyəti ilə bağlı öz
fikirlərini bölüşdülər.
Prezentasiya
İngiliscə
və Azərbaycanca
|