Neftin bahalaşması yeni  böhrana yol aça bilər

Vüqar Bayramov: “İndiki qiymət artımları nə neft istehsalçıları nə də ixracatçıları üçün məqbul hesab edilmir”

 

Dünya bazarında neftin qiymətinin artması prosesi davam edir. Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,45 dollar yüksələrək 89,92 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,46 dollar bahalaşaraq 93,20 dollar təşkil edib. “Qara qızılın”

sürətlə bahalaşma səbəblərini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Avropa Birliyi  iqtisadiyyatında müşahidə edilən böhranın, eləcə Amerika iqtisadiyyatındakı durğunluğun  fonunda neftin dünya bazar qiymətinin kəskin artmasının heç də birmənalı qarşılanmadığını vurğulayır: “Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarında noyabr-dekabr aylarında yanacağa olan tələbatın artması nəticəsində  neftə də tələbat artmışdı. Lakin   bu neftin qiymətinin kəskin artması üçün əsas yarada bilməz. İstər OPEK-in ,  istərsə də inkişaf etmiş ölkələrin açıqlamalarında neftə olan tələbatın kəskin artması müşahidə edilməyib. Neftin bahalaşması iqtisadi səbəblərlə əsaslandırılmır. Burada süni, spekulyativ amillərin rolu   var. Bu da dünya iqtisadiyyatında müəyyən narahatçılığın yaranmasına gətirib çıxaracaq”. Ekspertin qiymətləndirməsinə görə, indiki qiymət artımları nə neft istehsalçıları, nə də istehlakçıları üçün məqbul hesab edilmir.  Onun fikrincə, neftin qiymətinin bahalaşması  davam edəcəyi halda  dünya iqtisadiyyatını ciddi problemlər gözləyəcək: “ OPEK 2010-cu ilin iyununda keçirilən toplantısında neftin 1 barelinin 100 dollardan artıq olmasının arzuolunan hesab edilməməsi barədə   açıqlama yaymışdı: “Güman olunurdu ki, neftin qiyməti 70-80 dollar intervalında stabilləşəcək. Amma son psixoloji artımlardan sonra Amerikanın əksər investisiya şirkətləri, o cümlədən City Morgan 2011-ci ilin ortalarına qədər neftin qiymətinin 100 dolları keçəcəyi, 2012-ci ildən isə  120 dollara satılacağı barədə proqnozlar verməkdədir”.

İqtisadçı qeyd edir ki, neftin qiymətinin psixoloji həddi keçməsi iqtisadi baxımdan dünya iqtisadiyyatı üçün arzuolunan deyil: “2011-ci ilin əvvəllərində neftin qiymətinin 100 dollarlıq psixoloji həddi keçəcəyi halda  dünya iqtisadiyyatını kifayət qədər ciddi böhranın gözləyəcəyi güman edilir. Çünki neftin qiymətinin spekulyativ artımları  sonrakı mərhələdə  dünya iqtisadiyyatında, xüsusən də Avropa Birliyində böhranın müşahidə olunması ilə nəticələnə bilər.O baxımdan indiki qiymət artımlarının kifayət qədər qorxulu mesajı var”.

Neftin qiymətinin yüksəlməsinin Azərbaycan iqtisadiyyatına təsirlərinə  gəlincə, iqtisadçı bildirir ki, neft ölkəsi kimi Azərbaycan prosesdə maraqlıdır: “Lakin nə Azərbaycan, nə də digər neft ölkələri neftin qiymətinin süni  və spekulyativ şəkildə artmasının tərəfdarı deyillər.Söylədiyim kimi belə artımlar sonrakı mərhələdə kəskin qiymət azalmaları ilə əvəz oluna bilər. Bu da Azərbaycanın perespektiv gəlirlərinin azalmasına səbəb olar. Yəni son qiymət artımları neft satışından əldə edilən dövlət gəlirlərinin artmasına səbəb olsa da uzunmüddətli perespektivdə ölkə üçün  arzuolunan deyil”.    

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.