Vüqar Bayramov Azərbaycanın İqtisadi İnkişafını Modelləşdirəcək

Böyük Britaniyanın Kral Akademiyasının üzvü olan azərbaycanlı iqtisadçıya bu işdə akademiyanın ABŞ, İtaliya, İsveçrə və Yunanıstanlı üzvləri də yardım edəcək

Böyük Britaniyanın Kral Akademiyası Azərbaycanın iqtisadi inkişafinın modelləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb. Bu layihəyə Akademiyanın yeganə azərbaycanlı üzvü, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) idarə heyətinin sədriVüqar Bayramov rəhbərlik edəcək. Nəzərə çatdıraq ki, ölkənin  iqtisadi inkişafının   modelləşdirilməsində Böyük Britaniyanın  Kral Akademiyasının elmi potensialından istifadə olunacaq. Layihədə yalnız azərbaycanlı  ekspert deyil, o cümlədən  İtaliya, Yunanıstan, İsveçrə, Amerika Birləşmiş Ştatlarını təmsil edən professorlar da iştirak edəcəklər.

 

modelləşdirmənin iqtisadi inkişaf modeli kimi təsdiqinə də nail olunması qərarlaşdırılıb: “Layihə çərçivəsində daha çox Azərbaycan iqtisadiyyatının indiki vəziyyəti, eləcə də inkişaf meyilləri modelləşdiriləcək. Bu zaman həm beynəlxalq, həm də müxtəlif modellərdən istifadə ediləcək ki, iqtisadi prosesləri modelləşdirmək mümkün olsun”.

V.Bayramovun sözlərinə görə, layihənin digər layihələrdən fərqi Azərbaycanın iqtisadi inkişafının modelləşdirilməsinə və beynəlxalq İFC sisteminə daxil edilməsinə imkan verməsi olacaq: “İqtisadi inkişafın modelləşdirilməsi aparıldıqdan sonra onun ingilis, fransız, eləcə də digər  aparıcı dillərə tərcüməsi nəzərdə tutulur.   Bundan sonra modelin  beynəlxalq elmi standartlara uyğun olaraq kodlaşdırılması planlaşdırılır. Həmin kodlaşdırma  aparılan işın müxtəlif tədqiqaçılar tərəfindən hazırlanan  elmi işlərə daxil edilməsinə imkan verəcək. Nəzərə alsaq ki, idiyədək  Azərbaycanda iqtisadi inkişafın modelləşdirilməsi həyata keçirilməyib və bu barədə yalnız ümumi prinsiplərə əsaslanan fəaliyyətlər olub, sözügedən layihə ölkəmiz üçün vacibdir. Layihə Azərbaycanın iqtisadi inkişaf modelinin beynəlxalq modellər sırasına daxil olmasına imkan verəcək. Nəticədə  model daha çox tədqiqatçının, dövlətlərin istinad sənədinə,  ondan yararlanmasına şərait yarada bilər”.  

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.