İran “Nabukko”dan kənar saxlanıldı

Vüqar Bayramov: “Lahiyə  Xəzər dənizi və İraqın ehtiyatları hesabına örtüləcək”

 “Nabucco” qaz kəməri səhmdarlarının Ankarada keçirilən rəhbər komitəsinin yığıncağında layihənin inkişafı ilə bağlı qərarlar qəbul olunub. Ən əsası isə iclasda kəmərə qazın verilməsi konsepsiyasına dəyişikliklər edilib. Komitənin rəhbərliyi kəmərin 2 xətt üzrə - Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədindən qaz ilə təchizatını planlaşdırıb. Hansıki bu  marşrutlar üzrə Azərbaycan, İraq və Türkmənistan qazı nəql ediləcək. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, “Nabucco” üçün üç tədarükçüdən ikisi - Azərbaycan və İraq ən aktual tədarükçülərdir. Nazirin sözlərinə görə, kəmərə üç təməl nöqtədən qaz nəql oluna bilər. Bunlardan birincisi, Gürcüstan sərhədindən Azərbaycan qazının girişidir. İkincisi  İraqın şimalından qaz nəqlidir. Üçüncü nöqtə ilə bağlı, yəni Türkmənistan qazının nəqlinə dair danışıqlar isə hələ davam edir.

Diqqəti çəkən bölgədəki yaranmış siyasi vəziyyətlə əlaqədar səhmdarların Türkiyə-İran sərhədindən planlaşdırılan üçüncü xətdən imtina etməsi olub.Belə ki, səhmdarlar bildiriblər ki, Xəzər regionu və Yaxın Şərq dünyanın ən iri qaz ehtiyatları olan bölgələrdir. Bu regionlar qaz xətlərinin şaxələndirilməsi üzrə və layihənin təhlükəsizliyində ən başlıca rol oynayırlar.

Onu da bildirək ki, “Nabukko” qaz kəmərinin inşasına 2011-ci ildə başlanılması nəzərdə tutulur. 7,9 milyard avro məbləğində qiymətləndirilən bu kəmər vasitəsilə 2016-cı ildə 31 milyard kubmetr həcmində qaz nəqli planlaşdırılır.

 

Iqtisadçı-  ekspert Vwqar Bayramovun sözlərinə görə, “Nabukko” ilə bağlı danışıqlar intensivləşdikcə, layihədə iştirak edəcək ölkələrin siyahısı da dəqiqləşir: “Avropa Birliyi Türkmənistan, Azərbaycan, Türkiyə ilə danışıqlar aparır. Hətta kəmərin reallaşması məqsədilə  Birliyin Rusiya ilə qeyri-formal razılaşmağa çalışdığı bildirilir.  Belə ki, “Nabukko” Konsorsiumunda  Rusiyanın  iştirakı  müzakirə olunmasa  da Avropa Birliyi layihə ilə bağlı Rusiyanın  təzyiqlərini balanslaşdırmağa cəhd edir.Son məlumatlar Avropa Birliyi ilə Rusiya arasında aparılan danışıqların uğurla başa çatmaqda olduğunu göstərir. Praktiki bu, yaxın zamanlarda “Nabukko”nun reallaşma imkanlarının artmasından xəbər verir. Xatırladım ki, “Nabukko” Konsorsiumu  yaradılan zaman Avropa Birliyi Rusiyaya 20 faiz pay təklif etmişdi. Amma o zaman Rusiya Konsorsiumda iştirakdan imtina etmişdi”.

 

Mütəxəssis “Qazprom”un “Nabukko” da iştirak etməyəcəyini bildirir. Bununla belə o, Rusiyanın  “Nabukko” məsələsində müəyyən güzəştlərə gedəcəyini istisna etmir: “Nabukko” üçün ən böyük problem kəmərin hansı ölkələrin mavi qazı ilə təmin olunmasıdır. 2010-cu ilin mayında Aşqabadda Türkmənistanla Avropa Birliyi arasında anlaşmanın imzalanmasına dair razılaşma əldə olunsa da,  o zaman anlaşmanın imzalanma tarixi təxirə salındı. Güman edilirdi ki, bu təsadüfi deyil.  Qırğızıstan hadisələrindən sonra Türkmənistan höküməti kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirməyə çalışır. Lakin Avropa Birliyi ilə Rusiya arasında danışıqlardan sonra Türkmənistanla müəyyən razılıq əldə edildiyi müşahidə olunur”.

Ekspert bildirir ki,   Avropa Birliyi “Nabukko”nu qazla təmin edəcək ölkələr arasında Türkmənistan, Azərbaycan və İraqı görür: ““Nabukko”nun 2014-cü ildə reallaşması nəzərdə tutulsa da son məlumatlar bunun əksini deməyə əsas verir.Böyük ehtimalla ““Nabukko”nun reallaşması 2016-cı ilə qədər uzanacaq. İlkin mərhələdə kəmərə 31 milyard qaz vurulması planlaşdırılıb. Avropa Birliyi həmin qazın 15 milyard kubmetrini İraqdan ixrac etmək niyyətindədir. 16 milyard kubmetr qazın isə ilkin mərhələdə Türkmənistan və Azərbaycanın  hesabına təmin edilməsi gözlənilir”.

İranın layihədən kənarda qalmasına gəlincə, V.Bayramov deyir ki, Avropa Birliyi ilə İran arasında kəmərə qoşulma istiqamətində danışıqlar aparılsa da İranın bu yöndə imkanları  əvvəldən zəif idi: “Bu da birbaşa onunla bağlı idi ki, İrana qarşı sanksiyalar onun beynəlxalq layihələrə qoşulmasına imkan vermir. Avropa Birliyinin son açıqlaması, Ankarada aparılan danışıqlarda İran variantının sıradan çıxması ondan xəbər veriri ki, Avropa Birliyi İranın layihədə iştirakında maraqlı deyil.

Başqa tərəfdən “Nabukko”  Avropa Birliyi üçün mavi qaz idxalında Rusiyadan asılılığın aradan qaldırılmasına ünvanlanan layihədir. Belə ki, bu gün birlik mavi qaza olan ehtiyacının 46 fazini “Qazprom” vasitəsilə təmin edir. Mərkəzi Şərqi Avropa ölkələri Rusiya qazından asılı vəziyyətdədirlər. Avropa Birliyi Rusiya qazından asılılığı aradan qaldırıb, yeni asılılıq yaratmaq niyyətində deyil.  Bütün hallarda İranla Avropa Birliyi və  Qərb ölkələrinin münasibətləri arzuolunan deyil”.

““Nabukko” layihəsi ilə bağlı sular durulmaqdadır” deyən iqtisadçı qeyd edir ki,  lahiyə birmənalı şəkildə Xəzər dənizi və İraqın ehtiyatları hesabına örtüləcək: “Nəzərə alsaq ki,”Şahdəniz-2” fazası 2016-cı ilə qədər istifadəyə veriləcək. Belə halda Azərbaycanın mavi qaz hasilatı 2 dəfəyə yaxın artacaq. Nəzərə alsaq ki, ötən il 28 milyard kubmetr qaz hasil edilib, bu o deməkdir ki, Azərbaycanın “Nabukko”nun həm birinci, həm də ikinci  mərhələsində iştirak imkanı olacaq”.

 

 

 

   

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.